Müsabiqənin Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsi yaradıldı
   
   Prezident İlham Əliyev mayın 19-da “Eurovision-2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında sərəncam imzalayıb. 
   Sərəncamda qeyd olunur ki, Avropa Yayım İttifaqı tərəfindən təşkil olunan ən yaxşı mahnı üzrə builki televiziya müsabiqəsi Azərbaycan Respublikası təmsilçilərinin parlaq qələbəsi ilə başa çatıb. Müsabiqənin qaydalarına əsasən, qalib ölkə növbəti ildə yarışmanı keçirmək hüququ qazanır.
   Sərəncama əsasən, 2012-ci ilin may ayında Bakı şəhərində “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:
   Təşkilat Komitəsinin sədri
   Mehriban Əliyeva - UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti
   Təşkilat Komitəsinin üzvləri:
   Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri,
   Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri,
   Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri,
   Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri,
   Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri,
   Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri,
   Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı,
   Cahangir Əsgərov - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti,
   Etibar Pirverdiyev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti,
   Baba Rzayev -“Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin sədri,
   İsmayıl Ömərov - Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru,
   Əli Əsədov - Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi,
   Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri.
   Sərəncamda Təşkilat Komitəsinə tapşırılıb ki, “Eurovision-2012” mahnı müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar