Azərbaycan
   
   16 oktyabr 1923 - Şair, nasir, filologiya elmləri doktoru, professor Gülhüseyn Hüseynoğlu Masallı rayonunun Mollaoba kəndində doğulub. Azərbaycan ədəbiyyatında mənsur şeirləri məşhurdur.
   16 oktyabr 1926 - Bəstəkar, pedaqoq, Xalq artisti, professor Ramiz Mustafayev (1926 - 10.4.2008) anadan olub. “Vaqif”, “Polad”, “Xan və əkinçi” operalarının, operettaların, simfoniyaların və s. müəllifidir.
   16 oktyabr 1935 - Yazıçı və kinodramaturq Əli Hüseyn oğlu Qafarov (1935-1979) anadan olub. “Azərbaycanfilm”də çəkilmiş bir neçə bədii (“Qızıl qaz”, “Çarvadarların izi ilə”) və sənədli (“Mahnıya həsr olunmuş həyat”, “Sevinc sarayı”, “Odla təmasda”) filmlərin ssenari müəllifidir.
   16 oktyabr 1946 - Kinooperator Köçəri Məmmədov (1946-2008) Gədəbəy rayonunda doğulub. Azərbaycanın yeni tarixini əks etdirən sənədli və xronikal filmlərin operatoru olub.
   
   17 oktyabr 1905 - Yazıçı Məhəmməd Əsəd bəy (Qurban Səid; 1905-1942) Bakıda anadan olub. Sovetləşmədən sonra Almaniyaya mühacirət edib. “Əli və Nino” romanı ilə şöhrət qazanıb, tarixi mövzuda 20-dək əsərin müəllifidir. İtaliyada vəfat edib.
   17 oktyabr 1915 - Operator, rejissor, Xalq artisti Cavanşir Məmmədov (1915-1997) Şuşada doğulub. Müharibə illərində (1941-1945) Mərkəzi Sənədli Filmlər Studiyasının operator qrupunda fəaliyyət göstərib. Bakı kinostudiyasında 10-dan çox sənədli film çəkib.
   17 oktyabr 1924 - Şair Hüseyn Razi (Hüseyn Məmməd oğlu Rzayev; 1924-17.2.1998) Ordubad rayonunun Dəstə kəndində anadan olub.
   17 oktyabr 1936 - Yazıçı Çingiz Əbülhəsən oğlu Ələkbərzadə (1936 - 7.1.1999) anadan olub. “Qızıl yəhərli at”, “Çılpaq” nəsr əsərlərinin, “Vulkana doğru” üçseriyalı filmin ssenari müəllifidir.
   17 oktyabr 2003 - Şair, publisist Nüsrət Yusif oğlu Kəsəmənli (25.9.1946 - 2003) vəfat edib. 100-dən çox şeirinə musiqi bəstələnib, sənədli filmlərin ssenari müəllifidir. «Azərbaycanfilm»də baş redaktor işləyib.
   
   18 oktyabr 1918 - Görkəmli ədəbiyyatşünas alim, Azərbaycanda mifologiya elminin yaradıcısı Mirəli Seyidov (1918-1992) İrəvanda doğulub. "Qövsi Təbrizi", "Azərbaycan mifik təfəkkürünün qaynaqları", "Azərbaycan xalqının söykökünü düşünərkən", "Yaz bayramı", "Qam-Şaman və onun qaynaqlarına ümumi baxış" və s. kitabların müəllifidir.
   18 oktyabr 1949 - Tanınmış rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 1949 - 12.5.2011) Bakının Mərdəkan qəsəbəsində doğulub. Musiqili Komediya Teatrında baş rejissor işləyib, Milli Dram Teatrında, habelə Türkiyədə, Estoniyada tamaşalar hazırlayıb. 1989-cu ildə «Yuğ» Teatrını yaradıb və ömrünün sonunadək ona rəhbərlik edib. Bir sıra filmlərdə çəkilib: “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Otel otağı”, “Sahə” və s.
   18 oktyabr 1991 - Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi gündür. Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib. 6 fəsil, 32 maddədən ibarət sənədin preambulasında 1918-1920-ci illər Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanın Rusiya tərəfindən ilhaq edildiyi qeyd olunur, Konstitusiya Aktının Azərbaycan Milli Şurasının 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə əsaslandığı vurğulanırdı.
   
   Dünya
   
   16 oktyabr 1854 - İrland şairi və dramaturqu Oskar Uayld (Oscar Fingal O"Flahertie Wills Wilde, 1854-1900) anadan olub. “Diriana Qreyin portreti” romanı, “İdeal ər”, “Diqqətə layiq olmayan qadın” və s. pyeslərin müəllifidir.
   16 oktyabr 1888 - Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1936) laureatı Yudjin O’Nil (Eugene Gladstone O"Neill, 1888-1953) anadan olub. “Üfüqün arxasında”, “Buz paylayan gələcək”, “Qarağaclar altında məhəbbət” və s. pyeslərin müəllifidir.
   16 oktyabr 1927 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1999) Günter Qrass (Günter Wilhelm Grass) anadan olub. Əsərləri: "Tənəkə təbili", "Pişik və siçan”, “İt illəri”, “İblisin gündəliyindən”.
   16 oktyabr 1948 - Məşhur hind aktrisası, rejissor Hema Malini anadan olub. Çəkildiyi filmlər: “Zita və Gita”, “Qisas və qanun”, “Əlibaba və qırx quldurun macəraları”, “Cəngəlliklər kralı” və s.
   17 oktyabr 1760 - Fransız mütəfəkkiri Klod Sen-Simon (Claude-Henri de Rouvroy, Comte de Saint-Simon; 1760-1825) anadan olub.
   17 oktyabr 1849 - Polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Fryderyk Chopin, 22.2.1810 - 1849) vəfat edib.
   17 oktyabr 1915 - Amerika dramaturqu Artur Miller (Arthur Aster Miller, 1915-2005) anadan olub. Əsərləri: “Mənim bütün oğullarım”, “Kommivoyacerin ölümü”, “Sərt sınaq” və s.
   17 oktyabr 1931 - Rus yazıçısı Anatoli Pristavkin (1931- 11.7.2008) anadan olub. Əsərləri: “Qızıl bulud gecələyərdi...”, “Ölüm kölgəsinin vadisi”, “Qızıl cəllad” və s.
   17 oktyabr 1972 - Türk estrada ulduzu Tarkan Tevetoğlu Almaniyanın Frankfurt şəhəri yaxınlığındakı Alzey qəsəbəsində doğulub. 1986-cı ildən Türkiyədə yaşayır.
   
   18 oktyabr 1859 - Fransız filosofu, ədəbiyyat üzrə Nobel mükafatı (1927) laureatı Anri Berqson (Henri-Louis Bergson, 1859-1941) anadan olub. Əsərləri: “Yaradıcılıq təkamülü”, “Materiya və yaddaş” .
   18 oktyabr 1894 - Rus yazıçısı, dramaturq və ədəbiyyatşünas Yuri Tınyanov (1894-1943) anadan olub. Romanları: “Vəzir-Muxtarın ölümü”, “Puşkin” və s.
   18 oktyabr 1926 - Amerika aktyoru Corc Skott (George Campbell Scott, 1926-1999) anadan olub. Filmləri: “Patton” (“Oskar” mükafatı), “12 qəzəblənmiş kişi” və s.
   18 oktyabr 1960 - Belçika əsilli Amerika aktyoru, rejissor Jan Klod van Damm (Jean-Claude Van Damme) anadan olub. Filmləri: “Qanlı idman”, “İkiqat zərbə”, “Universal əsgər”, “Çətin hədəf” və s.
   
   Hazırladı: Vüqar Orxan