Azərbaycan
   
   20 noyabr 1930 - Görkəmli aktyor Gündüz Abbasov (1930-1995) anadan olub. “Onun böyük ürəyi”, “Bir qalanın sirri”, “Bizim küçə”, "Telefonçu qız", "Babək", “Dədə Qorqud”, “Doğma sahillər”, “Yuxu” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Ədəbi yaradıcılıqla məşğul olub, hekayələr yazıb, tərcümələr edib.
   20 noyabr 1930 - Tanınmış ədəbiyyatşünas alim, professor Qulu Qasım oğlu Xəlilov (1930 - 18.11.1995) anadan olub.
   20 noyabr 1935 - Xalq artisti, Prezident təqaüdçüsü Qədir Çərkəz oğlu Rüstəmov (1935-14.12.2011) Ağdam rayonunda anadan olub. Muğam və xalq mahnılarımızın bənzərsiz ifaçısı olub. “Üzeyir ömrü” televiziya filmində (Cabbar Qaryağdıoğlu) çəkilib.
   20 noyabr 1956 - Teatr tariximizin tanınmış simalarından biri, aktyor, tərcüməçi, Xalq artisti Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə; 21.31.1896, Ordubad - 1956) vəfat edib. “Səbuhi” (1941), “Fətəli xan” (1947) və s. filmlərdə çəkilib.
   20 noyabr 1975 - Bakıda Üzeyir Hacıbəylinin ev-muzeyi açılıb.
   
   22 noyabr 1922 - Böyük bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Fikrət Məşədi Cəmil oğlu Əmirov (1922-1984) Gəncədə doğulub. Simfonik muğam janrının yaradıcısı (“Şur”, “Kürd-Ovşarı”, “Bayatı-Şiraz” və s.), “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, “Sevil” operası və s. musiqi əsərlərinin müəllifidir. Bəstəkarın «Min bir gecə» baleti dünya musiqi xəzinəsinin inciləri sırasına daxildir. “Böyük dayaq”, “Mən ki gözəl deyildim” və s. filmlərə musiqi bəstələyib.
   22 noyabr 1922 - Xalq yazıçısı Hüseyn Abbas oğlu Abbaszadə (1922 - 12.12.2007) anadan olub. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr olunmuş “General” romanı ilə populyarlıq qazanıb. Yazıçılar İttifaqının katibi (1975-1991) olub.
   22 noyabr 1933 - Görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Ocaqov (1933- 12.7.2006) Şəkidə doğulub. 1956-cı ildən “Azərbaycanfilm”də operator (“Sən niyə susursan?”, “Onun böyük ürəyi” və s.), 1973-cü ildən rejissor (“Qatır Məmməd”, “Tütək səsi”, “İstintaq”, “Ad günü”, “Ölsəm, bağışla”, “Təhminə”, “Otel otağı” və s.) kimi fəaliyyət göstərib. Sənətkarın yaradıcılıq filmoqrafiyasına sənədli və bədii janrda 70-dək film daxildir.
   22 noyabr 1938 - Tanınmış aktyor, Xalq artisti Həsən Məmmədov (1938 - 26.8.2003) Salyan rayonunda anadan olub. Azərbaycan kinosunda çoxsaylı obrazlar qalereyası yaradıb: “Böyük dayaq” (Qaraş), “Arşın mal alan” (1965, Əsgər), “Gün keçdi” (Oqtay), “Yeddi oğul istərəm” (Bəxtiyar), “İstintaq” (Murad), “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu bəy Şadlinski) və s.
   22 noyabr 1950 - Bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Rəhim oğlu Quliyev Şəkidə doğulub. Operettaların (”Məhəbbət oyunu”, ”Yeddi məhbusə“), simfoniyaların müəllifidir, tamaşalara, bədii və sənədli filmlərə musiqi yazıb, yüzlərlə mahnı bəstələyib.
   
   Dünya
   
   20 noyabr 1890 - Amerika kinoaktyoru Robert Armstronq (Robert Armstrong, 1890-1973) anadan olub.
   20 noyabr 1910 - Dünya şöhrətli rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy (9.9.1828 - 1910) vəfat edib. Əsərləri: “Ailə xoşbəxtliyi”, “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə” romanları, “Kreyser sonatası”, “Kazaklar”, “Hacı Murad” povestləri, “Qaranlığın hakimiyyəti”, “Canlı meyit” pyesləri və s.
   20 noyabr 1927 - SSRİ Xalq artisti Mixail Aleksandroviç Ulyanov (1927 - 26.3.2007) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Karamazov qardaşları”, “Qaçış”, “Voroşilov nişançısı”.
   20 noyabr 1928 - Tanınmış rus aktyoru, SSRİ Xalq artisti Aleksey Batalov anadan olub. Filmləri: “Durnalar uçur”, “Moskva göz yaşlarına inanmır” və s.
   
   21 noyabr “Dünya televiziya günü”dür. 1996-cı il noyabrın 21-də BMT-də ilk dünya televiziya forumu keçirilib. Bu əlamətdar hadisə ilə bağlı BMT Baş Assambleyası tərəfindən (17 dekabr 1996) “Dünya televiziya günü” təsis edilib.
   21 noyabr 1694 - Fransız şairi, mütəfəkkiri və tarixçisi Fransua-Mari Volter (Fransua-Mari Arue François-Marie Arouet; 1694 - 30.5.1778) anadan olub. Əsərləri: “Edip”, “Brut”, “Zaira”, “Sezar” tragediyaları, “Zadiq və ya tale”, “Mikromeqas”, “Kandid” fəlsəfi romanları və s.
   21 noyabr 1898 - Belçika sürrealist rəssamı Rene Fransua Gislen Magritt (Rene François Ghislain Magritte, 1898-1967) anadan olub.
   
   22 noyabr 1808 - Britaniyalı iş adamı, dünyada ilk turizm agentliyinin (1841) yaradıcısı Tomas Kuk (Thomas Cook; 1808-1892) anadan olub.
   22 noyabr 1869 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1947) laureatı Andre Pol Qiyom Jid (Andre Gide, 1869-1951) anadan olub.
   22 noyabr 1916 - Amerika yazıçısı Cek London (Jack London - John Griffith Chaney, 12.1.1876 - 1916) vəfat edib. “Martin İden”, “Dəmir daban”, "Dəniz canavarı" və s. romanların müəllifidir.
   
   Hazırladı: Vüqar Orxan