Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti Hillerod şəhərində “İnteqrasiya günü” adlı tədbirdə iştirak edib. Tədbir Danimarkada fəaliyyət göstərən müxtəlif xalqların cəmiyyətlərinin öz dövlətlərinin tarixini, mədəniyyətini və incəsənətini təmsil və təqdim etmək məqsədi ilə keçirilir.
   Azərbaycan üçün ayrılmış hissədə ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, işğal edilmiş torpaqlarımızla bağlı kitab və broşürlər nümayiş etdirilib, milli mətbəximizin nümunələri təqdim olunub. Azərbaycanın milli geyimləri qonaqlarda böyük maraq doğurub.
   İştirakçılar qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanı özləri üçün bir daha kəşf etdiklərini, ölkəmizə olan maraqlarının daha da gücləndiyini bildirmiş, Azərbaycana səfər etmək niyyətlərini açıqlamışlar.