“Əksər avropalıların “Eurovision” mahnı müsabiqəsində Azərbaycana səs verməsi faktı Avropanın Azərbaycana dair nə qədər səmimi olduğunu nümayiş etdirdi” - bu fikri Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
   Avropa İttifaqı ilə Azərbaycanın daha da yaxınlaşması üçün əməkdaşlığı davam etdirəcəklərinə ümidvar olduğunu bildirən sədr Azərbaycanın “Eurovision” mahnı müsabiqəsindəki qələbəsinin bu istiqamətdə ilk addım olduğunu diqqətə çatdırıb: “Bir ildən sonra bu mötəbər beynəlxalq tədbir ölkənizdə keçiriləcəkdir. Əminəm ki, siz bu fürsətdən istifadə edərək ölkənizin modernləşməyə və Avropanın ümumi dəyərlərinə nə qədər sadiq olduğunu nümayiş etdirəcəksiniz” - deyə Xose Manuel Barrozu bildirib.