Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunanlar sırasında Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları da var. Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin İsa oğlu Qurbanov, İnvestisiya və texniki proqramlar şöbəsinin müdiri Ruslan Ələsgər oğlu Abduləlimov, Maliyyə-iqtisadiyyat şöbəsinin müdiri Natiq Faiq oğlu Abdullayev, İşlər şöbəsinin müdiri Kamal Kamil oğlu Kazımov, nazirin köməkçisi Rafiq Yasin oğlu Bayramov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar. «Mədəniyyət» qəzeti olaraq təltif olunanları təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayırıq.