Azərbaycan
   
   7 iyun 1893 - Peşəkar təhsil almış ilk azərbaycanlı qadın rəssam Qeysər Seyfulla qızı Kaşıyeva (1893 - 17.4.1972) Tiflisdə anadan olub. Qafqaz İncəsənətini Təşviq Cəmiyyətinin nəzdində rəssamlıq sinfində oxuyub. Akvarel, tuş, karandaşla rəsm, portret və mənzərə çəkib (“Azərbaycan ziyalısı", "Göl sahili" və s.). "Şərq qadını" jurnalında rəssam işləyib. Əsərləri Milli İncəsənət Muzeyində saxlanılır.
   7 iyun 1946 - Tanınmış ssenarist, rejissor, Əməkdar incəsənət xadimi Ramiz Fətəliyev anadan olub. “Rəqiblər” (“Ömrün səhifələri”), “Birisigün, gecəyarısı...”, “Sizi dünyalar qədər sevirdim”, “İstanbul reysi” (Eldar Quliyevlə birgə) və s. filmlərin ssenari müəllifidir.
   
   8 iyun 1900 - Heykəltəraş İbrahim Quliyev (1900-1938) anadan olub.
   8 iyun 2002 - Rusiyanın Sankt-Peterburq şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi açılıb. Açılışda Azərbaycan və Rusiya prezidentləri Heydər Əliyev və Vladimir Putin iştirak edib.
   
   9 iyun 1984 - Naxçıvanda yazıçı-dramaturq Hüseyn Cavidin ev-muzeyi açılıb.
   9 iyun 1989 - Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudov (14.12.1915, Tiflis - 1989) vəfat edib. "Arşın mal alan" (1945, Əsgər), "Bəxtiyar" (Bəxtiyar) filmlərində baş rollara çəkilib. Operada (Balaş, "Sevil" - F.Əmirov) çıxış edib. Bakıda Mahnı Teatrını yaradıb, Azərbaycan musiqisinin dünyada təbliğinə misilsiz töhfələr verib.

   10 iyun 1904 - Ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Məmməd Arif (Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə; 1904 - 27.12.1975) anadan olub.
    10 iyun 1937 - Musiqişünas, sənətşünaslıq doktoru, professor, AMEA-nın müxbir üzvü Zemfira Yusif qızı Səfərova anadan olub. Orta əsr risalələrini mətnşünaslıq cəhətdən hazırlayaraq nəşr etdirib. “Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər)” kitabını, qədim musiqi terminləri lüğətini tərtib edib.
   10 iyun 1938 - Şair Əli Vəkil (Əli Vəkil oğlu Səfiyev) Ermənistanın Basarkeçər (indiki Vardenis) rayonunun Yuxarı Şorca kəndində anadan olub.
   10 iyun 1982 - Bakıda görkəmli müğənni, SSRİ Xalq artisti Bülbülün xatirə muzeyi açılıb.
   10 iyun 1983 - Xalq artisti, bəstəkar, pedaqoq Səid Rüstəmov (12.5.1912, İrəvan - 1983) vəfat edib. "Beş manatlıq gəlin", "Durna", "Rəisin arvadı" musiqili komediyalarının, bir çox mahnıların ("Qurban adına", “Həkim qız", “Oxu, gözəl" və s.) müəllifidir. 1935-1975-ci illərdə Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru olub. Musiqi məktəbləri üçün dərs vəsaitləri yazıb.

   Dünya
   
   7 iyun 1848 - Məşhur fransız impressionist rəssamı, qrafik və heykəltəraş Pol Qogen (Eugene Henri Paul Gauguin; 1848-1903) anadan olub.
   7 iyun 1917 - İtalyan əsilli Amerika aktyoru və müğənnisi Din Martin (Dean Martin - Dino Paul Crocetti, 1917-1995) anadan olub.
   7 iyun 1952 - Dünya şöhrətli Türkiyə yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (2006) laureatı Orxan Pamuk İstanbulda doğulub. İlk romanı “Cövdət bəy və oğulları” 1982-ci ildə nəşr edilib. Sonrakı illərdə “Səssiz ev”, “Bəyaz qala”, “Qara kitab”, “Mənim adım qırmızıdır”, “Qar”, “İstanbul” və s. romanlar yazıb. Əsərləri dünyanın 30-dan çox dilinə tərcümə olunub.
   
   8 iyun 1810 - Alman bəstəkarı, musiqişünas, pedaqoq Robert Şuman (Robert Schumann; 1810 - 29.7. 1856) anadan olub. Simfoniya, sonata, konsert və digər musiqi əsərlərinin müəllifidir.
   8 iyun 1837 - Rus rəssamı İvan Kramskoy (1837-1887) anadan olub. Tarixi və portret janrında (L.Tolstot, D.Mendeleyev və s.) əsərlərin, məşhur “Naməlum qadın” rəsminin müəllifidir.
   8 iyun 1916 - İtalyan rejissoru Luici Komençini (Luigi Comencini, 1916-2005) anadan olub. Filmləri: “Çörək, məhəbbət və fantaziya”, “Romalı gözəlçə” və s.
   9 iyun 1870 - Görkəmli ingilis yazıçısı Çarlz Dikkens (Charles John Huffam Dickens; 7.2.1812-1870) vəfat edib. Romanları: “Oliver Tvistin macəraları”, “Devid Kopperfild” və s.
   9 iyun 1930 - Amerikalı fantast-yazıçı Liin Karter (Lin Carter - Linwood Vrooman Carter, 1930-1988) anadan olub.
   9 iyun 1981 - Yəhudi əsilli Amerika aktrisası Natali Portman (Natalie Portman - Natalie Hershlag) anadan olub. Filmləri: «Leon», «Ulduz müharibələri», “Qara qu quşu” (2011, “Oskar”) və s.
   
   10 iyun 1895 - Amerika kinoaktrisası, «Oskar» mükafatına layiq görülmüş (1940, «Küləklə sovrulanlar») ilk qaradərili artist Hetti Makdeniel (Hattie McDaniel, 1895-1952) anadan olub.
   10 iyun 1915 - Yəhudi əsilli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1976) laureatı Sol (Solomon) Bellou (Saul Bellow, 1915-2005) anadan olub. Əsərləri: “Yerlə göy arasında”, “Qurban”, “Yağışlar hökmdarı Henderson”, “Hersoq”, “Oğru” və s.
   10 iyun 1929 - Görkəmli rus müğənnisi, SSRİ-nin, Rusiya Federasiyasının və Azərbaycan SSR-in Xalq artisti Lyudmila Georgiyevna Zıkina (1929-2009) anadan olub.
   10 iyun 2008 - Dünya şöhrətli qırğız yazıçısı, görkəmli ictimai xadim Çingiz Aytmatov (12.12.1928 - 2008) vəfat edib. Əsərləri: “Cəmilə”, “Əlvida, Gülsarı!”, “Ağ gəmi”, “Gün var əsrə bərabər”, “Edam kötüyü”, “Dağlar düşəndə” (2007, son roman) və s.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar