Azərbaycan
2 iyul 1892 - Tanınmış yazıçı, maarif və mədəniyyət xadimi Tağı Şahbazi Simurğ (1892-1937) anadan olub. Xarkov Universitetinin tibb şöbəsini bitirib. 1919-cu ildə Bakıya qayıdaraq maarif və mədəniyyət sahəsində çalışıb. 1920-1930-cu illərdə xalq maarif və səhiyyə komissarlarının müavini, "Maarif və mədəniyyət" jurnalının redaktoru, Mərkəzi İcraiyyə Komitəsinin katibi, Azərbaycan Dövlət Universitetinin rektoru işləyib. «Ağanın kənizi», «Azadlıq üçün cinayət», «Aldanmış ümid», «Əzab qorxusu» və s. kitabların müəllifidir. Stalin repressiyasının qurbanı olub.
2 iyul 1893 - Tanınmış heykəltəraş, Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi, SSRİ-nin Xalq rəssamı Pinxos Vladimiroviç Sabsay (1893-25.7.1980) Odessada doğulub. 1926-cı ildən Bakıda yaşayıb. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində dərs deyib. M.F.Axundzadənin, S.M.Kirovun heykəllərinin, S.Vurğunun ev-muzeyi üçün monumental portretin və s. əsərlərin müəllifidir.
2 iyul 1918 - Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verib. Prezident Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur.
2 iyul 1921 - Azərbaycanda müəllim kadrlar hazırlayan ilk ali məktəb - Kişi Pedaqoji İnstitutu yaradılıb. Sonralar V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu adlanıb, hazırda Azərbaycan Pedaqoji Universitetidir.
2 iyul 1922 - Azərbaycan SSR hökuməti (Mərkəzi İcraiyyə Komitəsi) yanında Yeni Türk Əlifbası Komitəsi təşkil olunub. Bir il sonra, 1923-cü il oktyabrın 20-də Azərbaycan MİK "Yeni Azərbaycan əlifbasının dövlət əlifbası kimi tanınması haqqında" dekret qəbul etdi. Latın qrafikalı əlifbaya tam keçid 1929-cu ildə reallaşdı. 1939-cu ildə onu kiril əlifbası əvəzlədi.
3 iyul 1920 - Azərbaycan SSR İnqilab Komitəsi (müvəqqəti hökumət) respublikada kinematoqrafiya müəssisələrinin milliləşdirilməsi haqqında dekret qəbul edib.
3 iyul 1940 - Tanınmış pianoçu, Xalq artisti, professor Zöhrab Əfrasiyab oğlu Adıgözəlzadə (1940-24.5.2012) Bakıda anadan olub.
3 iyul 1963 - Kinorejissor, ssenarist, Əməkdar incəsənət xadimi Cəmil Elşad oğlu Quliyev Bakıda anadan olub. Filmləri: “Alma almaya bənzər” (aktyor - Kərimov), “Şirbalanın məhəbbəti” (rejissor), “Sahə” (bədii rəhbər) və s. “Mədəniyyət” telekanalının baş direktoru işləyib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibidir. 2013-cü ilin aprel ayından İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorudur.
4 iyul 1928 - Tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Kamran Nəbi oğlu Rəhimov (1928-4.7.2007) Naxçıvan MR Şərur rayonunun Qarabağlar kəndində anadan olub. Respublikanın maarif naziri (1983-1988), Ali Sovetin deputatı (1990-1995) olub.
4 iyul 1956 - Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının rejissoru işləyib. 2008-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrının direktorudur.
Dünya
2 iyul 1714 - Alman bəstəkarı Kristof Villibald Qlük (Christoph Willibald Ritter von Gluck; 1714-1787) anadan olub. “Orfey və Evridika”, “Paris və Yelena”, “İfigeniya Tavridada” və s. operaların müəllifidir.
2 iyul 1877 - Görkəmli alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1946) laureatı Herman Hesse (Hermann Hesse, 1877-1962) anadan olub. Əsərləri: “Təkər altında”, “Çöl canavarı”, “Şərq ölkəsinə ziyarət”, “Muncuq oyunu” və s.
2 iyul 1923 - Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1996) laureatı Vislava Şimborska (Wislawa Szymborska) anadan olub. “Son və əvvəl”, “Yüz...” və s. kitabların müəllifidir.
2 iyul 1961 - Görkəmli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1954) laureatı Ernest Heminquey (Ernest Miller Hemingway; 21.7.1899 - 1961) vəfat edib. Əsərləri: "Kişisiz qadınlar", "Əlvida, silah", "Əcəl zəngi" (roman), "Qoca və dəniz" (povest) və s.
2 iyul 1977 - Məşhur rus yazıçısı Vladimir Nabokov (22.4.1899 - 1977) vəfat edib. 1919-cu ildə Avropaya, oradan Amerikaya (1940) mühacirət edib, sonra yenidən Avropaya qayıdıb, Fransada vəfat edib. Əsərləri: “Maşenka”, “Bəxşiş”, “Lujin müdafiəsi”, “Qətlə dəvət”, “Lolita” və s. Bir sıra əsərləri ekranlaşdırılıb.
3 iyul 1883 - Yəhudi əsilli çex-alman yazıçısı, filosof Frans Kafka (Franz Kafka, 1883 - 3.6.1924) Praqada doğulub. Əsərləri: “Bir xanımın xülasəsi”, «İtaətkarla söhbət», «Çevrilmə», «Qəsr», «Kənd həkimi», «Qətl» və s.
3 iyul 1908 - Fransız yazıçısı və ssenaristi Toma Narsejak (Thomas Narcejac, əsl adı Pierre Robert Ayraud; 1908-1998) anadan olub. Yazıçı Pyer Bualo (1906-1989) ilə birgə dedektiv filmlərin (“Şeytanlar”, “Başgicəllənmə” və s.) ssenari müəllifidir.
3 iyul 1962 - Amerikalı aktyor, rejissor Tom Kruz (Thomas Cruise Mapother) anadan olub. Filmləri: “Riskli biznes”, “Geniş bağlanmış gözlər” və s.
4 iyul 1676 - İspan dramaturqu Xose Kanisares (1676-1750) anadan olub.
4 iyul 1815 - Rus rəssamı Pavel Andreyeviç Fedotov (1815-1852) anadan olub. Əsərləri: “Mayorun elçiliyi”, “Dul qadın”, “Ankor, yenə ankor!” və s.
4 iyul 1918 - Rus filosofu, kulturoloq, «Mədəniyyətlərin dialoqu» konsepsiyasının müəllifi Vladimir Solomonoviç Bibler (1918-2000) anadan olub.
4 iyul 1927 - Amerika dramaturqu və ssenaristi Nil Saymon (Neil Simo) anadan olub.
Hazırladı: Vüqar Orxan