XIX əs­rin ikin­ci ya­rı­sın­da Azər­bay­can ic­ti­mai, ədə­bi-mə­də­ni və mət­bu fik­ri­nin for­ma­laş­ma­sın­da bö­yük rol oy­na­yan “Ə­kin­çi” qə­ze­ti (1875-1877) ço­xəsr­lik mə­də­niy­yət ta­ri­xi­miz­də ye­ni bir sə­hi­fə açıb. Gör­kəm­li maa­rif xa­di­mi Hə­sən bəy Zər­da­bi­nin tə­şəb­bü­sü ilə xal­qı­mı­zın gə­lə­cək ideal­la­rı­nın ger­çək­ləş­mə­si­nə yö­nə­lən ilk mil­li qə­ze­tin nəş­ri tək­cə Azər­bay­can­da de­yil, ümu­mi­lik­də mü­səl­man Şərqin­də bö­yük ma­raq­la qar­şı­lan­mış­dı.
   
   Çar Ru­si­ya­sın­da ya­şa­yan türk­dil­li xalq­lar da “Ə­kin­çi”­nin nəş­ri­ni al­qış­la­yır, ona mad­di və mə­nə­vi dəs­tək ol­ma­ğa ça­lı­şır­dı­lar. İlk mət­bu sal­na­mə­mi­zin for­ma­laş­ma­sı və in­ki­şa­fı na­mi­nə Şa­ma­xı­dan Se­yid Əzim Şir­va­ni, Mə­həm­məd ağa Əli­za­də, Tif­lis­dən Mir­zə Fə­tə­li Axund­za­də, Dər­bənd­dən Hey­də­ri, Mosk­va­dan Nə­cəf bəy Və­zi­rov, Əs­gər ağa Go­ra­ni ki­mi on­lar­la gör­kəm­li qə­ləm sa­hi­bi qə­zet­lə əmək­daş­lıq edir, onu möv­zu və ide­ya ba­xı­mın­dan zən­gin­ləş­di­rir­di­lər.
   O za­man Qa­ra­bağ böl­gə­si­nin, xü­su­si­lə də Şu­şa­nın maa­rif­çi zi­ya­lı­la­rı da “Ə­kin­çi” ilə sıx əla­qə sax­la­yır, qə­ze­tin nəş­ri üçün cid­di səy gös­tə­rir­di­lər. Et­noq­raf-jur­na­list Ən­vər Çin­gi­zoğ­lu­nun araş­dır­ma­la­rın­da bil­di­ri­lir ki, “Ə­kin­çi”­nin Qa­ra­bağ böl­gə­si üz­rə müx­bi­ri döv­rü­nün ta­nın­mış şair­lə­rin­dən sa­yı­lan Mə­həm­mə­də­li bəy Məx­fi (1821-1892) olub.
   Mə­həm­mə­də­li bəy Mə­şə­di Əsə­dul­la oğ­lu Və­li­yev (Məx­fi) 1821-ci il­də Şu­şa­da do­ğu­lub. Er­kən yaş­la­rın­dan el­mə-təh­si­lə ma­raq gös­tə­rib. Ata­sı onun bu hə­və­si­ni nə­zə­rə ala­raq oxu­ma­sı üçün bö­yük səy gös­tə­rib. O, əv­vəl­cə məd­rə­sə­də təh­sil alır, son­ra fər­di qay­da­da rus və fars dil­lə­ri­ni mü­kəm­məl öy­rə­nir. Bu ma­raq­lı zi­ya­lı haq­qın­da baş­qa mən­bə­lər­də də mə­lu­ma­ta rast gə­li­nir.
   Məş­hur “Təz­ki­re­yi-Nəv­vab” top­lu­sun­da Mir Möh­sün Nəv­vab ya­zır ki, Mə­həm­mə­də­li bəy Məx­fi­nin qa­ra­bağ­lı­la­ra məx­sus şaq­raq sə­si-ava­zı var­mış. Şair­lik is­te­da­dı olan Məx­fi şe­ir və qə­zəl söy­lə­mək­də baş­qa­la­rın­dan heç də ge­ri qal­ma­yıb. “Məx­fi” tə­xəl­lü­sü ilə klas­sik üs­lub­da Azər­bay­can və fars dil­lə­rin­də on­lar­la əsər ya­ra­dıb. Şu­şa­da fəa­liy­yət gös­tə­rən “Məc­li­si-üns” və “Məc­li­si-fə­ra­mu­şan” ədə­bi məc­lis­lə­ri­nin üz­vü olub. Aşi­qa­nə ruh­lu şeir­lər­dən iba­rət di­va­nı və “Əh­va­la­ti-Qa­ra­bağ” ad­lı ta­ri­xi əsə­ri gü­nü­mü­zə qə­dər gə­lib ça­tıb. Mir Möh­sün Nəv­vab təz­ki­rə­sin­də Mə­həm­mə­də­li bəy Məx­fi­nin Mol­la Və­li Vi­da­di­nin nə­və­si ol­ma­sı­nı da vur­ğu­la­yıb.
   Mə­həm­mə­də­li bəy gənc yaş­la­rın­dan Şu­şa­da, Tif­lis­də, İrə­van­da, Şa­max­ıda və Ba­kı­da döv­lət ida­rə­lə­rin­də ça­lı­şıb. Bu şə­hər­lə­rin ədə­bi mü­hi­ti ilə sıx ün­siy­yət ya­ra­dıb. O, müx­tə­lif vaxt­lar­da tər­cü­mə­çi­lik sa­hə­sin­də də fəa­liy­yət gös­tə­rib. Rus ədə­biy­ya­tın­dan di­li­mi­zə, Azər­bay­can ədə­biy­ya­tı nü­mu­nə­lə­rin­dən isə rus di­li­nə tər­cü­mə­lər edib. Ça­lış­dı­ğı ida­rə­lər­də yük­sək ba­ca­rıq nü­ma­yiş et­dir­di­yi­nə gö­rə ona ti­tul­yar mü­şa­vi­ri (çar Ru­si­ya­sın­da mül­ki döv­lət xid­mə­ti və­zi­fə­lə­ri cəd­və­lin­də 9-cu də­rə­cə­li çin, hərbi xidmətdə ka­pi­tan rüt­bə­si­nə bə­ra­bər­dir - red.) və­zi­fə­si ve­ri­lib.
   Qeyd edək ki, “Ə­kin­çi” qə­ze­ti nəş­rə baş­la­yan dövr­də Mə­həm­mə­də­li bəy İrə­van­da ça­lı­şır­dı. Qə­ze­tin so­ra­ğı İrə­van şə­hə­ri­nə ça­tan­da Hə­sən bəy Zər­da­bi­ni ilk al­qış­la­yan­lar­dan bi­ri də o olub. Hə­sən bə­yə təb­ri­ki­ni şeir­lə çat­dı­rıb. Araş­dır­ma­lar­da gös­tə­ri­lir ki, 1875-ci il no­yab­rın 18-də onun “Ə­kin­çi” qə­ze­tin­də İran­da döv­lət mə­mur­la­rı­nın xal­qın ba­şı­na gə­tir­di­yi mü­si­bət­lər­dən bəhs edən ya­zı­sı dərc olu­nub...
   Mir Möh­sün Nəv­vab təz­ki­rə­sin­də qeyd edir ki, Mə­həm­mə­də­li bəy Məx­fi zə­ma­nə­si­nin arif­lə­rin­dən sa­yı­lır­mış. Gör­kəm­li maa­rif­çi və ədə­biy­yat­şü­nas Fi­ri­dun bəy Kö­çər­li isə onu “Qa­ra­bağ şair­lə­ri­nin ən möh­tə­rə­mi” ad­lan­dı­rıb.
   O döv­rün bir çox şa­ir və ədib­lə­ri ki­mi, Mə­həm­mə­də­li bəy Məx­fi də zə­ma­nə­si­nin haq­sız­lıq­la­rı, zid­diy­yət­lə­ri ilə ba­rış­ma­yıb, hə­mi­şə və­fa və haqq-əda­lə­tin so­ra­ğın­da olub:
   
   Çox do­la­nıb, Məx­fi, mən seyr elə­dim bu alə­mi,
   Yox­du gör­düm, mər­dü­mi-aləm­də asa­ri-və­fa.
   
   Şai­rə gö­rə, in­san hə­ya­tın­da iki se­vim­li mə­qam ya­şa­yır: dos­tun xoş hə­ya­tı və düş­mə­nin ölü­mü. O kəs xoş­bəxt­dir ki, hə­ya­tın­da bun­la­rın hər iki­si­ni ya­şa­yıb. Pis ol­ma­sa, yax­şı­nın qəd­ri bi­lin­məz. Yax­şı­la­rın var­lı­ğı pis­lə­rin xar ol­ma­sı de­mək­dir. Bü­tün bun­lar Mə­həm­mə­də­li bəy Məx­fi­nin hə­ya­ta ba­xış fəl­sə­fə­si­dir...
   O­nun ya­ra­dı­cı­lı­ğın­da yer alan ib­rə­ta­miz fi­kir­lər bi­zə xalq hik­mə­ti­ni xa­tır­la­dır: “Təm­kin­li ola­nın kön­lü qəm gör­məz”, “Eş­qin tə­si­ri hər yer­də var. Bax, aşiq­lə­rin nəğ­mə­si quş­la­ra tə­lim olub”, “Müd­rik o kəs­dir ki, na­da­nın boş sö­zü­nə qu­laq as­ma­sın”, “Müd­rik­lə­rin söh­bə­ti cən­nət, ay­rı­lı­ğın dəh­şə­ti cə­hən­nəm­dir”, “Tar­mar ol­sun o ev­lər ki, onun meh­ma­nı yox”, “Ey qo­lu qüv­və­li, zəif­lə­rə özü­nü gös­tər­mə”, “Şa­hi­nin sər­çə ilə işi ol­maz” və s.
   Mə­həm­mə­də­li bəy Məx­fi­nin mət­buat və ədə­biy­yat ta­ri­xi­miz­də xid­mət­lə­ri, xü­su­si­lə də “Əh­va­la­ti-Qa­ra­bağ” əsə­ri sis­tem­li şə­kil­də araş­dı­rıl­ma­yıb. Əsər o dövr­də mən­fur er­mə­ni­lərin və çar mə­mur­la­rı­nın Qa­ra­bağ eli­nin ba­şı­na gə­tir­dik­lə­ri mü­si­bət­lər­dən bəhs edir.
   
   Sa­va­lan Fə­rə­cov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar