Prezident İlham Əliyev iyulun 20-də “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, prezidentin 2011-ci il 15 fevral tarixli sərəncamı ilə 2011-ci il ölkəmizdə “Turizm ili” elan edilib. Dövlət başçısının yeni sərəncamına əsasən, “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrasının təşkilində əlaqələndirici orqan Mədəniyyət və Turizm Nazirliyi müəyyən edilib. Nazirlər Kabinetinə nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək və sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.