Azərbaycan

16 oktyabr 1923 - Xalq yazıçısı, ədəbiyyatşünas, filologiya elmləri doktoru Gülhüseyn Hüseynoğlu (Gülhüseyn Hüseyn oğlu Abdullayev; 1923-8.7.2013) Masallı rayonunun Mollaoba kəndində doğulub. Azərbaycan ədəbiyyatında mənsur şeirin dəyərli nümunələrini yaradıb. BDU-nun müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru olub.
16 oktyabr 1926 - Bəstəkar, pedaqoq, Xalq artisti, professor Ramiz Mustafayev (1926 - 10.4.2008) anadan olub. “Vaqif, “Polad”, “Xan və əkinçi” operalarının, operettaların, simfoniyaların və s. müəllifidir.
16 oktyabr 1935 - Yazıçı və kinodramaturq Əli Hüseyn oğlu Qafarov (1935-1979) anadan olub. “Azərbaycanfilm”də çəkilmiş bir neçə bədii (“Qızıl qaz”, “Çarvadarların izi ilə”) və sənədli (“Mahnıya həsr olunmuş həyat”, “Sevinc sarayı”, “Dirçəldilmiş torpaq”, “Odla təmasda”) filmlərin ssenari müəllifidir.
16 oktyabr 1949 - Akademik, ədəbiyyatşünas, Əməkdar elm xadimi İsa Əkbər oğlu Həbibbəyli Naxçıvan MR Şərur rayonunun Danyeri kəndində anadan olub. Naxçıvan Dövlət Universitetinin rektoru işləyib. Milli Məclisin deputatı, 2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir.

17 oktyabr 1905 - Məşhur yazıçı Məhəmməd Əsəd bəy (Qurban Səid; 1905-1942) Bakıda anadan olub. Sovetləşmədən sonra Almaniyaya mühacirət edib. “Əli və Nino” romanı ilə şöhrət qazanıb, tarixi mövzuda 20-dək əsərin müəllifidir. İtaliyada vəfat edib.
17 oktyabr 1915 - Operator, rejissor, Xalq artisti Cavanşir Məmmədov (1915-1997) Şuşada doğulub. Müharibə illərində (1941-1945) Mərkəzi Sənədli Filmlər Studiyasının operator qrupunda fəaliyyət göstərib. Bakı kinostudiyasında 10-dan çox sənədli film çəkib.
17 oktyabr 1924 - Şair Hüseyn Razi (Hüseyn Məmməd oğlu Rzayev; 1924-17.2.1998) Ordubad rayonunun Dəstə kəndində anadan olub.
17 oktyabr 1936 - Yazıçı Çingiz Əbülhəsən oğlu Ələkbərzadə (1936-7.1.1999) anadan olub. Əsərləri: “Qızıl yəhərli at”, “Çılpaq”, “Vulkana doğru” üçseriyalı filmin ssenari müəllifidir.
17 oktyabr 2003 - Tanınmış şair, publisist Nüsrət Yusif oğlu Kəsəmənli (25.9.1946 - 2003) vəfat edib. 100-dən çox şeirinə musiqi bəstələnib, sənədli filmlərin ssenari müəllifidir. «Azərbaycanfilm»də baş redaktor işləyib, “Doğma sahillər” (1989) filmində çəkilib.

18 oktyabr 1918 - Görkəmli ədəbiyyatşünas alim, Azərbaycanda mifologiya elminin yaradıcısı Mirəli Seyidov (1918-1992) İrəvanda doğulub. "Qövsi Təbrizi", "Azərbaycan mifik təfəkkürünün qaynaqları", "Azərbaycan xalqının söykökünü düşünərkən", "Yaz bayramı" və s. kitabların müəllifidir.
18 oktyabr 1949 - Tanınmış rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 1949 - 12.5.2011) Bakının Mərdəkan qəsəbəsində doğulub. 1982-1989-cu illərdə Musiqili Komediya Teatrında baş rejissor işləyib, Milli Dram Teatrında, habelə Türkiyədə, Estoniyada tamaşalar hazırlayıb. 1989-cu ildə «Yuğ» Teatrını yaradıb və ömrünün sonunadək bu sənət ocağına rəhbərlik edib. Bir sıra filmlərdə çəkilib: “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Otel otağı”, “Sahə” və s.
18 oktyabr 1991 - Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi gündür. Həmin gün Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib. 6 fəsil, 32 maddədən ibarət sənədin preambulasında 1918-1920-ci illər Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanın Rusiya tərəfindən ilhaq edildiyi qeyd olunur, Konstitusiya Aktının Azərbaycan Milli Şurasının 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə əsaslandığı vurğulanırdı.

19 oktyabr 1898 - Tanınmış ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Feyzulla Qasımzadə (1898-29.3.1976) Mərdəkan kəndində anadan olub.
19 oktyabr 1972 - Opera müğənnisi, Azərbaycanın Xalq artisti, Gürcüstanın Əməkdar artisti Fatma Səttar qızı Muxtarova (26.3.1893-1972) vəfat edib. Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Uşaq yaşlarında ailəsi Rusiyaya köçüb. Rostovda, Peterburqda yaşayıb. 1938-ci ildə Bakıya gəlib. Dövlət Opera və Balet Teatrının solisti olub.

20 oktyabr 1141 - Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin (İlyas Yusif oğlu Nizami, 1141-1209) doğum günü hesab olunur (dəqiq təvəllüd tarixi məlum deyil). Gəncədə doğulan və burada yaşayıb-yaradan Nizaminin «Xəmsə»si ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə" poemaları) dünya ədəbiyyatı xəzinəsində ən möhtəşəm yerlərdən birini tutur.
20 oktyabr 1910 - İlk azərbaycanlı qadın teatr rəssamlarından biri İzzət Əli qızı Seyidova (20.10.1910 - 30.11.1973) anadan olub. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyub, 1938-ci ildən Opera və Balet Teatrında fəaliyyət göstərib.
20 oktyabr 1913 - Tanınmış şair Əhməd Cəmil (Əhməd Səttar oğlu Cəmilzadə, 1913-27.9.1977) İrəvan şəhərində doğulub. Bir çox ədəbi nəşrlərə rəhbərlik edib. Rus, Ukrayna, gürcü, belarus, özbək şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.
20 oktyabr 1917 - Xalq artisti, opera müğənnisi İdris Fərhad oğlu Ağalarov (1917- 4.5.1975) anadan olub.
20 oktyabr 1922 - Xalq artisti, müğənni Şövkət Feyzulla qızı Ələkbərova (1922 - 7.2.1993) anadan olub. Məlahətli səsi ilə Azərbaycan musiqisini dünyanın bir sıra ölkələrində tanıdıb. Bülbül adına orta ixtisas musiqi məktəbində dərs deyib.
20 oktyabr 1923 - Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi latın əlifbasının dövlət əlifbası kimi tanınması haqqında dekret qəbul edib. Latın qrafikalı Azərbaycan əlifbası 1929-cu ildən tam tətbiq olunmağa başladı və 1939-cu ilədək qüvvədə oldu.
20 oktyabr 1929 - Bakıda Ümumazərbaycan yazıçılarının ikinci qurultayı keçirilib.
20 oktyabr 1940 - İctimai-siyasi xadim, publisist, dramaturq, filologiya elmləri doktoru Həsən Əziz oğlu Həsənov Tiflisdə doğulub. M.F.Axundzadənin həyatından bəhs edən "Brüsseldən məktublar" pyesinin, nəsr əsərlərinin, Nəriman Nərimanov haqqında monoqrafiyanın müəllifidir.

Dünya

16 oktyabr 1854 - Görkəmli irland şairi və dramaturqu Oskar Uayld (Oscar Fingal O"Flahertie Wills Wilde, 1854-1900) anadan olub. “Diriana Qreyin portreti” romanı, “İdeal ər”, “Diqqətə layiq olmayan qadın” və s. pyeslərin müəllifidir.
16 oktyabr 1888 - Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1936) laureatı Yudjin O’Nil (Eugene Gladstone O"Neill, 1888-1953) anadan olub. “Üfüqün arxasında”, “Buz paylayan gələcək”, “Qarağaclar altında məhəbbət” və s. pyeslərin müəllifidir.
16 oktyabr 1927 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1999) Günter Qrass (Günter Wilhelm Grass) anadan olub. Əsərləri: "Tənəkə təbili", "Pişik və siçan”, “İt illəri”, “İblisin gündəliyindən”.
16 oktyabr 1948 - Məşhur hind aktrisası, rejissor Hema Malini anadan olub. Çəkildiyi filmlər: “Zita və Gita”, “Qisas və qanun”, “Əlibaba və qırx quldurun macəraları”, “Cəngəlliklər kralı” və s.

17 oktyabr 1849 - Dünya şöhrətli polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Fryderyk Chopin, 22.2.1810 - 1849) vəfat edib.
17 oktyabr 1915 - Amerika dramaturqu Artur Miller (Arthur Aster Miller, 1915-2005) anadan olub. Əsərləri: “Mənim bütün oğullarım”, “Kommivoyacerin ölümü”, “Sərt sınaq” və s.
17 oktyabr 1931 - Rus yazıçısı Anatoli Pristavkin (1931- 11.7.2008) anadan olub. Əsərləri: “Qızıl bulud gecələyərdi...”, “Ölüm kölgəsinin vadisi”, “Qızıl cəllad” və s.

18 oktyabr 1859 - Fransız filosofu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1927) Anri Berqson (Henri-Louis Bergson, 1859-1941) anadan olub. Əsərləri: “Yaradıcılıq təkamülü”, “Materiya və yaddaş”.
18 oktyabr 1894 - Rus yazıçısı, dramaturq və ədəbiyyatşünas Yuri Tınyanov (1894-1943) anadan olub. Romanları: “Kyuxlya”, “Vəzir-Muxtarın ölümü”, “Puşkin” və s.
18 oktyabr 1926 - Amerika aktyoru Corc Skott (George Campbell Scott, 1926-1999) anadan olub. Filmləri: “Patton” (“Oskar” mükafatı), “12 qəzəblənmiş kişi” və s.
18 oktyabr 1960 - Belçika əsilli Amerika aktyoru, kinorejissor Jan Klod van Damm (Jean-Claude Van Damme) anadan olub. Filmləri: “Qanlı idman”, “İkiqat zərbə”, “Universal əsgər”, “Çətin hədəf” və s.

19 oktyabr 1433 - İtalyan mütəfəkkiri, erkən İntibahın görkəmli nümayəndəsi Marsilio Fiçino (Marsilius Ficinus - Marsilio Ficino, 1433-1499) anadan olub.
19 oktyabr 1862 - Dünya kinosunun baniləri sayılan fransız Lümyer qardaşlarından Ogüst Mari Nikola Lümyer (Auguste Louis Marie Nicholas Lumiere; 1862-1954) anadan olub.
19 oktyabr 1899 - Qvatemala yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1967) laureatı Migel Anxel Asturias (Miguel Angel Asturias, 1899-1974) anadan olub. Əsərləri: “Senyor Prezident”, “Dəfn olunmuşların başçısı” və s.
19 oktyabr 1952 - Meksika aktrisası Veronika Kastro (Veronica Castro) anadan olub. “Varlılar da ağlayır” serialı ilə məşhurlaşıb.

20 oktyabr 1854 - Fransız şairi, poeziyada simvolizmin banilərindən biri Artur Rembo (Jean Nicolas Arthur Rimbaud, 1854-1891) anadan olub.
20 oktyabr 1905 - Amerikalı yazıçı, məşhur detektiv əsərlər müəllifi Frederik Danney (Frederick Dannay - Daniel Nathan, 1905-1982) anadan olub.
20 oktyabr 1917 - Fransız kinorejissoru Jan-Pyer Melvil (Jean-Pierre Melville - Grumbach; 1917-1973) anadan olub. Filmləri: “Samuray”, “Kölgələr ordusu”, “Qırmızı dairə” və s.
20 oktyabr 1919 - Məşhur başqırd şairi Mustay (Mustafa) Kərim (1919-2005) anadan olub.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar