Azərbaycan

21 oktyabr 1932 - Xalq şairi, ədəbiyyatşünas, ictimai xadim Xəlil Rza Ulutürk (Xəlil Rza oğlu Xəlilov; 1932 - 22.6.1994) Salyan rayonunun Pirəbbə kəndində anadan olub. 1988-ci ildə başlanan milli-azadlıq hərəkatında iştirak edib, 1990-cı ilin 20 Yanvar qırğınından sonra həbs edilib, 9 ay Moskvadakı Lefortovo həbsxanasında saxlanılıb. 1995-ci ildə (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif olunub. Kitabları: “Hara gedir bu dünya”, “Məndən başlanır vətənim”, “Davam edir 37”, “Türkün dünyası” və s.
21 oktyabr 1932 - Azərbaycan saz-söz sənətinin görkəmli nümayəndəsi Aşıq Kamandar (Əfəndiyev Kamandar Həmid oğlu, 1932 - 25.10.2000) Gürcüstanın Borçalı mahalında (Marneuli rayonu) Kürüstü Kəpənəkçi kəndində anadan olub.
21 oktyabr 1935 - Ədəbiyyatşünas alim, professor Fəridə Ağaəli qızı Vəlixanova anadan olub. Azərbaycanda tərcüməşünaslıq elminin ilk tədqiqatçısıdır.

22 oktyabr 1919 - Bəstəkar Ərtoğrul Hüseyn oğlu Cavid (1919 - 14.10.1943) anadan olub. Nizaminin “Sevgili yar gəlmiş idi” qəzəlinə, Nigar Rəfibəylinin “Eşq olsun” şeirlərinə romans və mahnılar bəstələyib. Azərbaycan xalq mahnılarını nota salıb.
22 oktyabr 1920 - Nasir Məmməd Aranlı (Məmməd Salman oğlu Ağayev; 1920-1950) Ağcabədi kəndində anadan olub.
22 oktyabr 1921 - Azərbaycan xalçaçılıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Kamil Müseyib oğlu Əliyev (1921 - 1.3.2005) Qərbi Azərbaycanda, İrəvan şəhərində doğulub.
22 oktyabr 1940 - Əməkdar jurnalist, tərcüməçi, publisist Mailə Muradxanlı (1940 - 12.6.2010) anadan olub.
22 oktyabr 1970 - Azərbaycanda kukla teatrının yaradıcılarından biri, aktyor, rejissor Molla Ağa Bəbirli (15.9.1905 - 1970) vəfat edib.
“O olmasın, bu olsun” (hamam sahibi Məşədi Qəzənfər), “Bir məhəllədən iki nəfər”, “Sehirli xalat” filmlərində çəkilib.

23-25 oktyabr 1940 - Azərbaycan Rəssamlar İttifaqının birinci (təsis) qurultayı keçirilib.
23 oktyabr 1944 - Xalq artisti, tanınmış aktrisa Lyudmila Semyonovna Duxovnaya anadan olub. 1963-cü ildən S.Vurğun adına Dövlət Rus Dram Teatrında çıxış edir.
23 oktyabr 1953 - Tanınmış xanəndə Səxavət Əmirxan oğlu Məmmədov (1953-30.9.1991) Ağdam rayonunun Abdal-Gülablı kəndində doğulub. Xalq mahnıları, muğam və təsniflərin mahir ifaçısı olub. Avtomobil qəzasında dünyasını dəyişib.

24 oktyabr 1882 - Görkəmli şair, dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə; 1882 - 5.12.1941) Naxçıvanda anadan olub. Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin ("İblis", "Topal Teymur", "Şeyx Sənan", “Xəyyam” və s.) müəllifidir. 1938-ci ildə repressiya olunub, 1941-ci ildə Sibirdə sürgündə vəfat edib. 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Cavidin nəşi Vətənə gətirilərək Naxçıvanda dəfn olunub.
24 oktyabr 1910 - Etnoqraf Məmməd Nəsir oğlu Nəsirli (1911-1979) anadan olub.
24 oktyabr 1929 - Ədəbiyyatşünas alim, professor Şəmistan Abdu oğlu Mikayılov Borçalı mahalının (Gürcüstanın Bolnisi rayonu) Faxralı kəndində doğulub. Dərsliklərin, bir çox tədqiqat əsərlərinin müəllifidir.
23 oktyabr 1993 - Görkəmli muğam ustası, qəzəlxan-şair, Xalq artisti Hacıbaba Hüseynəli oğlu Hüseynov (19.3.1919 - 1993) vəfat edib. Uzun illər A.Zeynallı adına Musiqi Məktəbində muğamatdan dərs deyib, xanəndələr yetişdirib.
24 oktyabr 2002 - Bakıda Hüseyn Cavidin ev-muzeyi açılıb.

Dünya

21 oktyabr 1772 - İngilis şairi və filosofu Semyuel Kolric (Samuel Taylor Coleridge, 1772-1834) anadan olub.
21 oktyabr 1790 - Fransız romantik şairi Alfons de Lamartin (1790-1869) anadan olub.
21 oktyabr 1833 - Dünya şöhrətli isveçli mühəndis, ixtiraçı, Nobel mükafatlarının təsisçisi Alfred Nobel (Alfred Bernhard Nobel, 1833-1896) Stokholmda doğulub.
21 oktyabr 1928 -Tatar əsilli Rusiya aktyoru Radner Zinyatoviç Muratov (1928-2004) anadan olub. Filmləri: “Uğur centlmenləri” (Vasili Ali-Babayeviç), “Qalxan və qılınc”, “Qızıl buzov” və s.
21 oktyabr 1929 - Amerikalı fantast yazıçı Ursula Kreber Le Quin (Ursula Kroeber Le Guin) anadan olub.
21 oktyabr 1945 - Məşhur rus kinorejissoru və aktyoru Nikita Mixalkov anadan olub. Çəkdiyi filmlər: “Qara gözlər”, “Günəşdən yorulmuşlar” (“Oskar” mükafatı, 1994), “Urqa - məhəbbət ərazisi”, “Sibir bərbəri”.

22 oktyabr 1811 - Görkəmli macar bəstəkarı Ferens List (Ferenc Liszt; 1811 - 31.7.1886) anadan olub. Məşhur əsərləri: “Faust” simfoniyası, “Macar” rapsodiyası, “Prelüdlər”.
22 oktyabr 1844 - Yəhudi əsilli məşhur Fransa aktrisası Sara Bernar (Sarah Bernhardt - Henriette Rosine Bernard, 1844-1923) anadan olub.
22 oktyabr 1869 - Rus impressionist rəssamı Filipp Andreyeviç Malyavin (1869-1940) anadan olıub.
22 oktyabr 1870 - Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1933) laureatı İvan Alekseyeviç Bunin (1870 - 8.11.1953) anadan olub. 1920-ci ildə Fransaya mühacirət edib. Əsərləri: “Qafqaz”, “Lənətlənmiş günlər”, “Arsenyevin həyatı”, “Günəş zərbəsi”, “Qaranlıq xiyabanlar” (hekayələr).
22 oktyabr 1919 - İngilis fantast yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (2007) laureatı Doris Lessinq (Doris Lessing) İranın Kirmanşah şəhərində doğulub. Atası İrandakı ingilis ordusunun zabiti olub. Əsərləri: “Kanopus Arqosda” romanlar seriyası, “Beşinci uşaq”, “Nəcib terrorçu” və s.
22 oktyabr 1925 - Amerika rəssamı, pop-art cərəyanının banilərindən biri Robert Rauşenberq (Robert Milton Ernest Rauschenberg; 1925-2008) anadan olub.
22 oktyabr 1943 - Məşhur fransız aktrisası Katrin Denev (Catherine Deneuve) anadan olub. Filmləri: “Şerbur çətirləri”, “Roşforlu qız”, “Gündüz gözəli” və s.
22 oktyabr 1946 - İtaliyalı müğənni, 60-70-ci illərdə böyük populyarlıq qazanmış Robertino Loretti (Robertino Loretti) anadan olub.
22 oktyabr 2001 - Məşhur rus aktyoru, SSRİ Xalq artisti Georgi Vitsin (23.4.1918 - 2001) vəfat edib. Məşhur filmləri: “Qafqaz əsiri”, “I” əməliyyatı”, “Uğur centlmenləri”, “Balzaminovun evlənməsi” və s.

23 oktyabr 1817 - Fransız ensiklopediyaçısı, XIX əsrin ən böyük (17 cild) ensiklopedik lüğətinin tərtibçisi Pyer Larus (Pierre Athanase Larousse, 1817-1875) anadan olub.
23 oktyabr 1844 - Alman rəssamı Vilhelm Leybl (Wilhelm Maria Hubertus Leibl, 1844-1900) anadan olub.
23 oktyabr 1920 - İtalyan uşaq yazarı Canni Rodari (Gianni Rodari, 1920-1980) anadan olub. “Çippolinonun sərgüzəştləri” əsəri ilə məşhurlaşıb.
23 oktyabr 1932 - Rus yazıçısı Vasili İvanoviç Belov anadan olub. Əsərləri: “Ərəfələr”, “Böyük dönüş ili”, “Hər şey irəlidədir” və s.
23 oktyabr 1942 - Amerikalı fantast-yazıçı Maykl Krayton (John Michael Crichton, 1942-2008) anadan olub. “Yura dövrünün parkı” əsəri əsasında eyniadlı məşhur film (Stiven Spilberq) çəkilib.

24 oktyabr 1804 - Alman fiziki, teleqrafın ixtiraçısı Vilhelm Veber (Wilhelm Eduard Weber, 1804-1891) anadan olub.
24 oktyabr 1882 - Macar bəstəkarı İmre Kalman (Imre Kalman, 1882-1953) anadan olub. “Silva”, “Sirk şahzadəsi”, “Monmartrın bənövşəsi” operettalarının müəllifidir.
24 oktyabr 1911 - Məşhur rus aktyoru, rejissoru, SSRİ Xalq artisti Arkadi İsaakoviç Raykin (1911-1987) anadan olub. Miniatür estrada teatrının yaradıcısıdır. Filmləri: “Biz sizinlə haradasa görüşmüşük”, “İnsanlar və manekenlər”, “Dünən, bu gün və həmişə”.
24 oktyabr 1945 - Birləşmiş Millətlər Təşkilatının yarandığı gündür.
24 oktyabr 1947 - Amerika aktyoru Kevin Klayn anadan olub. Filmləri: “Fransız öpüşü”, “Vanda adlı balıq” (“Oskar”, 1988), “Çaplin” və s.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar