Azərbaycan

19 noyabr 1935 - Tanınmış dilçi alim, professor Zemfira Nadir qızı Verdiyeva (1935 - 8.11.2010) anadan olub. Uzun illər Xarici Dillər İnstitutuna (hazırda Azərbaycan Dillər Universiteti) rəhbərlik edib.

20 noyabr 1910 - Yazıçı-dramaturq Məmmədəli Hüseyn oğlu Tanrıverdiyev (1910 - 24.09.1985) Ordubad rayonunun Dəstə kəndində anadan olub. “Kölgəli dağ”, “Qəmküsar” pyeslərinin müəllifidir.
20 noyabr 1930 - Görkəmli aktyor Gündüz Şəmsəddin oğlu Abbasov (1930-1995) anadan olub. “Onun böyük ürəyi”, “Bir qalanın sirri”, “Bizim küçə”, "Telefonçu qız", "Babək", “Dədə Qorqud”, “Doğma sahillər”, “Yuxu” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Ədəbi yaradıcılıqla məşğul olub, hekayələr yazıb, tərcümələr edib.
20 noyabr 1930 - Tanınmış ədəbiyyatşünas alim, professor Qulu Qasım oğlu Xəlilov (1930 - 18.11.1995) anadan olub.
20 noyabr 1935 - Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri, Xalq artisti, Prezident təqaüdçüsü Qədir Çərkəz oğlu Rüstəmov (1935-14.12.2011) Ağdamda doğulub. Muğam və xalq mahnılarımızın bənzərsiz ifaçısı olub. “Üzeyir ömrü” televiziya filmində (Cabbar Qaryağdıoğlu rolunda) çəkilib.
20 noyabr 1956 - Teatr tariximizin tanınmış simalarından biri, aktyor, tərcüməçi, Xalq artisti Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə; 21.3.1896, Ordubad - 1956) vəfat edib. “Səbuhi” (1941), “Fətəli xan” (1947) və s. filmlərdə çəkilib.
20 noyabr 1975 - Bakıda Üzeyir Hacıbəylinin ev-muzeyi açılıb.
20 noyabr 1991 - Erməni silahlı qüvvələri Qarabağ münaqişəsi gedişində Azərbaycana qarşı ən böyük terror aktını həyata keçiriblər. Martuni (Xocavənd) rayonunun Qarakənd kəndinin səmasında içərisində Azərbaycanın dövlət və hökumət rəhbərlərinin olduğu "Mi-8" vertolyotu raketlə vurulub. Vertolyotda olan 22 nəfər, o cümlədən dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfü Hacıyev, SSRİ xalq deputatları Vaqif Cəfərov, Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Dağlıq Qarabağ münaqişəsi regionunda Rusiya və Qazaxıstanın müşahidəçilər qrupunun rəhbərləri, jurnalistlər və ekipaj həlak olub.

Dünya

19 noyabr 1528 - İntibah dövrünün italyan rəssamı Paolo Veroneze (Paolo Veronese-Cagliari; 1528-1588) anadan olub.
19 noyabr 1711 - Görkəmli rus alimi, şair, müasir rus ədəbi dilinin banisi Mixail Vasilyeviç Lomonosov (1711-1765) anadan olub.
19 noyabr 1843 - İsveçrə filosofu, empiriokritisizmin banilərindən biri Rixard Avenarius (Richard Heinrich Ludwig Avenarius; 1843-1896) anadan olub.
19 noyabr 1900 - Alman yazıçısı, incəsənət və ədəbiyyat nəzəriyyəçisi Anna Zegers (Anna Seghers - əsl adı Netty Reiling, 1900-3.6.1983) anadan olub. Əsərləri: “Fevralda yol”, “Yeddinci xaç”, “Ölmüş qızların gəzintisi”, “Dar ağacında işıq” və s.
19 noyabr 1903 - Məşhur baletmeyster və pedaqoq, SSRİ Xalq artisti Asaf Mixayloviç Messerer (1903-1992) anadan olub.
19 noyabr 1962 - Məşhur Amerika aktrisası Codi Foster (Alicia Christian «Jodie» Foster) anadan olub. İki dəfə “Oskar” mükafatına “Müttəhimlər” (1988), “Quzuların susması” (1991) layiq görülüb.
19 noyabr 1993 - Məşhur rus kinorejissoru, SSRİ Xalq artsiti Leonid Qayday (30.1.1923 - 1993) vəfat edib. Filmləri: “Qafqaz əsiri”, “I əməliyyatı və Şurikin başqa macəraları”, “Brilyant əl” və s.

20 noyabr Dünya Uşaq Günüdür (Universal Children"s Day). 1959-cu ilin 20 noyabrında “Uşaq hüquqları Bəyannaməsi”, 1989-cu ilin həmin günündə isə “Uşaq hüquqları Konvensiyası”nın qəbul olunması münasibətilə BMT Baş Assambleyası tərəfindən təsis edilib.
20 noyabr 1890 - Amerika kinoaktyoru Robert Armstronq (Robert Armstrong, 1890-1973) anadan olub.
20 noyabr 1910 - Dünya şöhrətli rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy (9.9.1828 - 1910) vəfat edib. Əsərləri: “Ailə xoşbəxtliyi”, “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə” romanları, “Kreyser sonatası”, “Kazaklar”, “Hacı Murad” povestləri, “Qaranlığın hakimiyyəti”, “Canlı meyit” pyesləri və s.
20 noyabr 1925 - Məşhur rus balerinası, xoreoqraf, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Mayya Pliseskaya anadan olub.
20 noyabr 1927 - SSRİ Xalq artisti Mixail Aleksandroviç Ulyanov (1927 - 26.3.2007) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Karamazov qardaşları”, “Qaçış”, “Voroşilov nişançısı”. 20-dən çox filmdə marşal G.Jukovun obrazını yaradıb.
20 noyabr 1928 - Tanınmış rus aktyoru, SSRİ Xalq artisti Aleksey Batalov anadan olub. Filmləri: “Durnalar uçur”, “Moskva göz yaşlarına inanmır” və s.

21 noyabr “Dünya televiziya günü”dür. 1996-cı il noyabrın 21-də BMT-də ilk dünya televiziya forumunun keçirilməsi ilə bağlı təşkilatın Baş Assambleyası tərəfindən (17 dekabr 1996) təsis edilib.
21 noyabr 1694 - Fransız şairi, mütəfəkkiri və tarixçisi Fransua-Mari Volter (Fransua-Mari Arue François-Marie Arouet; 1694 - 30.5.1778) anadan olub. Əsərləri: “Edip”, “Brut”, “Zaira”, “Sezar” tragediyaları, “Zadiq və ya tale”, “Mikromeqas”, “Kandid” fəlsəfi romanları və s.
21 noyabr 1898 - Belçika sürrealist rəssamı Rene Fransua Gislen Magritt (Rene François Ghislain Magritte, 1898-1967) anadan olub.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar