Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsi
2011-ci ilin sentyabr ayının 28-30 tarixində II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcəkdir.
Tədbirin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyidir.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı nəzərə alınaraq sərgi-yarmarka bu əlamətdar tarixi hadisəyə həsr olunur.
Sərgi-yarmarkada iştirak edənlər üçün stend sahəsi və avadanlıqları pulsuz olaraq veriləcəkdir.
Siz sərgi-yarmarkada 2008-2011-ci illərdə qurumunuz tərəfindən buraxılmış nəşrləri nümayiş etdirmək, satmaq, iştirakçı xarici dövlətlərin nəşriyyatları, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqsınız.
Sərgi-yarmarkada iştirak etmək üçün zəruri sənədləri (proqram, kataloq, iştirak şərtləri, ərizə-müqavilə) Təşkilat Komitəsindən, Mədəniyyət və Turizm Nazirliyinin saytından (www.mct.gov.az) əldə edə bilərsiniz.
İştirak haqqında ərizələrin təqdimi üçün son gün 15 sentyabr 2011-ci ildir (Ünvan: AZ1000, Bakı ş., Ü.Hacıbəyli küç. 40, Hökumət Evi, 3-cü mərtəbə. Tel: 493-06-80. Faks: 493-56-05,. e-mail: nrtis@mct.gov.az).
Sizi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunacaq II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştiraka dəvət edirik!