20 Yanvar milli hüzn, əbədi qürur, şan və şərəf günümüzdür

Azərbaycanın yeni tarixinə, xalqımızın müstəqillik mücadiləsinin salnaməsinə qara və al qırmızı hərflərlə yazılmış 20 Yanvarın 24-cü ildönümü yaxınlaşır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet hərb maşınının Bakıda həyata keçirdiyi qanlı əməliyyatda 147 nəfər qətlə yetirilmiş, 600-dən çox adam yaralanmışdı.
20 Yanvar faciəsi Azərbaycan xalqının milli oyanışını, doğma torpağı uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Hər il bu günlər şəhidlərimizin ruhunu dərin kədərlə anırıq.
Amma 20 Yanvar Azərbaycan xalqının tarixində yalnız ağı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar həm də xalqımızın əbədi qürur, şan və şərəf günüdür. Biz bu günün gerçək önəmini onun hüzn və şərəfi ilə birgə yaşamalıyıq.
Xalqımız qəhrəman övladlarına matəm saxlamaqla bərabər, onların şəhidlik zirvəsinə baxıb başını dik tutmalıdır. Torpaq, uğrunda ölən varsa, Vətəndir. Vətən şəhidləri ilə ucalır. Allah bütün şəhidlərimizə rəhmət eləsin.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar