Za­qaf­qa­zi­ya (Qo­ri) Müəl­lim­lər Se­mi­na­ri­ya­sı­nın Azər­bay­can şö­bə­si 40 il fəa­liy­yət gös­tə­rib. 250-dən ar­tıq müəl­lim ha­zır­la­yıb. On­lar maa­rif, mə­də­niy­yət və in­cə­sə­nət car­çı­la­rı ki­mi ta­rix­də iz qo­yub­lar.
   
   Sə­fə­rə­li bəy Və­li­bə­yov Qo­ri Müəl­lim­lər Se­mi­na­ri­ya­sı­nı bi­ti­rən ilk üç azər­bay­can­lı gənc­dən bi­ri olub. Öm­rü­nün təx­mi­nən 20 ili­ni pe­da­qo­ji işə sərf edib, on­lar­la is­te­dad­lı gənc ye­tiş­di­rib. Cə­lil Məm­məd­qu­lu­za­də, Nə­ri­man Nə­ri­ma­nov, Sü­ley­man Sa­ni Axun­dov ki­mi gör­kəm­li şəx­siy­yət­lər ib­ti­dai təh­sil­lə­ri­ni on­dan alıb­lar.
   Sə­fə­rə­li bəy Şeyx Hə­sən oğ­lu Və­li­bə­yov 1861-ci il­də Şu­şa­da dün­ya­ya göz açıb. İlk təh­si­li­ni mol­la­xa­na­da alıb, ərəb və fars dil­lə­ri­ni mü­kəm­məl öy­rə­nib. 1875-1879-cu il­lər­də Şu­şa dörd­si­nif­li şə­hər mək­tə­bin­də təh­si­li­ni da­vam et­di­rib. 1879-cu il­də Qo­ri Müəl­lim­lər Se­mi­na­ri­ya­sın­da Azər­bay­can şö­bə­si açı­lır. Azər­bay­can şö­bə­si­nin rəh­bə­ri, məş­hur maa­rif­pər­vər Alek­sey Çern­ya­yevs­ki tə­lə­bə top­la­maq məq­sə­di­lə Şu­şa­ya gə­lir. Söh­bət et­di­yi gənc­lər ara­sın­da Sə­fə­rə­li bəy Və­li­bə­yov diq­qə­ti­ni da­ha çox çə­kir. Onun ha­zır­lıq­lı gənc ol­du­ğu­nu gö­rüb se­vi­nir. Gənc oğ­la­nı se­mi­na­ri­ya­nın ikin­ci sin­fi­nə qə­bul edir...
   1879-1893-cü il­lər­də Qo­ri Müəl­lim­lər Se­mi­na­ri­ya­sı­nın Azər­bay­can şö­bə­si­nə rəh­bər­lik edən A.­Çern­ya­yevs­ki qa­baq­cıl fi­kir­li, ge­niş dün­ya gö­rüş­lü müəl­lim kadr­la­rın ha­zır­lan­ma­sın­da bö­yük əmək sərf edib. Sə­fə­rə­li bəy Və­li­bə­yov onun se­vim­li tə­lə­bə­lə­rin­dən idi. O da öz növ­bə­sin­də müəl­li­mi­nə bir çox iş­lə­rin­də ya­xın­dan kö­mək­lik gös­tə­rir. Onun “Və­tən di­li” (I his­sə) ki­ta­bı­nın ər­sə­yə gəl­mə­sin­də ya­xın­dan iş­ti­rak edir.
   Təh­si­li­ni (1881-1896) ba­şa vur­duq­dan son­ra müəl­lim ki­mi se­mi­na­ri­ya­da qa­lır. İlk pe­da­qo­ji fəa­liy­yə­ti­nə bu­ra­da baş­la­yır. Ey­ni za­man­da tə­lə­bə­lə­rin si­nif­dən­kə­nar məş­ğə­lə­lə­ri ilə məş­ğul olur. Pe­da­qo­ji fəa­liy­yə­ti­ni yay tə­ti­lin­də də da­vam et­di­rir­di. Tə­til za­ma­nı Şu­şa­ya din­cəl­mə­yə gə­lər­kən ora­da uşaq­la­ra pul­suz dərs de­yir. Şu­şa və ət­raf kənd mək­təb­lə­rin­də dərs de­yən müəl­lim­lər­lə ya­xın­dan söh­bət­lər apa­rır, on­la­rı ye­ni üsul dərs me­to­di­ka­sı ilə ta­nış edir.
   O, se­mi­na­ri­ya da­xi­lin­də ge­dən məf­ku­rə mü­ba­ri­zə­sin­də də fəal­lıq gös­tə­rir. Qaf­qaz təh­sil or­qan­la­rı­nın ir­ti­ca­çı baş­çı­la­rı Azər­bay­can di­li­ni se­mi­na­ri­ya­nın təd­ris proq­ra­mın­dan çı­xar­ma­ğa cəhd edir­lər. S.Və­li­bə­yov müəl­lim həm­kar­la­rı A.­Çern­ya­yevs­ki, Ə.A­xund­za­də və N.Lo­mou­ri ilə bir­lik­də bu mür­tə­ce si­ya­sə­tə qar­şı çı­xır. O, müa­sir­lə­ri ara­sın­da bir çox fər­di key­fiy­yət­lə­ri ilə diq­qət çə­kir. Gör­kəm­li maa­rif xa­di­mi, us­tad me­to­dist, ba­ca­rıq­lı tər­cü­mə­çi və hər­tə­rəf­li bi­li­yə ma­lik alim ki­mi ta­nı­nır. Onun “Və­tən di­li” (II his­sə, A.­Çern­ya­yevs­ki ilə bir­lik­də) dərs­li­yi, rus di­lin­dən et­di­yi tər­cü­mə­lər, “Qüd­rə­ti-Xu­da”, “Ü­su­li-cə­did”, ta­rix, ədə­biy­yat, coğ­ra­fi­ya ki­tab­la­rı və “Xə­zi­ne­yi-əx­bar” ad­lı en­sik­lo­pe­dik sə­ciy­yə­li əsə­ri uzun il­lər azər­bay­can­lı uşaq­la­rın sev­dik­lə­ri ki­tab­lar olub.
   O­nun ma­raq­lı jur­na­lis­tik fəa­liy­yə­ti olub. Gənc pub­li­sist ki­mi “Zi­ya­yi-Qaf­qa­ziy­yə”, “Tər­cü­man”, “Kəş­kül”, “Kaf­kaz”, “No­vo­ye oboz­re­ni­ye”, “Kas­pi” qə­zet­lə­rin­də çı­xış edir. “Türk di­li ba­rə­sin­də”, “Qo­ri­dən mək­tub”, “Tə­zə ki­tab­xa­na və qi­raət­xa­na”, “Tif­lis­dən mək­tub” və di­gər mə­qa­lə­lə­rin­də döv­rün mü­hüm ədə­bi və ic­ti­mai ha­di­sə­lə­ri­nə mü­na­si­bət bil­di­rib.
   XIX əs­rin 80-ci il­lə­rin­dən baş­la­ya­raq qa­baq­cıl zi­ya­lı­la­rın ana di­li mək­tə­bi ya­rat­maq cəhd­lə­ri get-ge­də ar­tır. Ba­kı, Nax­çı­van, Şə­ki, Şa­ma­xı və di­gər şə­hər­lər­də ay­rı-ay­rı şəxs­lər, mü­tə­rəq­qi maa­rif­çi­lər ib­ti­dai təh­sil ve­rən ana di­li mək­təb­lə­ri aç­maq­da da­vam edir­di­lər. Be­lə mək­təb­lər­dən bi­ri 1883-cü il­də Şu­şa­da Sə­fə­rə­li bəy Və­li­bə­yov tə­rə­fin­dən açı­lır. Onun mək­tə­bin­də müx­tə­lif tə­bə­qə­lər­dən olan 25 şa­gird oxu­yub.
   O dövr­də Azər­bay­can di­li­nin təd­ri­si­nə da­ir müx­tə­lif ad­da xey­li ki­tab tər­tib edi­lib. Azər­bay­can di­lin­də tər­tib edi­lən oxu ki­tab­la­rı içə­ri­sin­də Sə­fə­rə­li bəy Və­li­bə­yo­vun (1888) Tif­lis­də “Kəş­kül” qə­ze­ti­nin mət­bəə­sin­də çap et­dir­di­yi ri­sa­lə xü­su­si əhə­miy­yət kəsb edir. Araş­dır­ma­lar­da gös­tə­ri­lir ki, ki­ta­bın ti­tul sə­hi­fə­sin­də rus di­lin­də bu söz­lər ya­zı­lıb: “Knij­ka dlya sa­mos­to­ya­tel­no­qo çte­ni­ya na ta­tars­ko-azer­bayd­jans­kom na­re­çii”. Azər­bay­can di­lin­də isə ki­tab­ça be­lə ad­la­nır: “İb­ti­dai mək­təb şa­gird­lə­ri­nə məx­sus və hüs­nü əx­la­qa da­ir Azər­bay­can di­lin­də oxu ri­sa­lə­si”. Ri­sa­lə­yə “Qüd­rə­ti-Xu­da” (“Al­la­hın qüd­rə­ti”) söz­lə­ri epiq­raf se­çi­lib. Ki­tab Sankt-Pe­ter­burq şə­hə­rin­də­ki S.Şed­rin adı­na Döv­lət Küt­lə­vi Ki­tab­xa­na­sı­nın “SSRİ xalq­la­rı­nın ədə­biy­ya­tı” şö­bə­sin­də sax­la­nı­lır.
   Sə­fə­rə­li bəy Və­li­bə­yo­vun el­mi-pe­da­qo­ji fəa­liy­yə­tin­də məş­hur ta­tar maa­rif­çi­si İs­ma­yıl bəy Qasp­rins­ki ilə gö­rü­şü bö­yük rol oy­na­yıb. XIX əs­rin 90-cı il­lə­rin­də o, Fi­ri­dun bəy Kö­çər­li ilə İs­ma­yıl bə­yin ya­şa­dı­ğı Bax­ça­sa­ra­ya ge­dir. Gö­rüş on­da bö­yük təəs­sü­rat ya­ra­dır. Bir müd­dət son­ra bu gö­rüş ba­rə­də Fi­ri­dun bəy Kö­çər­li ya­zır: “1890-cı il­də hə­qir mü­səl­man şö­bə­si­nin nəz­din­də­ki ib­ti­dai mək­tə­bin sa­biq müəl­li­mi Sə­fə­rə­li bəy Və­li­bə­yov­la möh­tə­rəm us­ta­dı­mı­zı zi­ya­rət et­mək məq­sə­di­lə Bax­ça­sa­ra­ya sə­fə­rə çıx­dıq. On gün­dən çox İs­ma­yıl bəy öz evin­də bi­zi qo­naq sax­la­dı. Möh­tə­rəm hə­yat yol­da­şı ilə biz­lə­rə çox-çox yax­şı­lıq­lar et­di­lər ki, heç vaxt o nə­va­ziş­lər unu­dul­maz”.
   Sə­fə­rə­li bəy Və­li­bə­yov 1896-cı il­də Qo­ri­dən Ba­kı­ya kö­çür. Bu­ra­da bir müd­dət pe­da­qo­ji fəa­liy­yət­lə məş­ğul olur. Son­ra Ba­kı göm­rük­xa­na­sın­da işə dü­zə­lir, tər­cü­mə­çi və­zi­fə­sin­də ça­lı­şır. 1902-ci il av­qus­tun 31-də öm­rü­nün coş­qun ça­ğın­da ürək xəs­tə­li­yin­dən və­fat edir...
   
   Sa­va­lan Fə­rə­cov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar