Azərbaycan

22 yanvar 1892 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, boyakar və qrafika ustası Bəhruz Kəngərli (1892-1922) anadan olub. Əsərlərində Vətəninin gözəlliklərini (“Gecə mənzərəsi”, “İlan dağı” və s.) tərənnüm edib. Kömür, karandaş, akvarel və yağlı boya ilə müxtəlif janrlarda yaratdığı 500-ə yaxın əsəri muzeylərdə sərgilənir.
22 yanvar 1926 - Nasir, publisist, tərcüməçi Məmmədrza Abdulla oğlu Afiyət (Mərəndi; 1926-1995) anadan olub.
22 yanvar 1944 - Xalq artisti, tanınmış aktyor Hacı Məcid oğlu İsmayılov Bakıda doğulub. Akademik Milli Dram Teatrında çalışır. «Ad günü», “Bəyin oğurlanması”, “Həm ziyarət, həm ticarət”, “Sarı gəlin” və s. filmlərdə, televiziya tamaşalarında maraqlı obrazlar yaradıb.
22 yanvar 1967 - Əməkdar artist Elşən Rüstəmov Masallıda doğulub. Filmləri: “İtkin gəlin”, “Özgə vaxt”, “Əlavə təsir”, “İstanbul reysi” və s.

23 yanvar 1927 - Xalq artisti, tanınmış rəqqas Böyükağa Mircəfər oğlu Məmmədov anadan olub. Milli rəqs sənətimizin inkişafında xidmətlər göstərib, “Arşın mal alan” (1965) filmində rəqslərin quruluşunu (Əminə Dilbazi ilə birgə) verib.
23 yanvar 1935 - Şair, dramaturq Cahangir Atakişi oğlu Məmmədov anadan olub.
23 yanvar 1951 - Kamança ifaçısı, sənətşünaslıq doktoru Rafiq Hüseyn oğlu İmrani anadan olub.
23 yanvar 2011 - Əməkdar jurnalist Valid Möhsün oğlu Sənani (12.5.1935-2011) vəfat edib. Uzun illər Azərbaycan radiosu və televiziyasında çalışıb. Milli televiziyamızda ilk futbol şərhçisi idi.

Dünya

22 yanvar 1561 - İngilis filosofu, empirizmin banisi, tarixçi, şair Frensis Bekon (Francis Bacon, 1561-1626) anadan olub.
22 yanvar 1729 - Alman klassik ədəbiyyatının banisi, dramaturq, incəsənət nəzəriyyəçisi Qothold Efraim Lessinq (Gotthold Ephraim Lessing, 1729-1781) anadan olub.
22 yanvar 1788 - İngilis romantik şairi Corc Qordon Bayron (George Gordon Byron, 1788-19.4.1824) anadan olub.
22 yanvar 1898 - Görkəmli rus rejissoru, ssenarist, kino nəzəriyyəçisi və pedaqoq Sergey Mixayloviç Eyzenşteyn (1898-1948) anadan olub. Məşhur tarixi filmlərin (“Oktyabr”, “Aleksandr Nevski”, “İvan Qroznı”) müəllifidir.
22 yanvar 1904 - Rus yazıçısı Arkadi Petroviç Qaydar (Qolikov, 1904-1941) anadan olub. Uşaqlar üçün məşhur əsərlərin (“Timur və onun komandası” və s.) müəllifidir.

23 yanvar 1783 - Görkəmli fransız yazıçısı, XIX əsrdə realist roman janrının banilərindən biri Anri Mari Stendal (Marie-Henri Beyle - Stendhal, 1783-1842) anadan olub. “Qara və qırmızı”, “Parm sakini” və s. romanların müəllifidir.
23 yanvar 1832 - Fransız rəssamı, impressionizmin banilərindən biri Eduar Mane (Edouard Manet, 1832-1883) anadan olub.
23 yanvar 1903 - Rus kinorejissoru, SSRİ Xalq artisti Qriqori Vasilyeviç Aleksandrov (Mormonenko; 1903-1983) anadan olub. Sovet kinosunda ilk musiqili komediyaları (“Şən uşaqlar”, “Volqa-Volqa”) çəkib.
23 yanvar 1923 - Fransız rejissoru, ssenarist Jak Vilfrid (Jacques Vilfrid, 1923-1988) anadan olub. Jandarmlardan bəhs edən komediyaların (baş rolda Lui de Fünes) ssenari müəllifidir.
23 yanvar 1989 - Dünya şöhrətli ispan rəssamı Salvador Dali (Salvador Felipe Jacinto Dali i Domenech; 11.5.1904-1989) vəfat edib. Sürrealizimin banilərindən biridir. Əsərləri: “Yaddaşın sabitliyi”, “Venera Milosskaya qutularla”, “Xəlvəti şam” və s.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar