Azərbaycan

28 yanvar 1848 - Şair, ədəbiyyatşünas, tarixçi, pedaqoq, teatr xadimi Həsənəli xan Qaradaği (1848 - 2.12.1929) Şuşada doğulub. Rus şairi İvan Krılovun təmsillərinin dilimizə ilk tərcüməçisi olub. Qori Müəllimlər Seminariyasının müəllimi Aleksey Çernyayevski ilə birgə azərbaycanlı şagirdlər üçün “Vətən dili” dərsliyini (1882) hazırlayıb.
28 yanvar 1923 - Yazıçılar Birliyinin (1934) orqanı olan “Azərbaycan” jurnalının birinci sayı çapdan çıxıb. Nəşrin ilk redaktoru Tağı Şahbazi Simurq olub. Jurnal sonrakı illərdə "Maarif və mədəniyyət” (1923-1927), "İnqilab və mədəniyyət" (1928-1936), "Revolyusiya və kultura" (1936-1941) və s. adlarla çıxıb. 1953-cü ildən “Azərbaycan” adlanır.
28 yanvar 1938 - Kinooperator Zaur Məhərrəmov Bakıda doğulub. “Uşaqlığın son gecəsi”, “Ad günü”, “Gözlə məni” və s. filmlərin operatorudur.
28 yanvar 1925 - Şair, dramaturq Adil Qafar oğlu Babayev (1925 - 19.8.1977) anadan olub.
28 yanvar 1944 - Aktyor, Xalq artisti Məzahir Həbulla oğlu Süleymanov Zərdab rayonunda anadan olub. 1972-ci ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrında işləyir. “Mənim ağ şəhərim”, “Yük”, “Cavid ömrü” filmlərində çəkilib.
28 yanvar 1980 - Azərbaycanda teleradio diktorluq məktəbinin banilərindən biri, diktorlar arasında respublikanın ilk Əməkdar artisti Aydın Çingiz oğlu Qaradağlı (20.8.1929 - 1980) vəfat edib.
28 yanvar 1985 - SSRİ Xalq artisti, rejissor, pedaqoq, sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədov (22.5.1918, Şuşa - 1985) vəfat edib. Akademik Milli Dram Teatrında rejissor işləyib. Quruluş verdiyi tamaşalar milli teatr tariximizdə əhəmiyyətli yer tutur. “Onu bağışlamaq olarmı?” filmində (Qaya) çəkilib.
29 yanvar 1927 - Məşhur balerina, Azərbaycanın və SSRİ-nin Xalq artisti Leyla Məhəd qızı Vəkilova (1927-20.2.1999) anadan olub. Opera və Balet Teatrının aparıcı balet aktrisası olub. 1953-cü ildən Bakı Xoreoqrafiya Məktəbində dərs deyib, 1992-ci ildən bu tədris ocağına rəhbərlik edib.
29 yanvar 1950 - Yazıçı-publisist, dramaturq Xeyrəddin Qoca anadan olub. “Hərənin öz payı...”, “Bu bizim zəmanədir”, “Düzü-düz, əyrini-əyri”, “Toy olacaq...” və s. pyeslərin müəllifidir.

30 yanvar 1920 - Kinooperator Teyyub Axundov (1920 - 3.12.1991) anadan olub. “Onu bağışlamaq olarmı?”, “Sehrli xalat”, “Dağlarda döyüş”, “Tütək səsi” və s. filmlərin operatorudur.
30 yanvar 1936 - Əməkdar elm xadimi, ədəbiyyatşünas Araz Məmməd Arif oğlu Dadaşzadə (1936 - 4.11.1990) anadan olub. “Vaqif”, “XVIII əsr Azərbaycan lirikası” monoqrafiyalarının müəllifidir.
30 yanvar 1949 - Aktrisa Emma Qələndər qızı Məlikova anadan olub. Musiqili Komediya Teatrında çalışır. “Qəzəlxan”, “Şirbalanın məhəbbəti” filmlərində çəkilib.
30 yanvar 1992 - Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (1995-ci ildən ATƏT) təşkilatına üzv qəbul olunub.
30 yanvar 2006 - Prezident İlham Əliyev “Azərbaycan Respublikasının bəzi nazirliklərinin yenidən təşkil edilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, Mədəniyyət, Gənclər, İdman və Turizm nazirlikləri ləğv edilib, Mədəniyyət Nazirliyinin əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılıb. Prezidentin eyni tarixli sərəncamları ilə Əbülfəs Mürsəl oğlu Qarayev gənclər, idman və turizm naziri vəzifəsindən azad edilib və Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri təyin olunub.

Dünya

28 yanvar 1853 - Rus filosofu, şair, ədəbiyyatşünas Vladimir Sergeyeviç Solovyov (1953-1900) anadan olub. Əsərləri: “Məhəbbətin mənası”, “Xeyirə bəraət” və s.
28 yanvar 1853 - Məşhur kubalı inqilabçı yazıçı, bu ölkənin Milli qəhrəmanı Jose Marti (Jose Julian Marti Perez, 1853-1895) anadan olub.
28 yanvar 1897 - Rus-sovet yazıçısı Valentin Petroviç Katayev (1897-1986) anadan olub. “Vaxtdır, irəli”, “Tənha yelkən ağarır”, “Alay oğlu” əsərləri əsasında eyniadlı filmlər çəkilib.
28 yanvar 1899 - Gürcüstanın Xalq şairi Georgi Nikolayeviç Leonidze (1899 - 9.8.1966) anadan olub.
28 yanvar 1912 - Amerika rəssamı, abstrakt ekspressionizmin banisi Pol Cekson Pollak (Paul Jackson Pollock, (1912-1956) anadan olub.

29 yanvar 1860 - Görkəmli rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexov (1860 - 1904) Taqanroq şəhərində (Rostov vilayəti) doğulub. Əsərləri: “Qağayı”, “Albalı bağı”, “Vanya dayı”, ” Üç bacı” pyesləri, “Çöl”, “6 nömrəli palata”, “Mujiklər” povestləri, “Buqələmun”, “Unter Prişibeyev”, “Qılaflı adam” hekayələri və s.
29 yanvar 1866 - Fransız yazıçısı, ictimai xadim, alim-musiqişünas, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1915) Romen Rollan (Romain Rolland; 1866 - 30.12.1944) anadan olub. Əsərləri: “Jan-Kristof” (10 kitabdan ibarət roman), “Canavarlar”, “İdrakın təntənəsi”, “Danton”, “On dörd iyul” pyesləri və s.
29 yanvar 1933 - Fransız müğənnisi, bəstəkar, aktyor Saşa Dastel (Sacha Distel, 1933-2004) anadan olub.

30 yanvar 1720 - İtalyan rəssamı, Venesiya məktəbinin nümayəndəsi Bernardo Belotto (Bernardo Francesco Paolo Ernesto Bellotto; 1720-1780) anadan olub.
30 yanvar 1900 - Tanınmış rus-sovet bəstəkarı İsaak Osipoviç Dunayevski (1900-1955) anadan olub. 13 operetta və baletin, onlarla kinofilmə musiqinin, çoxsaylı populyar mahnının müəllifidir.
30 yanvar 1923 - Məşhur kinorejissor, SSRİ Xalq artisti Leonid Qayday (1923-19.11.1993) anadan olub. Populyar sovet kinokomediyalarına (“I əməliyyatı”, “Qafqaz əsiri”, “Brilyant əl”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “Sportloto-82” və s.) quruluş verib.
30 yanvar 1930 - Amerika kinoaktyoru, iki dəfə “Oskar” mükafatçısı Cin Hekmen (Gene Hackman) anadan olub. Filmləri: “Söhbət”, “Supermen” və s.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar