İllər, on illər ötsə də, bu faciə heç vaxt unudulmayacaq

Tariximizin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımından 22 il ötür. Erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının dəhşətli statistikası var. Bir gecənin içində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib. Kütləvi qırğında 8 ailə bütünlüklə məhv edilib 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərinin birini itirib, 500-dək insan ağır yaralanıb.
XX əsrin sonunda baş verən qətliam təkcə Azərbaycan tarixinin faciəli səhifəsi deyil, bütün bəşəriyyətin vicdanına həkk olunan qara ləkədir. İllər ötsə də, bu faciə qan yaddaşımızdan heç vaxt silinməyəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar