M.F.Axundov adına Milli Kitabxananın fondunda saxlanılan köhnə, cızılmış və sıradan çıxmaqda olan vallar CD disklərə köçürülür. Kitabxanadan verilən məlumata görə, bu işləri həyata keçirmək üçün kitabxanada «Azərbaycanın səs irsi» elektron bazası yaradılıb. Artıq Azərbaycan klassik musiqiçilərinin 500-ə yaxın əsəri CD-lərə köçürülüb. Yalnız Milli Kitabxananın fonunda olan bu əsərləri indi hər bir kəs dinləyə biləcək və daha valı dinləmək üçün köhnə musiqi aləti axtarmağa ehtiyac qalmayacaq.
   Disklərin təqdimatı sentyabr ayında olacaq. Bu layihə çərçivəsində «Azərbaycanın səs irsi» adlı kataloq da buraxılıb. Kataloq Milli Konservatoriyaya, musiqi məktəblərinə, mütəxəssislərə göndəriləcək.
   Kitabxanada Azərbaycan ədəbiyyatının arxivi şöbəsində olan nadir kitabların elektron versiyası da yaradılıb. Yaxın vaxtlarda elektron layihə də təqdim olunacaq.
   
   Gülər