Martın 31-də Məmməd Səid Ordubadinin ev-muzeyində Azərbaycan Dövlət Din Tarixi Muzeyi ilə birgə Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Tariximizin faciəvi səhifəsi” adlı tədbir keçirildi.

Tədbiri Məmməd Səid Ordubadinin ev-muzeyinin direktoru Lalə Abaszadə açaraq ermənilərin xalqımızın başına gətirdikləri faciələrdən danışdı. Bildirildi ki, xalqımıza qarşı törədilən bu faciələri heç vaxt unutmamalıyıq. Görkəmli yazıçı, tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin “Qanlı sənələr” sənədli romanı məhz erməni vəhşiliyinə həsr edilib. Sovet dövründə bu romanın çapına və yayılmasına əngəllər yaradılmasının başlıca səbəbi bu rejimin ermənilərə dayaq olmaq, onların bu vəhşi hərəkətlərini ört-basdır etməsi ilə bağlı idi.
Dövlət Din Tarixi Muzeyinin direktoru Münəvvər Babayeva, Səbail rayonu Məmməd Rahim adına 7 saylı məktəbin tarix müəllimi Aybəniz Əsgərova və digər çıxış edənlər Azərbaycan xalqının son iki əsrdə erməni millətçiləri tərəfindən qətliamlara məruz qaldıqlarını, doğma torpaqlarından deportasiya olunduqlarını vurğuladılar. Qeyd olundu ki, bədnam qonşularımız bu siyasəti indi də davam etdirirlər. Erməni faşistləri tərəfindən 1988-ci ildə başlanmış növbəti təcavüz dalğası torpaqlarımızın 20 faizinin zəbt edilməsi, Xocalı soyqırımı və digər rayonlarımızın işğalı zamanı minlərlə günahsız soydaşımızın qətlə yetirilməsi ilə nəticələndi.
Tədbir “Qanlı sənələr” romanından parçalar oxunması ilə yekunlaşdı. Muzeydə soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş sərgi də təşkil olunmuşdu.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar