Azərbaycan

17 iyun 1926 - Xalq rəssamı Elbəy Rzaquliyev (1926 - 15.9.2007) anadan olub. Əsərləri dünyanın bir sıra ölkələrində sərgilənib. “Qara daşlar”, “Telefonçu qız”, “Arşın mal alan” (1965), “Bakıda küləklər əsir”, “Gün keçdi” və s. filmlərin rəssamı olub.
17 iyun 1947 - Tanınmış müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Fidan Əkrəm qızı Qasımova anadan olub. Vokal ifaçılığı üzrə beynəlxalq müsabiqə laureatı olmuş (1977, C.Viotti adına müsabiqədə birinci mükafat) ilk azərbaycanlı qadın müğənnidir. Opera və Balet Teatrının solisti, Bakı Musiqi Akademiyasının professorudur. “Torpaq. Dəniz. Od. Səma" (1967) filmində (Sevda) çəkilib.

18 iyun Azərbaycanda “İnsan hüquqları günü”dür. 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” qəbul olunub. Əlamətdar gün Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə təsis olunub.
18 iyun 1917 - Xalq artisti, bəstəkar Cövdət Hacıyev (1917-1994) anadan olub. Azərbaycanda simfonik musiqinin yaradıcılarından biridir, xalq musiqisi elementlərinin yer aldığı altı simfoniya, orkestr və xor üçün əsərlər bəstələyib.
18 iyun 2001 - Prezident Heydər Əliyev "Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb. Fərmana əsasən, 2001-ci il avqustun 1-dən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçib.

19 iyun 1900 - Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sadıq oğlu Sənani (Cəfərov; 1900 - 11.2.1981) Tiflisdə doğulub. Yeniyetmə yaşlarında Tiflisdəki Azərbaycan teatrında çıxış edib. 1921-ci ildən Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. “Kəndlilər”, “Səbuhi”, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Bir məhəllədən iki nəfər”, “Bizim küçə”, “Sehrli xalat”, “Dağlarda döyüş” və s. filmlərdə çəkilib.
19 iyun 1924 - Ədəbiyyatşünas alim, Əməkdar elm xadimi Seyfulla Qüdrət oğlu Əsədullayev (1924-4.8.2011) anadan olub.
19 iyun 1933 - Əməkdar memar Avrora Əbdüləziz qızı Salamova (1933-1986) anadan olub.

Dünya

17 iyun 1818 - Fransız bəstəkarı, dirijor və pedaqoq Şarl Quno (Charles François Gounod, 1818-1893) anadan olub. “Faust”, “Romeo və Cülyetta” operalarının müəllifidir.
17 iyun 1882 - Rus bəstəkarı, dirijor, pianoçu İqor Stravinski (1882-1971) anadan olub. “Müqəddəs bahar”, “Səməndər quşu”, “Petruşka” baletlərinin, “Bülbül” operasının müəllifidir.
17 iyun 1939 - Tanınmış Polşa kinorejissoru Kşiştof Zanussi (Krzysztof Zanussi) anadan olub. Filmləri: “Ailə həyatı”, “Spiral” və s.

18 iyun 1812 - Rus yazıçısı İvan Aleksandroviç Qonçarov (1812-1891) anadan olub. “Oblomov”, “Uçurum”, “Adi əhvalat” romanlarının müəllifidir.
18 iyun 1935 - SSRİ Xalq artisti, məşhur rus aktyoru Yuri Solomin anadan olub. Filmləri: “Əlahəzrətin yavəri”, “SİTA bəyan etməyə müvəkkil olunmuşdur” və s.
18 iyun 1936 - Böyük rus yazıçısı və dramaturqu Maksim Qorki (Aleksey Maksimoviç Peşkov; 28.3.1868 - 1936) vəfat edib. Əsərləri: “Ana”, “Foma Qordeyev”, “Artamonovların işi”, “Klim Samqinin həyatı” (roman); “Uşaqlıq”, “Mənim universitetlərim” (povest); “Meşşanlar”, “Həyatın dibində”, “Yeqor Bulıçev və başqaları”, “Vassa Jeleznova” (pyes) və s.
18 iyun 1942 - İngilis müğənnisi və bəstəkarı, əfsanəvi «Bitlz» qrupunun üzvü Pol Makkartni (James Paul McCartney) anadan olub.

19 iyun 1623 - Məşhur fransız filosofu, fizik, riyaziyyatçı, ədəbiyyatşünas Blez Paskal (Blaise Pascal; 1623-1662) anadan olub. “Din və digər şeylər haqqında düşüncələr”, “Əyalət adamına məktublar” və s. əsərlərin müəllifidir.
19 iyun 1920 - Fransız rejissoru İv Robber (Yves Robert, 1920-2002) anadan olub. “Qara çəkməli ucaboy sarışın”, “Ucaboy sarışının qayıtması” və s. komediyaların müəllifidir.
19 iyun 1924 - Belarus yazıçısı Vasil Bıkov (1924-2003) anadan olub. Əsərləri: “Alp balladası”, “Ölülər ağrı hiss etmir”, “Sotnikov”, “Sübhədək yaşamalı” və s. Əsərləri əsasında filmlər çəkilib.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar