![](/img/news/700x420/6218.jpg)
Rayon ərazisində aparılmış arxeoloji qazıntılar tariximizin bir sıra qaranlıq səhifələrinə aydınlıq gətirib. Araşdırmalar nəticəsində Qubada 1918-ci ildə erməni quldur dəstələri tərəfindən qətlə yetirilmiş insanların kütləvi məzarlığı aşkar edilib. Bu tarixin dünyaya çatdırılması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün “Soyqırımı abidə-muzey kompleksi” yaradılır.
Quba rayonunda son illər ərzində mühüm infrastruktur layihələri yerinə yetirilib, o cümlədən müasir tələblərə cavab verən hotellər, turizm obyektləri, təhsil, mədəniyyət, sənaye müəssisələri inşa olunub, yeni yollar çəkilib.
Sərəncama əsasən, Quba rayonunun qədim tarixi-mədəni və etnoqrafik irsinin qorunub saxlanılması, onun müasir şəhərsalma, istirahət, turizm infrastrukturunun yaradılması, abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb.