Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət müstəqilliyimizin bərpasının 20 illiyi ilə əlaqədar bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətlərinə görə Məmmədov İbrahim İsmayıl oğlu və Səfərov Vüqar Şəmsəddin oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 117 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub. Təltif olunanlar arasında mədəniyyət və incəsənət xadimləri də var.