Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 noyabr 2011-ci il tarixli Sərəncamı ilə Nazim Adil oğlu Səmədov mədəniyyət və turizm nazirinin müavini vəzifəsinə təyin edilib. N.Səmədov bu təyinata qədər Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib.