Azərbaycan

22 aprel 1894 - Xalq artisti Ağahüseyn Xəlil oğlu Cavadov (1894 - 20.7.1981) Bakının Xırdalan kəndində anadan olub. Milli Dram, Türk İşçi, Musiqili Komediya teatrlarında işləyib. "Bəxtiyar" (Rza), "Qızmar günəş altında" (Pirioğlu), "Bir qalanın sirri" (Rəmmal), "Görüş" (Əbülfəz), "Şərikli çörək" (İsmayıl baba) və s. filmlərdə maraqlı obrazlar yaradıb.
22 aprel 1905 - Azərbaycanın mətbuat tarixində mühüm rol oynamış «Həyat» qəzeti nəşrə başlayıb. Qəzetin naşiri Əlimərdan bəy Topçubaşov, redaktorları Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə idi.
22 aprel 1911 - Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev (1911 - 25.5.1991) Zəngəzur mahalının Qarakilsə bölgəsinin Comərdli kəndində doğulub. İlk karikaturaları “Molla Nəsrəddin” jurnalında dərc olunub, 1935-ci ildən “Kommunist” qəzetində (indiki “Xalq qəzeti”) rəssam işləyib. Əsasən qrafika ilə məşğul olub, mənzərə ustası kimi (“Zəngəzur dağları”, “Kəpəz” və s.) tanınıb.
22 aprel 1912 - Əməkdar incəsənət xadimi, musiqişünas Məmmədsaleh Cəmil oğlu İsmayılov (1912 - 10.5.1994) anadan olub.
22 aprel 1942 - Görkəmli aktyor, rejissor Həsən Əbluç (1942 - 13.3.1994) Təbrizdə doğulub. Uşaq yaşlarında ailəsi ilə Bakıya köçüb. Teatrda, televiziya tamaşalarında, kinoda (“Dantenin yubileyi”, “Qanlı zəmi”, “Tənha narın nağılı”, “Ölsəm... bağışla”, “Pəncərə” (aktyor və rejissor) maralı obrazlar yaradıb.
22 aprel 1983 - Azərbaycanın ilk kino aktrisalarından İzzət Mirzəağa qızı Orucova (16.9.1909 - 1983) vəfat edib. "Sevil" (1929), "Almaz" (1936) filmlərində baş rollarda çəkilib. Sonralar tanınmış kimyaçı alim, elmləri doktoru, akademik olub.

23 aprel 1909 - Yazıçı-publisist Səməd Ağaoğlu (Səməd Əhmədbəy oğlu Ağayev; 1909-1981) anadan olub.
23 aprel 1938 - Xalq artisti, rejissor, operator Vaqif Qulam oğlu Behbudov anadan olub. Cizgi filmləri (“Göyçək Fatma”, “Qız qalası”, “Qara leylək” və s.) çəkib, sənədli filmlərə quruluş verib.
23 aprel 1953 - Xalq artisti, dirijor, professor Cavanşir Xəlil oğlu Cəfərov Bakıda anadan olub.
23 aprel 1967 - Xalq artisti Məleykə Əlifağa qızı Əsədova Neftçalada doğulub. Gənclər Teatrında işləyib, "İtkin gəlin" teleserialında baş rolu (Əfsanə) oynayıb. Milli Dram Teatrında çalışır, bir çox tamaşalarda əsas rolların ifaçısıdır.

Dünya

22 aprel 1707 - İngilis yazıçısı Henri Fildinq (Henry Fielding, 1707-1754) anadan olub. Avropa realist romanının yaradıcılarından biridir. Əsərləri: “Cozef Edrüsün macəraları”, “Tom Consun hekayəti”, “Emiliya” və s.
22 aprel 1724 - Klassik alman fəlsəfəsinin banisi İmmanuel Kant (1724 - 12.2.1804) anadan olub. Əsərləri: “Saf idrakın tənqidi”, “Mənəviyyat metafizikasının əsasları” və s.
22 aprel 1899 - Rus yazıçısı Vladimir Nabokov (1899-2.7.1977) anadan olub. 1919-cu ildə Avropaya, oradan Amerikaya (1940) mühacirət edib, sonra Avropaya qayıdıb, Fransada vəfat edib. Əsərləri: “Maşenka”, “Bəxşiş”, “Lujin müdafiəsi”, “Qətlə dəvət”, “Lolita” və s.
22 aprel 1937 - Amerika aktyoru Cek Nikolson (Jack Nicholson - John Joseph Nicholson) anadan olub. Üç dəfə “Oskar”a layiq görülüb. Filmləri: “Çin məhəlləsi”, “Qu quşunun yuvası üzərindən uçuş”, “Canavar” və s.

23 aprel “Dünya kitab və müəllif hüquqları günü”dür (World Book and Copyright Day). 1995-ci ildə UNESCO-nun 28-ci sessiyasında təsis olunub. Əlamətdar tarix iki görkəmli yazıçı - Uilyam Şekspir və Migel de Servantesin xatirəsinə (23 apreldə vəfat ediblər) ehtiram olaraq təsis edilib.

23 aprel 1616 - İngilis şairi və dramaturqu Uilyam Şekspir (William Shakespeare, 26.4. 1564 - 1616) vəfat edib. “Romeo və Cülyetta”, “Hamlet”, “Kral Lir”, “Otello”, “Makbet” və s. dram əsərlərinin, komediya və sonetlərin müəllifidir.
23 aprel 1616 - İspan yazıçısı Migel de Servantes (Miguel de Cervantes Saavedra, 29.9.1547 - 1616) vəfat edib. “Don Kixot” romanı ilə şöhrət qazanıb. Digər əsərləri: “Parnasa səyahət” (poema), “Persiles və Sigizmunda” (roman).
23 aprel 1891 - Rus bəstəkarı Sergey Prokofyev (1891-1953) anadan olub. Əsərləri: “Hərb və sülh”, “Əsl insan haqqında povest” (opera), “Romeo və Cülyetta”, “Zoluşka” (balet) və s.
23 aprel 1902 - İsland yazıçısı, Nobel mükafatı laureatı (1955) Haldour Kilyan Laksness (Halldor Kiljan Laxness; 1902-1998) anadan olub. Əsərləri: “İsland zınqrovu”, “Qaytarılmış cənnət”, “Atom stansiyası”.
23 aprel 1918 - SSRİ Xalq artisti Georgi Vitsin (1918 - 22.10.2001) anadan olub. Filmləri: “Qafqaz əsiri”, “I əməliyyatı...”, “Uğur centlmenləri”, “Balzaminovun evlənməsi və s.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar