Azərbaycan

11 iyul 1918 - Şair, yazıçı, maarifçi Abbas Səhhət (Abbasqulu Mehdizadə, 1874-1918) vəfat edib. Bədii yaradıcılıqla yanaşı, Azərbaycan məktəbləri üçün ilk dərsliklərin ("Yeni məktəb", "Türk ədəbiyyatına ilk qədəm") hazırlanmasında iştirak edib, uşaqlar üçün şeir və hekayələr yazıb. İxtisasca həkim olan A.Səhhət bu sahədə də xalqına xidmət göstərib, 1918-ci ildə ermənilərin talan etdiyi Şamaxıda həkimlik borcunu yerinə yetirərkən vəba xəstəliyinə tutularaq dünyasını dəyişib.
11 iyul 2006 - Görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqov (22.11.1933 - 2006) vəfat edib. “Tütək səsi”, “Qatır Məmməd”, “Ad günü”, “İstintaq”, “Bağlı qapı”, “Park”, “Özgə ömür”, “Ölsəm, bağışla”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və s. filmlərə quruluş verib. “Bir cənub şəhərində”, “Onun böyük ürəyi”, “Bizim küçə” və s. filmlərin operatoru olub.
11 iyul 2007 - Əməkdar artist Ofeliya Kamal qızı Məmmədzadə (4.8.1939 - 2007) vəfat edib. Musiqili Komediya Teatrında çalışıb. “İyirmialtılar”, “Bir cənub şəhərində”, “Yenilməz batalyon” filmlərində, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

12 iyul 1812 - Mütəfəkkir yazıçı, dramaturq, şair Mirzə Fətəli Axundzadə (1812 - 10.3. 1878) Şəkidə anadan olub. Yaradıcılığa şeirlə başlayıb, "Puşkinin ölümünə Şərq poeması" (1837) ilə məşhurluq qazanıb. 1850-1855-ci illərdə yazdığı 6 komediya (“Molla İbrahimxəlil kimyagər”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Lənkəran xanının vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə milli dramaturgiyamızın, 1857-ci ildə qələmə aldığı "Aldanmış kəvakib" povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub. 1873-cü ildə Bakıda ədibin “Lənkəran xanının vəziri” komediyasının səhnələşdirilməsi ilə professional Azərbaycan teatrının əsası qoyulub.
12 iyul 1911 - Böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir (30.5.1862, Şamaxı - 1911) vəfat edib. “Molla Nəsrəddin" jurnalında fəaliyyəti şairin yaradıcılığının ən yetkin, məhsuldar dövrüdür. Ölümündən sonra şeirləri «Hophopnamə» adlı topluda nəşr olunub.
12 iyul 1915 - Teatr xadimi, rejissor, Əməkdar incəsənət xadimi Zəfər Paşa oğlu Nemətov (1915-1974) anadan olub. Yaradıcılığının əsas dövrü Gənc Tamaşaçılar Teatrı ilə bağlıdır. Burada əvvəlcə aktyor, 1942-1969-cu illərdə quruluşçu rejissor və baş rejissor işləyib.
12 iyul 1940 - Bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Nağı qızı Qasımova anadan olub. Teatr və televiziya tamaşalarına (“Qonşu qonşu olsa...”, “Yollar görüşəndə”), filmlərə (“Möcüzələr adası”, “Asif, Vasif, Ağasif”, “Alman klinikasına şəxsi səfər” və s.) musiqilər yazıb, populyar mahnıların müəllifidir.
12 iyul 1993 - Almatı şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirləri “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalayıblar. Daha sonra təşkilata Rusiya Federasiyasının Altay, Başqırdıstan, Tatarıstan, Xakasiya, Saxa (Yakut), Tuva respublikaları, Moldovanın Qaqauz Yeri muxtar bölgəsi və Şimali Kipr Türk Cümhuriyyəti üzv olub. Qurum 2009-cu il oktyabrın 16-17-də Bakıda keçirilən 26-cı dönəm toplantısında Beynəlxalq Türk Mədəniyyət Təşkilatı adlandırılıb.

13 iyul 1889 - Maarif xadimi Xosrov Mirzə Əli oğlu Axundzadə (1889 - 10.5.1960) anadan olub.
13 iyul 1910 - Yazıçı, dramaturq Nağı Kərim oğlu Nağıyev (1910-1981) Naxçıvan MR Culfa rayonunun Yaycı kəndində anadan olub. «Səadət», «Polad» və s. pyeslərin müəllifidir.
13 iyul 1926 - Xalq rəssamı Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov (1926-2001) anadan olub. "Yolda", "Xatirələr", 20 Yanvara həsr etdiyi "Qatillər" tabloları və s. əsərlərin müəllifidir. Rəsmləri dünyanın 20-dən çox ölkəsində sərgilənib.
13 iyul 1936 - Operator, rejissor, Əməkdar incəsənət xadimi Rasim Rza oğlu İsmayılov (1936 - 4.5.2004) anadan olub. «Yeddi oğul istərəm», «Axırıncı aşırım», «Gün keçdi», «Nəsimi», «Dədə Qorqud», «Babək» və s. filmlərin quruluşçu operatoru olub. «Şir evdən getdi», «Asif, Vasif, Ağasif», «Sizi dünyalar qədər sevirdim» və s. bədii filmlərə quruluş verib.
13 iyul 1957 - Aktyor, rejissor, Xalq artisti Bəxtiyar Oqtay oğlu Xanızadə Bakının Şağan kəndində doğulub. Azərbaycanda pantomim teatrının (1994) yaradıcısı və bədii rəhbəridir. Bir sıra səhnə əsərlərinin müəllifidir. Çəkildiyi filmlər: “Qərib cinlər diyarında”, “Dantenin yubileyi”, “Ovsunçu”, “Cavid ömrü”, “Günaydın, mələyim!” və s.

14 iyul 1905 - Aşıq Alıxan Qarayazılı (Alıxan Qurban oğlu Ömərov; 1905-1998) Gürcüstanın Qarayazı bölgəsinin Kosalı kəndində anadan olub.
14 iyul 1914 - Ədəbiyyatşünas, tərcüməçi Kövsər Məmməd qızı Tarıverdiyeva (1914-2014) İrəvan şəhərində doğulub. 50 ildən çox Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan ədəbiyyatı tarixini tədris edib. 10-dək kitabın müəllifidir.

Dünya

11 iyul Dünya Əhali Günüdür (World Population Day). 1987-ci ilin 11 iyulunda Yer kürəsi əhalisinin sayının 5 milyardı keçməsi ilə bağlı təsis olunub. 1989-cu ildən BMT İnkişaf Proqramının tövsiyəsi ilə qeyd olunur.
11 iyul 1960 - Azərbaycan əsilli İran kinorejissoru və ssenaristi Cəfər Pənahi anadan olub. Filmləri beynəlxalq festivalların (Kann, Venesiya) qalibidir: “Ağ şar”, “Dairə” və s.

12 iyul 1813 - Fransız psixoloqu, eksperimental psixologiyanın banisi Klod Bernar (Claude Bernard, 1813-1878) anadan olub.
12 iyul 1880 - Amerika aktyoru, rejissoru və ssenaristi Tod (Çarlz Albert) Brouninq (Charles Albert Browning; 1880-1962) anadan olub. Qorxu filmlərinin (“Şeytan kuklası”, “Vampir işarəsi”, “Drakula”, “Dəmir adam” və s.) müəllifidir.
12 iyul 1884 - Məşhur italyan rəssamı Amadeo Modilyani (Amedeo Clemente Modigliani 1884-1920) anadan olub. Qadın rəsmlərinin mahir ustası olub.
12 iyul 1904 - Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1971) laureatı Pablo Neruda (Pablo Neruda - Ricardo Eliezer Neftal Reyes Basoalto, 1904-1973) anadan olub.

13 iyul 1841 - Avstriya memarı, müasir Avropa memarlığının banilərindən biri Otto Vaqner (Otto Koloman Wagner, 1841-1918) anadan olub.
13 iyul 1923 - SSRİ Xalq artisti, məşhur aktyor Mixail Puqovkin (1923-2008) anadan olub. Əksəriyyəti komediya olmaqla 100-dək filmdə (“I” əməliyyatı...”, “Sportloto-82”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.) çəkilib.
13 iyul 1934 - Nigeriya yazıçısı, dramaturq, şair, ədəbiyyat üzrə Nobel mükafatı (1986) laureatı Vole Şoynika (Akinwande Oluwole Soyinka) anadan olub.
13 iyul 1954 - Türk müğənnisi və bəstəkarı Sezən Aksu (Fatma Sezən Yıldırım) İzmirdə anadan olub. Populyar mahnıların, filmlərə musiqilərin müəllifidir.

14 iyul 1454 - İntibah dövrünün italyan şairi Angelo Polisiano (Angelo Poliziano, 1454-1494) anadan olub. İtaliya ədəbiyyatında ilk dünyəvi dram əsərinin («Orfey haqqında nağıl») müəllifidir.
14 iyul 1860 - Rus tarixçisi, şair, yazıçı və publisist Vasili Lvoviç Veliçko (1860-1904) anadan olub. Məşhur «Qafqaz» kitabının müəllifidir.
14 iyul 1903 - Amerika yazıçısı İrvinq Stoun (Irving Stone; 1903-1989) anadan olub. Van Qoq, Cek London, Ziqmund Freyd, Çarlz Darvin və s. görkəmli insanlar haqqında bioqrafik romanların müəllifidir.
14 iyul 1904 - Yəhudi əsilli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1978) laureatı İsaak Başevis-Zinger (Isaac Bashevis Singer; 1904-1991) anadan olub. Əsərləri: “Şeytan”, “Nicatverən günahkar”, “Muskat ailəsi” və s.
14 iyul 1918 - İsveç rejissoru, ssenarist və yazıçı İnqrid Berqman (Ernst Ingmar Bergman, 1918 - 30.7.2007) anadan olub. “Yeddinci möhür”, “Yay gecəsinin təbəssümü”, “Pıçıltı və qışqırıq” və s. filmlərə quruluş verib.
14 iyul 1928 - Tanınmış gürcü yazıçısı Nodar Dumbadze (1928-1984) anadan olub. “Mən, nənəm, İliko və İllarion”, “Mən günəşi görürəm”, “Ağ bayraqlar” romanları, “Kukaraça” povesti və s. əsərlərin müəllifidir.

Hazırladı: Vüqar Orxan








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar