Azərbaycan

2 sentyabr 1909 - Nasir, dramaturq Rza Nəbi oğlu Şahvələd (1909 - 2.7.1984) anadan olub.
2 sentyabr 1930 - Əməkdar rəssam Hüseyn Gülbala oğlu Hüseynov (1930-1987) Bakının Buzovna kəndində doğulub. Azərbaycan dilində ilk rəssamlıq dərsliklərinin müəllifidir.
2 sentyabr 1934 - "Kommunist maarifi" qəzeti nəşrə başlayıb. 1938-ci ildə "Müəllim qəzeti" adlanıb. 1946-cı ilin aprelindən "Azərbaycan müəllimi" adı ilə nəşr olunur.
2 sentyabr 1949 - Əməkdar incəsənət xadimi, bəstəkar İsmayıl Soltan oğlu Hacıbəyov (1949-2006) anadan olub. "Firuzə" operası, "Memorial" kantatası, "Naxışlar" fantaziyası və digər musiqi əsərlərinin müəllifidir.
2 sentyabr 1954 - Bakıda Televiziya Mərkəzinin təməli qoyulub. Azərbaycan Televiziyası 1956-cı il fevralın 14-də fəaliyyətə başladı.

3 sentyabr 1916 - Əməkdar incəsənət xadimi, rəssam Əyyub Müseyib oğlu Hüseynov (1916 - 17.4.1998) Naxçıvan MR Şərur rayonunun Xok kəndində anadan olub. Əsərləri: “Araz sahilində”, “Şahbuz”, “Yağışdan sonra”, “Yaylaqda”, “Çobanlar” və s.
3 sentyabr 1931 - Xalq rəssamı, Prezident təqaüdçüsü, professor Oqtay Yusif oğlu Şıxəliyev (1931 - 31.1.2012) Bakıda doğulub. Rəngkarlığın müxtəlif janrlarında əsərlər yaradıb, Azərbaycanın ilk professional monumentalist rəssamlarından biridir.
3 sentyabr 1951 - Görkəmli aktyor, Xalq artisti Yaşar Məmmədsadıq oğlu Nuri (1951 - 22.11. 2012) Bakıda anadan olub. 1974-cü ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Televiziya tamaşalarında ("Yollar görüşəndə...", "Qatarda", "Evləri köndələn yar", "Səni axtarıram" (trilogiya), "Ac həriflər" və s.), kinoda ("Yol əhvalatı", “Tənha narın nağılı”, "Yaramaz", “Bəyin oğurlanması", “Lətifə", "Qətl günü", “Yuxu”) yaddaqalan obrazlar yaradıb. Respublika Dövlət mükafatı, “Şöhrət” ordeni ilə təltif olunub.

4 sentyabr 2003 - Tanınmış yazıçı, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadə (29.12.1921 - 2003) vəfat edib. "Aləmdə səsim var mənim" (Seyid Əzim Şirvani haqqında), "Yad et məni" (Abbas Səhhət), "Bakı-1501" (Xətai) və s. romanların müəllifidir. "Könül çırpıntıları", "Azərbaycanın aşıq və şair qadınları" (iki cilddə) və s. kitabları tərtib edib.

Dünya

2 sentyabr 1852 - Fransız yazıçısı Pol Burje (Paul Charles Joseph Bourget, 1852-1935) anadan olub. Psixoloji romanların müəllifidir: “Andre Korneli”, “Şagird”, “Qadın ürəyi”, “Paris əxlaqından oçerklər”.
2 sentyabr 1926 - Tanınmış rus aktyoru, SSRİ Xalq artisti Yevgeni Leonov (1926-1994) anadan olub. Filmləri: “Zolaqlıların səfəri”, “Uğur centlemenləri”, “Mimino”, “Payız marafonu” və s.
2 sentyabr 1964 - Amerika aktyoru Kianu Rivz (Keanu Charles Reeves) anadan olub. Filmləri: “Sürət”, “Göl yaxınlığında ev”, “Balaca Budda”, “Matrisa” və s.

3 sentyabr 1883 - Rus yazıçısı İvan Sergeyeviç Turgenev (9.11.1818 - 1883) vəfat edib. Əsərləri: “Atalar və oğullar”, “Ərəfə”, “Zadəgan yuvası”, “Rudin” (romanlar), “Ovçunun qeydləri” (hekayələr toplusu), “Asya”, “Bahar suları” (povestlər) və s.
3 sentyabr 1927 - Belarus yazıçısı Ales (Aleksandr) Adamoviç (1927-1994) anadan olub. Əsərləri: “Partizanlar”, “Xatın povesti”, “Sonuncu məzuniyyət”, “Blokada kitabı” və s.
3 sentyabr 1928 - Moldova yazıçısı və dramaturqu İon Druse anadan olub. Əsərləri: “Mehribanlığımızın yükü”, “Ağ kilsə” romanları, “Kasa mare”, “Zınqırovlu kürən madyan” pyesləri və s.

4 sentyabr 973 - Orta əsr ensiklopediyaçı alimi, tarix, coğrafiya, ədəbiyyat, astronomiya, riyaziyyat üzrə əsərlərin müəllifi Biruni (Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni; 973 - 11.12.1048) Xarəzm vilayətinin Kət şəhərində doğulub.
4 sentyabr 1768 - Fransa ədəbiyyatında romantizm cərəyanın banilərindən biri Fransua Rene de Şatobrian (François-Rene de Chateaubriand; 1768-1848) anadan olub. “Xristianlığın üzrü”, “Atalla və ya iki vəhşinin səhrada sevgisi”, “Rene və ya ehtirasların nəticəsi” romanlarının müəllifidir.
4 sentyabr 1791 - Alman bəstəkarı Cakomo Meyerber (Yakob Mayer Ber, 1791-1864) anadan olub. Böyük həcmli operaların müəllifi kimi tanınıb: “Robert-şeytan”, “Quqenotlar” və s.
4 sentyabr 1809 - Polyak şairi Yuliuş Slovaski (1809-1849) anadan olub.
4 sentyabr 1904 - Fransız rejissoru Kristian Jak (Christian-Jaque (Maudet); 1904-1994) anadan olub. Filmləri: “Fanfan-zanbaq” (1952, Kann festivalının qalibi), “Qara zanbaq”, “Yaşıl saqqal”, “Babetta müharibəyə gedir” və s.
4 sentyabr 1913 - İtalyan kinorejissoru Renato Kastellani (Renato Castellani; 1913-1985) anadan olub. Filmləri: “Romeo və Cülyetta”, “Cüzeppe Verdi”, “Leonardo da Vinçinin həyatı” və s.
4 sentyabr 1952 - Hind aktyoru Rişi Kapur anadan olub. Dünya şöhrətli Rac Kapurun oğludur. Filmləri: “Bobbi”, “Qisasçı”, “Belə yalançı”, “Qara şahzadə Acuba” (sovet-hind filmi) və s.

Hazırladı: Vüqar Orxan