Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılıb. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.