Azərbaycan

23 sentyabr 1928 - Tanınmış opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Yusif qızı Əhmədova (1928 - 16.12.2011) anadan olub. 1951-1988-ci illərdə Dövlət Opera və Balet Teatrının solisti olub. Əsas partiyaları: Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M.Maqomayev), Sevil ("Sevil", F.Əmirov) və s.
23 sentyabr 1929 - Yazıçı Əfqan Hacıağa oğlu Əsgərov Şirvanın Qarabağlılar kəndində anadan olub. Əsərləri: “Gülyanaq", "Həsrət də bir vüsaldır", "Qartal əfsanəsi" (roman), "Dədə Bəhmən" (trilogiya), "Qozbel", "Məhəbbət ətirli qərənfilim" (povest) və s.
23 sentyabr 1929 - Tarixçi, şərqşünas, türkoloq Yusif Bəhlul oğlu Yusifov (1929 - 4.1.1998) Qərbi Azərbaycanın Vedi mahalında anadan olub. Azərbaycan Pedaqoji Universitetinin professoru, mixi yazılar üzrə mütəxəssis olub.
23 sentyabr 1935 - Rejissor, Əməkdar incəsənət xadimi Ziyafət Abbasov anadan olub. "Azərbaycanfilm" kinostudiyasının direktoru (1995-2001) olub. "Mozalan" satirik kinojurnalı üçün 30-dan çox bədii və sənədli süjet çəkib.
23 sentyabr 1969 - Şair-publisist Ülvi Yusif oğlu Bünyadzadə (1969 - 20.1.1990) doğulub. 20 Yanvar qırğınında şəhid olub.
23 sentyabr 1970 - Görkəmli yazıçı-dramaturq, ssenarist Sabit Rəhman (Sabit Kərim oğlu Mahmudov; 26.3.1910, Şəki - 1970) vəfat edib. Əsərləri: "Toy", "Xoşbəxtlər", “Nişanlı qız”, "Əliqulu evlənir" (pyes), "Nina" (roman), "Vəfasız", "Son faciə" (povest) və s. “Arşın mal alan” (1945)", "O olmasın, bu olsun”, "Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenarilərinin, Qara Qarayevin “Yeddi gözəl” baletinin librettosunun müəllifidir.
23 sentyabr 1989 - Respublika Ali Soveti “Azərbaycan SSR-nin dövlət suverenliyi haqqında” Konstitusiya qanunu qəbul edib.

24 sentyabr 1928 - Görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Arif Hacağa oğlu Babayev (1928 - 26.8.1983) Bakıda anadan olub. Filmləri: “İnsan məskən salır”, “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Arxadan vurulan zərbə”, “Alma almaya bənzər”, “Birisigün, gecəyarısı...” və s.
24 sentyabr 1936 - Xalq artisti, bədii-qiraət ustası Əminə Yusifqızı anadan olub. Gənc Tamaşaçılar, Milli Dram teatrlarında, "Azərbaycanfilm"də çalışıb, filmlərin dublyajında iştirak edib, "Şərikli çörək", "Sən niyə susursan?" və s. filmlərdə çəkilib.
24 sentyabr 1943 - Xalq rəssamı, heykəltəraş, professor Fuad Məmmədəmin oğlu Salayev Bakıda anadan olub. Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektorudur.

25 sentyabr 1890 - Folklorşünas alim, Əməkdar mədəniyyət işçisi Əbülqasım Nurməmməd oğlu Hüseynzadə (1890 - 2.9.1988) anadan olub.
25 sentyabr 1913 - Xalq rəssamı Nüsrət Möhsün oğlu Fətullayev (1913 - 1.10.1987) Lənkəran rayonunda anadan olub. Uzun illər Akademik Dram Teatrının baş rəssamı olub. Respublika Dövlət mükafatına (1972) layiq görülüb.
25 sentyabr 1913 - Yazıçı Şəmistan Yusif oğlu Əsgərov (1913-1985) anadan olub. Kitabları: “Müstəntiq Cəbrayılov”, “İtmiş güllə”, “Üç düşmən”, “Ayna” və s.
25 sentyabr 1935 - Tanınmış ədəbiyyatşünas, filosof Asif Qasım oğlu Əfəndiyev (Asif Ata; 1935 - 6.6.1997) anadan olub.
25 sentyabr 1946 - Xalq artisti, opera müğənnisi Şahlar Quliyev anadan olub. 1975-ci ildən Opera və Balet Teatrının solistidir. Əsas partiyaları: «Leyli və Məcnun»da Nofəl, «Şah İsmayıl»da Aslan şah, «Arşın mal alan»da Süleyman, «Koroğlu»da Həsən xan və s.

26 sentyabr 1906 - Tanınmış opera müğənnisi, Azərbaycanın və Türkmənistanın Əməkdar artisti Xanlar Məmməd oğlu Haqverdiyev (1906-1980) Ağdam rayonunun Seyidli kəndində doğulub. 1930-cu illərdə Türkmənistanda Opera və Dram Teatrının inkişafında böyük xidmətləri olub.
26 sentyabr 1950 - Xalq artisti, kamança ifaçısı Fəxrəddin Əlisahib oğlu Dadaşov anadan olub. Azərbaycan Televiziya və Radiosunun Ə.Bakıxanov adına xalq çalğı alətləri ansamblının konsertmeysteri, Milli Konservatoriyanın dosentidir.
26 sentyabr 1956 - Xalq artisti Ramiz Soltan oğlu Məmmədov anadan olub. 1975-ci ildən Musiqili Komediya Teatrında çalışır. "Yaşıl eynəkli adam", "Qayınana əməliyyatı" və s. televiziya tamaşalarında, “Alma almaya bənzər”, “Yalan” və s. filmlərdə çəkilib.
26 sentyabr 1961 - Görkəmli müğənni, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov; 22.6.1897, Şuşa - 1961) vəfat edib. Xalq mahnıları, romanslar, operalarda baş partiyaların (“Koroğlu”da Koroğlu, "Əsli və Kərəm"də Kərəm və s.) unudulmaz ifaçısı olub. Milan Konservatoriyasını bitirib. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub, xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetini yaradıb.
26 sentyabr 1978 - Ukraynada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü başlanıb.
26 sentyabr 2009 - Tanınmış dilçi alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Afad Məhəmməd oğlu Qurbanov (10.1.1929 - 2009) vəfat edib. "Müasir Azərbaycan ədəbi dili", "Azərbaycan onomastikası" və s. kitabların müəllifidir.

27 sentyabr 1991 - Azərbaycan komsomol təşkilatının - Lenin Kommunist Gənclər İttifaqının fəaliyyətinə xitam verilib.

Dünya

23 sentyabr 1901 - Çexiya yazıçısı və şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1984) laureatı Yaroslav Seyfert (Jaroslav Seifert, 1901-1986) anadan olub.
23 sentyabr 1913 - Gürcü bəstəkarı, SSRİ Xalq artisti Aleksey Davidoviç Maçavariani (1913-1995) anadan olub. “Pələng dərisi geymiş pəhləvan”, “Otello” baletlərinin müəllifidir.
23 sentyabr 1920 - Amerika aktyoru Mikki Runi (Mickey Rooney; 1920 - 6.4.2014) anadan olub. Ən uzunömürlü aktyorluq karyerasına görə (6 yaşından ömrünün sonunadək) «Ginnesin rekordlar kitabı»na düşüb. Filmləri: “Tiffaninin yanında səhər yeməyi”, “Bu sərsəm, sərsəm, sərsəm dünya” və s.
23 sentyabr 1930 - Amerika cazmeni və pianoçusu Rey Çarlz (Raymond Charles Robinson; 1930-2004) anadan olub.
23 sentyabr 1938 - Avstriya, Almaniya və Fransa kinosunun ulduzu Romi Şnayder (Romy Schneider - Rosemarie Magdalena Albach-Retty; 1938-1982) Vyanada doğulub. Filmləri: “Əsas sevməkdir”, “Kristina”, “Köhnə tüfəng”, “Trotskinin qətli” və s.

24 sentyabr 1896 - Amerika yazıçısı Frensis Skott Fitscerald (Francis Scott Key Fitzgerald, 1896 - 21.12.1940) anadan olub. Əsərləri: “Cənnətin bu tərəfində”, “Gözəl və lənətlənmişlər”, “Böyük Qetsbi” və s.
24 sentyabr 1896 - Rus əsilli fransız yazıçısı Elza Triole (Elza Yuryevna Kaqan; 1896-1970) anadan olub.

25 sentyabr 1765 - Polşa bəstəkarı Mixail Oginski (Michal Kleofas Oginski, 1765-1833) anadan olub. Məşhur əsərləri: “Vətənlə vida” (polonez), “Zelida və Valkur və ya Bonapart Qahirədə” (opera) və s.
25 sentyabr 1897 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1949) Uilyam Folkner (William Cuthbert Faulkner, 1897-1962) anadan olub. “Avqustda işıq”, “Şəhər”, “İmarət” və s. romanların müəllifidir.
25 sentyabr 1906 - Böyük rus bəstəkarı, dirijor, pedaqoq Dmitri Dmitriyeviç Şostakoviç (1906 - 9.8.1975) anadan olub. “Burun”, “Msen qəzasının ledi Makbeti” operaları, “Qızıl əsr”, “İşıqlı bulaq” baletləri, “Moskva, Çeremuşki” operettası, 15 simfoniya və s. əsərlərin müəllifidir. Moskva Konservatoriyasında gələcəyin məşhur bəstəkarlarına (Q.Qarayev, G.Sviridov) dərs deyib.
25 sentyabr 1920 - Rus aktyoru və rejissoru, SSRİ Xalq artisti Sergey Bondarçuk (1920-1994) anadan olub. Filmləri: “İnsanın taleyi”, “Hərb və sülh”, “Onlar Vətən uğrunda vuruşmuşlar” və s.
25 sentyabr 1944 - Amerika kinoaktyoru, prodüser, ssenarist Maykl Duqlas (Michael Kirk Douglas) anadan olub. Filmləri: “Qu quşunun yuvası üzərindən uçarkən” (“Oskar”, 1975, prodüser), “Uoll-Strit” (“Oskar”, 1987, aktyor), “Əsas instinkt” və s.
25 sentyabr 1952 - İspan kinorejissoru Pedro Almodovar (Pedro Almodovar Caballero) anadan olub. İki dəfə “Oskar” mükafatı laureatıdır: “Anam haqqında hər şey” (1999), “Onunla danış” (2002).

26 sentyabr 1888 - Amerika-ingilis şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1948) laureatı Tomas Eliot (Thomas Stearns Eliot; 1888-1965) anadan olub. XX əsr modern poeziyasının parlaq nümayəndələrindən biridir.
26 sentyabr 1889 - Alman filosofu, ekzistensializmin görkəmli nümayəndəsi Martin Haydegger (Martin Heidegger, 1889-26.5.1976) anadan olub.
26 sentyabr 1932 - Serb əsilli məşhur rus yazıçısı Vladimir Voynoviç anadan olub. Əsərləri: "Əsgər İvan Çonkinin həyatı və qeyri-adi məcəraları" (trilogiya), "Taxt-tac üçün namizəd", "Moskva 2042" və s.
26 sentyabr 1934 - Rusiya aktyoru, SSRİ Xalq artisti Oleq Basilaşvili anadan olub. Filmləri: “Payız marafonu”, “İşdə məhəbbət macərası”, “İki nəfər üçün vağzal”.

27 sentyabr Dünya Turizm Günüdür. 1970-ci il sentyabrın 27-də Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının nizamnaməsi qəbul olunub. 1980-ci ildə təşkilat bu tarixin Dünya Turizm Günü kimi qeyd edilməsi barədə qərar qəbul edib.
27 sentyabr 1871 - İtalyan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1926) laureatı Qrasiya Deledda (1871-1936) anadan olub.
27 sentyabr 1972 - Amerika kinoaktrisası, «Oskar» laureatı Qvinet Peltrou (Gwyneth Kate Paltrow) anadan olub.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar