Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də Xalq şairi Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Səməd Vurğunun Bakı şəhərində yerləşən (Tərlan Əliyarbəyov küçəsi, 6) ev-muzeyinin əsaslı təmiri, bədii tərtibatı, zəruri avadanlıq və inventarla təchizatı üçün Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsindən nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 300 min manat ayrılıb.