Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslər adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmaqla Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüblər: Əmiraslanov Nəriman Sabir oğlu (Bakı şəhər Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi); Həsənov Yasin Etibar oğlu (Bakı şəhər Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi); Həsənova Aygül Elçin qızı (Bakı şəhər Qara Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi); Hüseynov Emin Valeh oğlu (Bakı şəhər Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi); Şahgəldiyeva Mədinə Elçin qızı (Bakı şəhər Qara Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi).







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar