Azərbaycan

24 dekabr 1921 - Görkəmli tarixçi və şərqşünas, akademik Ziya Musa oğlu Bünyadov (1921 - 21.2.1997) Astarada anadan olub. II Dünya müharibəsində Berlinədək döyüş yolu keçib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki, 1990-cı ildə vitse-prezidenti seçilib. Uzun illər EA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. Milli Məclisin deputatı (1995-1997) olub.
24 dekabr 1926 - Əməkdar artist, balaban və klarnet ifaçısı Bəhruz Mahmud oğlu Zeynalov (1926-1998) anadan olub.
24 dekabr 1939 - Tanınmış şair, yazıçı, Əməkdar mədəniyyət işçisi Məmməd Muxtar oğlu Aslan (1939 - 23.9.2015) Kəlbəcər rayonunun Laçın kəndində doğulub. Kitabları: “Durnalar lələk salır”, “Ömrün yarı yaşında”, “Saxla izimi, dünya” və s.

25 dekabr 1906 - Filologiya elmləri doktoru, professor Əli Abdulla oğlu Sultanlı (1906-1960) Naxçıvanda doğulub. Antik ədəbiyyat, Azərbaycan dramaturgiyasının tarixinə dair kitabların müəllifidir.
25 dekabr 1909 - Teatr rejissoru, Xalq artisti Ələsgər Məmmədtağı oğlu Şərifov (1909 - 8.9.1982) Şamaxıda doğulub. Milli Dram Teatrında çalışıb, "Səbuhi" filmində Mirzə Şəfi Vazeh rolunda çəkilib.
25 dekabr 1906 - Görkəmli kinorejissor, operator Əlisəttar Ələsgər oğlu Atakişiyev (1906 - 7.11.1990) anadan olub. “Bir qalanın sirri”, “Bizim küçə”, “Sehrli xalat”, “İstintaq davam edir” filmlərinə quruluş verib, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə” filmlərinin operatoru olub.
25 dekabr 1910 - Tarixçi, Azərbaycan EA-nın müxbir üzvü Zülfəli İmaməli oğlu İbrahimov (1910-1972) anadan olub. Tarix İnstitutunun (1960-1967) direktoru işləyib.
25 dekabr 1920 - Bakıda rus “Tənqid-təbliğ teatrı” (“Satir-agit”) fəaliyyətə başlayıb. 1923-cü il oktyabrın 25-də Bakı İşçi Teatrı şəklində yenidən təşkil edilib. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır.
25 dekabr 1925 - Azərbaycan yazıçı və şairlərinin "Qızıl qələmlər" ədəbi cəmiyyəti yaranıb.
25 dekabr 1930 - Filologiya elmləri doktoru, Prezident təqaüdçüsü Teymur Əkbər oğlu Əhmədov Şəmkirdə anadan olub. N.Nərimanov, M.İbrahimov haqqında monoqrafiyaların, "Azərbaycan yazıçıları” ensiklopedik məlumat kitabının və s. müəllifidir.
25 dekabr 1931 - Respublikamızda kitabxanaşünaslıq elminin banisi, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Abuzər Alı oğlu Xələfov anadan olub.
25 dekabr 1934 - Ədəbiyyatşünas alim, professor, şair-publisist Famil Mehdi (Famil Ağalar oğlu Mehdiyev; 1934 - 18.9.2003) Ağdam rayonunun Sarıhacılı kəndində doğulub.
25 dekabr 1935 - Xalq yazıçısı Yusif Səmədoğlu (Vəkilov) (1935 - 17.8.1998) anadan olub. "220 saylı otaq", "Qalaktika", "Qətl günü" kitablarının müəllifidir. “Yeddi oğul istərəm”, “Qətl günü" filmlərinin ssenarisini yazıb. Milli Məclisin deputatı (1995-1998) olub.
25 dekabr 1940 - Tarixçi alim, AMEA-nın həqiqi üzvü Nailə Məmmədəli qızı Vəlixanlı Bakıda anadan olub. Orta əsrlər tarixinə dair tədqiqatların müəllifidir. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktorudur.
25 dekabr 1941 - Xalq artisti Zemfira Məmmədəli qızı Əliyeva (1941 - 26.11.1995) Şəmkirin Morul kəndində doğulub. Gəncə və Naxçıvan teatrlarında, Milli Dram Teatrında çalışıb. "Böyük dayaq" filmində (Pərişan), "İtkin gəlin" teleserialında çəkilib.
25 dekabr 1991 - Prezident Ayaz Mütəllibov “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” fərman imzalayıb. Bu proses gözlənildiyindən çox uzandı. Prezident Heydər Əliyevin 2001-ci il iyunun 18-də imzaladığı fərmanla həmin il avqustun 1-də latın qrafikalı əlifbaya keçid başa çatdırıldı.
25 dekabr 1991 - Azərbaycan parlamenti 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” elan olunması barədə qərar qəbul edib.

26 dekabr 1910 - Yazıçı Yusif Şirvan (Yusif Əsgər oğlu Əsgərov; 1910-1979) Şamaxıda anadan olub. Əsərləri: "Şəfəq", "Buludlar dağılır", "Məzunlar" (romanlar), "Sularda yanğın", "Ömür çiçəklənir", "Lalə dəstəsi" (povestlər) və s. Rus dilindən tərcümələr edib.
26 dekabr 1919 - Xalq artisti, rəqqasə Əminə Paşa qızı Dilbazi (1919 - 30.4.2010) anadan olub. "Çinar", "Sevinc" qızlar ansamblını yaradıb. 1949-cu ildən Xoreoqrafiya Məktəbində dərs deyib. “O olmasın, bu olsun” filminə çəkilib. “Ulduz”, “Arşın mal alan” (1965) filmlərində rəqslərə quruluş verib.
26 dekabr 1950 - Xalq artisti Nuriyyə Əliağa qızı Əhmədova (1950 - 10.10.2015) Şəkidə anadan olub. ”Bəxt üzüyü”, “Bağ mövsümü”, “Sahilsiz gecə”, “Həm ziyarət, həm ticarət” və s. filmlərə çəkilib.

27 dekabr 1932 - Tanınmış bəstəkar, Xalq artisti Oqtay Kazımi (Oqtay Məmməd oğlu Kazımov; 1932 - 9.8.2010) Astara şəhərində doğulub. 200-dək mahnının, tamaşalara musiqinin, "Şəhidlər" simfoniyası, "Hophopnamə" oratoriyası və s. əsərlərin müəllifidir.
27 dekabr 1934 - Xalq rəssamı, Dövlət mükafatları laureatı İbrahim İsmayıl oğlu Zeynalov (1934 - 6.3.2008) anadan olub.
27 dekabr 1938 - Xalq artisti Səfurə Ağabala qızı İbrahimova Bakıda doğulub. Milli Dram Teatrında çalışıb. “Sevil”, “Arşın mal alan”, “Qatır Məmməd”, “Alma almaya bənzər”, “Dərviş Parisi partladır”, “Qayınana” və s. filmlərə çəkilib.
27 dekabr 1947 - Məşhur pianoçu, bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Şəmsi oğlu Bədəlbəyli anadan olub. 1991-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (keçmiş Azərbaycan Dövlət Konservatoriyası) rektorudur.

28 dekabr 1918 - Şair İbrahim Kəbirli (1918-1995) anadan olub.
28 dekabr 1920 - Fəlsəfə elmləri doktoru, akademik, Əməkdar elm xadimi Firudin Qasım oğlu Köçərli (1920 - 3.6.2005) Gədəbəy rayonunun İsalı kəndində anadan olub.
28 dekabr 1927 - Bəstəkar, Əməkdar incəsənət xadimi Nəriman Həbib oğlu Məmmədov (1927 - 6.4.2015) Naxçıvan şəhərində doğulub. Əsərləri: «Şeyx Sənan» baleti, “Hüseyn Cavid» simfoniyası və s.
28 dekabr 1936 - Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Zeynəb Xanlarova anadan olub. Azərbaycan musiqisinin dünyada təbliği və tanınmasına böyük töhfələr verib. Opera tamaşalarında ("Leyli və Məcnun", "Əsli və Kərəm") baş rolları ifa edib. “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub. Milli Məclisin deputatıdır.
28 dekabr 1937 - Ədəbiyyatşünas alim, professor Əliyar Qurbanəli oğlu Səfərli Ordubad rayonunun Anabad kəndində doğulub.
28 dekabr 1941 - Tanınmış şair, publisist Şahmar Əkbər oğlu Əkbərzadə (1941 - 31.8.2000) Ağdam rayonunun Çəmənli kəndində anadan olub. "Anama layla", "Sevgi borc verilməz", "Haqqa pəncərə" və s. kitabların müəllifidir. "Mədəniyyət" qəzetinin baş redaktoru (1991-2000) olub.

Dünya

24 dekabr 1798 - Polyak şairi, Polşada milli-azadlıq hərəkatının rəhbərlərindən biri Adam Miskeviç (Adam Bernard Mickiewicz, 1798 - 26.11.1855) anadan olub.
24 dekabr 1867 - Türk şairi, jurnalist, pedaqoq Tofiq Fikrət (Mehmet Tevfik Fikret; 1867 - 19.8.1915) İstanbulda doğulub.
24 dekabr 1901 - Rus yazıçısı Aleksandr Fadeyev (əsl soyadı Bulıqa; 1901 - 13.5.1956) anadan olub. “Tarmar”, “Gənc qvardiya” romanlarının müəllifidir. SSRİ Yazıçılar İttifaqına rəhbərlik edib. Stalin repressiyalarında iştirakına görə peşmançılıq keçirərək intihar edib.
24 dekabr 1906 - İngilis yazıçısı, detektiv əsərlər müəllifi Ceyms Hedli Çeyz (James Hadley Chase - Rene Brabazon Raymond; 1906-1985) anadan olub. Əsərləri əsasında filmlər (“İlğım”, “Daş cəngəlliklər” və s.) çəkilib.

25 dekabr Qriqorian təqvimindən istifadə edən xristian ölkələrində (pravoslavlardan savayı) Milad bayramı (İsa peyğəmbərin Fələstindəki Vifleyem şəhərində dünyaya gəlməsi) qeyd olunur.
25 dekabr 1813 - Alman şairi Fridrix Vilhelm Veber (Friedrich Wilhelm Weber, 1813 - 1894) anadan olub.
25 dekabr 1977 - Dünya şöhrətli ingilis aktyoru, rejissor, ssenarist Çarli Çaplin (Charles Spencer Chaplin, 16.4.1889 - 1977) vəfat edib. Filmləri: “İt həyatı”, “Uşaq”, "Qızıl hərisliyi", "Yeni zamanlar", “Böyük diktator" və s. 1972-ci ildə fəxri “Oskar”a layiq görülüb.

26 dekabr 1891 - Amerika yazıçısı və rəssamı Henri Miller (Henry Valentine Miller; 1891-1980) anadan olub. “Xərçəng tropiki”, “Oğlaq tropiki”, “Qara bahar” trilogiyasının müəllifidir.
26 dekabr 1949 - Məşhur aktyor və müğənni, Rusiyanın Xalq artisti Mixail Boyarski anadan olub. Filmləri: “D’Artyanyan və üç muşketyor”, “Qardemarinlər, irəli”, “İlf” qəsrinin məhbusu” və s.

27 dekabr 1901 - Alman aktrisası, müğənni Marlen Ditrix (Marlene Dietrich - Marie Magdalene Dietrich; 1901 - 6.5.1992) anadan olub. 30-50-ci illərdə Hollivud ulduzu olub. Filmləri: “Şanxay ekspressi”, “Sarışın Venera”, “Qanlı imperatriçə” və s.
27 dekabr 1939 - Rusiyanın Xalq artisti Emmanuil Vitorqan Bakıda doğulub. Filmləri: “Kortik”, “Mariya Mediçinin mücrüsü” və s.
27 dekabr 1948 - Məşhur fransız aktyoru Jerar Depardye (Gerard Xavier Marcel Depardieu) anadan olub. Filmləri: “Sonuncu metro”, “Sirano de Berjerak”, “Bəxti gətirməyənlər”, “Qraf Monte-Kristo” və s.

28 dekabr Beynəlxalq Kino Günüdür. 1895-ci ilin həmin günü Parisdəki “Qran-kafe”də Lui və Ogüst Lümyer qardaşları özlərinin icad etdikləri “Sinematoqraf” aparatı ilə ilk kinofilmi (“Fəhlələrin fabrikdən çıxması”) nümayiş etdiriblər.
28 dekabr 1888 - Alman rejissoru, səssiz kinonun görkəmli nümayəndəsi Fridrix Vilhelm Murnau (Friedrich Wilhelm Murnau, 1888-1931) anadan olub.
28 dekabr 1903 - Rus rejissoru Mixail Konstantinoviç Kalatozov (1903-1973) anadan olub. “Durnalar uçur” filmi Kann festivalının qalibi (1957) olub.
28 dekabr 1945 - Amerika yazıçısı Teodor Drayzer (Theodore Herman Albert Dreiser; 27.8.1871 - 1945) vəfat edib. “Maliyyəçi”, “Titan”, “Dözümlü adam” (“Arzular trilogiyası”), “Kerri bacı”, “Cenni Herhardt”, “Amerika faciəsi”, “Dahi” və s. romanların müəllifidir.


Hazırladı: Vüqar Orxan