Xalqımız qəhrəman övladlarının şəhidlik zirvəsinə baxıb başını dik tutmalıdır

Tariximizin elə səhifələri var ki, illər, əsrlər ötsə də, heç vaxt unudulmur, nəsillərdən nəsillərə ötürülür. Tariximizə, xalqımızın qan yaddaşına əbədi həkk olunan belə səhifələrdən biri də 1990-cı ilin 20 yanvarıdır.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiasına etiraz edən, Azərbaycanın suveren hüquqlarının müdafiəsinə qalxan xalqımıza qarşı həmin gün qırmızı imperiyanın "Qızıl ordusu", sovet hərb maşını misli görünməmiş təcavüz törətdi, günahsız insanlar gülləbaran edildi.
20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, Vətən torpağı uğrunda mübarizliyini məhv etmək məqsədi daşıyırdı. Amma xalqımız həmin faciənin ağırlığı altında sınmadı, milli qürurunu itirmədi. Bugünkü müstəqil Azərbaycan vətən uğrunda canından keçən şəhidlərimizin ruhuna, xatirəsinə ən böyük abidədir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar