Azərbaycan

13 aprel 1918 - Tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Arif Əmir oğlu Nərimanbəyov (1918 - 16.5.1992) anadan olub. Çəkdiyi filmlər: “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “İnsan məskən salır”, “Onun bəlalı sevgisi” və s.
13 aprel 1929 - Şair, Əməkdar incəsənət xadimi Tofiq Mütəllim oğlu Mütəllibov (1929 - 2.11.1992) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.
13 aprel 1946 - Rejissor, Xalq artisti Ramiz Həsənoğlu (Mirzəyev) İrəvan şəhərində doğulub. "Ötən ilin son gecəsi", "Topal Teymur", "Ac həriflər", “Nigarançılıq” və s. teletamaşalara, "Cavid ömrü", “Sübhün səfiri” filmlərinə quruluş verib.
13 aprel 1937 - Əməkdar jurnalist, yazıçı-publisist Osman Mirzə Hüseyn oğlu Mirzəyev (1937 - 20.11.1991) anadan olub. "Adlarımız", "Bir dəfə yaşayırıq", "Damla və göl" və s. kitabların müəllifidir.

14 aprel 1870 - Yazıçı-publisist, maarifçi, dövlət xadimi Nəriman Nərimanov (1870 - 19.3.1925) anadan olub. 1894-cü ildə Bakıda müsəlman əhali üçün ilk kütləvi kitabxananı təşkil edib. "Nadanlıq", "Nadir şah", “Bahadır və Sona”, “Şamdan bəy” və s. əsərlərin müəllifidir. Azərbaycan SSR Xalq Komissarları Şurasının sədri (1920-1922), SSRİ Mərkəzi İcraiyyə Komitəsinin həmsədri (1922-1925) olub.
14 aprel 1907 - Xalq artisti Fatma Qədir qızı Qədri (1907 - 29.2.1968) anadan olub. Səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb. Rus Dram Teatrında, Milli Dram Teatrında çıxış edib, pedaqoji fəaliyyət göstərib.
14 aprel 1952 - Telejurnalist, Milli Qəhrəman Alı Mustafa oğlu Mustafayev (1952 - 20.11.1991) Qazax rayonunda doğulub.

15 aprel 1892 - Nasir, tərcüməçi Əli Səbri (Əli Camal oğlu Qasımov; 1892 - 19.2.1983) anadan olub.
15 aprel 1905 - Memar, akademik Sadiq Ələkbər oğlu Dadaşov (1905-1946) anadan olub. Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, “Nizami” kinoteatrı, Bakı Musiqi Akademiyasının binası və s. tikililərin layihələşdirilməsində iştirak edib.
15 aprel 1907 - Tanınmış rəssam, Azərbaycan Rəssamlar İttifaqının ilk sədri İsmayıl Hüseyn oğlu Axundov (1905 - 13.9.1969) anadan olub. Qrafika, dekorativ-tətbiqi sənət, teatr rəssamlığı sahəsində çalışıb. «Koroğlu» operasının ilk geyim eskizlərinin yaradılmasında iştirak edib.
15 aprel 1912 - Şair, publisist Əkbər Məftun (Əkbər Qurban oğlu Əkbərov; 1912-14.9.1990) anadan olub.
15 aprel 1928 - Cənubi Azərbaycan şairi Səhənd (Bulud Qaraçorlu Səhənd; 1928-1979) Marağa şəhərində doğulub.

Dünya

13 aprel 1883 - Bəstəkar və dirijor Aleksandr Aleksandrov (1883-1946) anadan olub. Keçmiş SSRİ-nin dövlət himninin musiqisini yazıb.
13 aprel 1906 - İrland yazıçısı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1969) laureatı Semuel Bekket (Samuel Beckett; 1906-1989) anadan olub. Əsərləri: “Qodonun intizarında”, “Oyunun sonu” (pyes), “Molloy”, “Adsız” (roman). Absurd teatrın yaradıcılarındandır. Bəstəkar Fərəc Qarayev yazıçının “Qodonun intizarında” əsərinə musiqi yazıb.
13 aprel 1939 - İrland şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1995) laureatı Şeymas Hini (Seamus Justin Heaney) anadan olub.

14 aprel 1925 - Amerika aktyoru, «Oskar» laureatı Rod Stayger (Rodney Stephen Steiger, 1925-2002) anadan olub. “Al Kapone”, “Vaterloo”, “Doktor Jivaqo” filmlərində çəkilib.
14 aprel 1930 - Litva kinorejissoru Vitautas Jalakyaviçus (1930-1996) anadan olub. Filmləri: “Heç kim ölmək istəmirdi”, “Bu şirin söz - azadlıq” (filmdə azərbaycanlı aktyorlar da çəkilib) və s.
14 aprel 1930 - Rus şairi Vladimir Vladimiroviç Mayakovski (19.7.1893, Kutaisi - 1930) dünyasını dəyişib. Poemaları: “Şalvarlı duman”, “150 000 000”, “Vladimir İliç Lenin”, “Yaxşı”. Satirik pyesləri: “Misteriya Buff”, “Birə”, “Hamam” və s.

15 aprel dünyada qeyri-rəsmi olaraq “Beynəlxalq mədəniyyət günü” kimi qeyd olunur. Bu günün tarixi rus rəssamı, arxeoloq və yazıçı Nikolay Rerixin təşəbbüsü ilə 1935-ci il aprelin 15-də Vaşinqtonda 20-dən çox ölkənin iştirakı ilə “Bədii, elmi müəssisisə və tarixi abidələrin qorunması haqqında” müqavilənin (Rerix paktı) imzalanması ilə bağlıdır. Sonradan bu paktın müddəaları BMT və UNESCO-nun mədəni irslə bağlı sənədlərində inkişaf etdirilib.
15 aprel 1452 - Böyük italyan rəssamı, heykəltəraş, memar, ixtiraçı, Avropa İntibahının görkəmli nümayəndəsi Leonardo da Vinçi (Leonardo di ser Piero da Vinci, 1452 - 2.5.1519) Florensiyada doğulub. Məşhur rəsm əsərləri: “Mona Liza” (“Cokonda”), “Sonuncu şam” və s.
15 aprel 1489 - Memar Sinan (Sinaneddin Yusif Abdülmennan oğlu; 1489-7.2.1588) Kayseridə doğulub. İstanbulda Süleymaniyə camisi, Ədirnədə Səlimiyə camisi, körpülər və s. tikililərin müəllifidir.
15 aprel 1949 - Rus estrada müğənnisi, SSRİ Xalq artisti Alla Puqaçova anadan olub. İfa etdiyi mahnılar 100-dən çox qramplastinka və diskdə 250 milyon tirajla yayılıb.
15 aprel 1949 - Türk aktyoru Kadir İnanır anadan olub. Filmləri: “Tatar Ramazan”, “İllərin qisası”, “Bir udum sevgi” və s.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar