Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, son illər Gəncə şəhəri öz qədimliyini və tarixiliyini qorumaqla sürətlə müasirləşməkdədir. Şəhərdə bir sıra mühüm infrastruktur layihələri uğurla həyata keçirilib, Beynəlxalq Hava Limanı yenidən qurulub, Müalicə-Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, mədəniyyət və istirahət obyektləri istifadəyə verilib, yeni sənaye müəssisələri açılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə Cavad xan məqbərəsi, Şah Abbas və Həzrəti Zeynəb məscidləri, Comərd Qəssab türbəsi və Gəncə darvazası bərpa olunub. Gəncə şəhərinin zəngin tarixi-mədəni irsinin mühafizəsi, milli memarlıq ənənələri qorunub saxlanılmaqla şəhərsalma, istirahət və turizm infrastrukturunun yeniləşdirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə şəhəri İcra Hakimiyyətinə 5 milyon manat vəsait ayrılıb.
   Prezident Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında da sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, son vaxtlar rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində bir sıra mühüm işlər görülüb, o cümlədən təhsil, səhiyyə, idman, mədəniyyət obyektləri istifadəyə verilib, genişmiqyaslı yenidənqurma və abadlıq-quruculuq işləri həyata keçirilib. Rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Goranboy rayon İcra Hakimiyyətinə 2 milyon manat vəsait ayrılıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar