Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin Gəncəbasar bölməsində jurnalist Qasım Qırxqızlının anım günü qeyd edilib. Uzun illər “Xocalının səsi” qəzetində mərhumla birgə çalışmış şairə-publisist Mahirə Kərimova unudulmaz iş yoldaşının ağrı-acılı həyat yolundan, jurnalistikaya bağlılığından danışıb.
Ahıl Jurnalistlər Məclisi Gəncəbasar bölməsinin rəhbəri, Əməkdar jurnalist Əhməd İsayev illər boyu yaxın münasibətdə olduğu qələm dostunun qəzetçilik fəaliyyətindən söz açıb.
Bildirib ki, Qasım Qırxqızlı 1945-ci ildə Laçın rayonunda anadan olub. Qarabağ müharibəsindən əvvəl bu bölgədə çalışıb. Cəmirli kənd məktəbinin direktoru, Kərkicahan qəsəbə sovetinin sədri olub. Qarabağ müharibəsində iştirak edib. 1992-ci ildə məcburi köçkün kimi Gəncə şəhərində məskunlaşandan ömrünün sonuna kimi “Xocalının səsi” köçkün qəzetinin redaktoru olub. “Tərəqqi” medalına və ”Qızıl qələm” mükafatına layiq görülüb.
Mərasimdə bildirilib ki, məhdud imkanlar şəraitində Qasım müəllim qəzeti böyük çətinliklə, dost-tanışların köməyi ilə çıxarıb. Xocalı sakinlərinin arzu-istəklərinə, dərd-sərinə bələdçilik edib, soyqırımı haqqında xarici və daxili mətbuatdakı materialları toplayıb ardıcıl olaraq oxuculara çatdırıb. O, çoxsaylı məqalələrin və sənədli məcmuələrin, 12 kitabın müəllifi olub.
Ömrü Xocalı köçkünlərinin məskunlaşdığı müxtəlif ünvanlarda keçən cəfakeş jurnalist 2015-ci il oktyabrın 30-da dünyasını dəyişib, həmyerlilərinin məskunlaşdıqları Göygöl rayonunun Lüləli kəndində dəfn edilib.
Qədirbilən oxucular və etibarlı dostlar hazırda onun haqqında xatirə kitabı hazırlayırlar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar