Azərbaycan

11 iyun 1892 - Azərbaycanın Xalq artisti, opera müğənnisi Aleksandr Aleksandroviç Drozdov (1892 - 15.6.1968) Saratovda doğulub. 1935-ci ildən Azərbaycan Opera və Balet Teatrında çalışıb. Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.
11 iyun 1913 - Görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökümə Abbasəli qızı Qurbanova (1913 - 2.11.1988) Bakıda anadan olub. 1938-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışıb. “Almaz” (Yaxşı), "Onu bağışlamaq olarmı?" (Kəmalə), "İnsan məskən salır" (Ana) filmlərində çəkilib.
11 iyun 2002 - Prezident Heydər Əliyev "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" fərman imzalayıb.

12 iyun 1928 - Xalq yazıçısı İsa Hüseynov (Muğanna; 1928 - 1.4.2014) Ağstafa rayonunun Muğanlı kəndində doğulub. Tarixi və fəlsəfi romanların («Məhşər», “Yanar ürək”, «İdeal» və s.) müəllifidir. "Ulduzlar sönmür”, “Tütək səsi”, “Nəsimi” və s. filmlərin ssenarisini yazıb.
12 iyun 1932 - Xalq artisti Hacıbaba Ağarza oğlu Bağırov (1932 - 4.10.2006) Bakıda anadan olub. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb. "Tənqid-təbliğ" teatrına (1989-1996), Musiqili Komediya Teatrına (1996-2006) rəhbərlik edib. Çəkildiyi filmlər: "Ulduz", "Qanun naminə”, "Onun bəlalı sevgisi", "Alma almaya bənzər", "Şirbalanın məhəbbəti".
12 iyun 1943 - Kinodramaturq və rejissor, Xalq artisti Oqtay Mir Əsədulla oğlu Mir Qasım Bakıda doğulub. Filmləri: “Gümüşü furqon”, “Cin mikrorayonda”, “Anlamaq istəyirəm”, “Şeytan göz qabağında”, “Ovsunçu”, “Günaydın, mələyim!”, “Qisas almadan ölmə!” və s.

13 iyun 1709 - Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Molla Vəli Vidadi (1709-1808) Qazaxda anadan olub. Yaradıcılığı ilə aşıq şeirinin inkişafına böyük töhfə verib.
13 iyun 1927 - Tanınmış kamança ifaçısı, Əməkdar artist Tələt Soltan oğlu Bakıxanov (1927 - 30.5.2000) Bakıda anadan olub. “O olmasın, bu olsun” filmində (qonaqlıq səhnəsi) çəkilib.
13 iyun 1934 - Bakıda Azərbaycan yazıçılarının I qurultayı başlanıb. Qurultayda Azərbaycan Yazıçılar İttifaqı yaradılıb. O vaxtadək respublika yazıçıları müxtəlif birliklərdə fəaliyyət göstərirdilər.
13 iyun 1959 - Xalq artisti Bəsti Əli qızı Cəfərova anadan olub. Milli Dram Teatrında yaddaqalan obrazlar yaradıb: Xavər ("İblis"), Solmaz ("Od gəlini"), Bənövşə ("Nişanlı qız") və s. “Günaydın, mələyim!” filmində, teletamaşalarda çəkilib.

14 iyun 1794 - Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (1794 - 16.11.1852, Tiflis) Gəncədə anadan olub. 1840-cı ildən Tiflisdə yaşayıb, müəllim işləyib, “Divani-hikmət” ədəbi məclisinə rəhbərlik edib. Burada tanış olduğu şərqşünas-səyyah Fridrix Bodenştedt onun qəzəllərini almancaya tərcümə edərək öz imzası ilə nəşr etdirib, kitab Avropada geniş yayılıb. Yalnız xeyli sonra o, poetik incilərin Mirzə Şəfiyə məxsus olduğunu etiraf etməli olub.
14 iyun 1888 - İctimai-siyasi xadim, publisist Camo bəy Hacınski (1888-1942) anadan olub. Azərbaycan Xalq Cümhuriyyəti hökumətlərində nazir postu tutub. Sovet dövründə mədəniyyət və maarif sahəsində çalışıb, repressiya olunub.
14 iyun 1913 - Əməkdar artist, opera müğənnisi Aliyə Ramazan qızı Terequlova (1913 - 23.3.1968) Tiflisdə anadan olub.
14 iyun 1926 - Xalq artisti, tarzən Həbib Əbdülhüseyn oğlu Bayramov (1926 - 15.8.1994) anadan olub. 1941-ci ildən Əhməd Bakıxanovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında çalışıb, 1973-cü ildən ömrünün sonunadək kollektivin bədii rəhbəri olub.
14 iyun 1947 - Bəstəkar, Xalq artisti Faiq (Mirfaiq) Miri oğlu Sücəddinov anadan olub. Piano, simfonik orkestr və kamera orkestri üçün konsertlərin, “Atatürk” odası, «Vətən» oratoriyası, caz kompozisiyaları və mahnıların müəllifidir.

Dünya

11 iyun 1864 - Alman bəstəkarı, dirijor Rixard Ştraus (Richard Strauss, 1864-1949) anadan olub. Simfonik poema və operaların (“Elektra”, “Kölgəsiz qadın”, “Arabella” və s.) müəllifidir.
11 iyun 1899 - Yapon yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1968) Yasunari Kavabata (1899-1972) anadan olub. Əsərləri: “Dağın naləsi”, “Köhnə paytaxt” romanları, “Qarlı dağ”, “Minillik durna” povestləri və s.
11 iyun 1910 - Məşhur fransız dəniz səyyahı, fotoqraf, rejissor, ixtiraçı Jak İv Kusto (Jacques-Yves Cousteau; 1910-1997) anadan olub.

12 iyun 1819 - İngilis yazıçısı Çarlz Kinqsli (Charles Kingsley; 1819- 1875) anadan olub.
12 iyun 1921 - İspan rejissoru Luis Qarsia Berlanqa (Luis Garcia Berlanga Marti; 1921-2010) anadan olub. Satirik kinonun nümunələrindən olan “Xoş gəlmisiniz, cənab Marşall”, “Plasido”, “Cəllad” və s. filmləri çəkib.

13 iyun 1865 - İrland şairi və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1923) laureatı Uilyam Yits (William Butler Yeats: 1865-1939) anadan olub.

14 iyun 1811 - Amerika yazıçısı Harriet Biçer-Stou (Harriet Elizabeth Beecher-Stowe; 1811-1896) anadan olub. Ən məşhur əsəri olan “Tom dayının daxması” romanı 20-dən çox dilə tərcümə olunub.
14 iyun 1835 - Yəhudi əsilli Rusiya pianoçusu və dirijoru, pedaqoq Nikolay Rubinşteyn (1835-1881) anadan olub. Moskva Konservatoriyasının qurucularından biridir.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar