Azərbaycan

29 iyun 1913 - Xalq şairi, tərcüməçi Nigar Xudadat bəy qızı Rəfibəyli (1913 - 7.10.1981) Gəncədə anadan olub. Lirik şeirləri ilə XX əsr Azərbaycan poeziyasını zənginləşdirib, xarici dillərdən ədəbi nümunələri (F.Şiller - «Məkr və məhəbbət»; A.Çexov - «Vanya dayı», «Albalı bağı»; E.Voyniç - «Ovod» romanı; A.Puşkin M.Lermontov və başqa şairlərin şeirləri) Azərbaycan dilinə çevirib.
29 iyun 1944 - Şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu (Çingiz Əli oğlu Əliyev) Füzuli şəhərində doğulub. Əsərləri müxtəlif dillərə çevrilib. Rus dilindən ədəbi tərcümələrin müəllifidir.

30 iyun 1934 - Azərbaycan Bəstəkarlar İttifaqı yaranıb. Asan Refatov ittifaqın idarə heyətinin sədri seçilib. Krım tatarı olan A.Refatov 1926-cı ildə Bakıya gələrək Azərbaycan Dövlət Konservatoriyasında təhsil almış, burada dərs demiş, 1931-ci ildə bu təhsil ocağının prorektoru təyin edilmişdi. O, Bəstəkarlar İttifaqına bir il rəhbərlik etdi, 1937-ci ildə repressiya olundu.
30 iyun 1952 - Yazıçı-dramaturq, filosof, tərcüməçi Firuz Mustafa (Firuz Qədimalı oğlu Mustafayev) anadan olub. 30-dan çox pyesin müəllifidir. Rus dilindən ədəbi tərcümələr edir.

1 iyul 1925 - Ədəbiyyatşünas alim, tərcüməçi, professor Pənah İmran oğlu Xəlilov Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində doğulub. "Azərbaycan sovet ədəbiyyatı tarixi" üçcildliyinin, dərsliklərin həmmüəllifidir. Rus dilindən tərcümələr edib.
1 iyul 1926 - Bakıda "Komsomol" adlı aylıq ədəbi, siyasi və elmi jurnalın 1-ci sayı çapdan çıxıb.

Dünya

29 iyun 1798 - İtalyan şairi, filosof Cakomo (Giacomo) Leopardi (1798-1837) anadan olub.
29 iyun 1900 - Fransız yazıçısı, şair Antuan de Sent-Ekzüperi (Antoine Marie Roger Vicomte de Saint-Exupery; 1900-1944) anadan olub. Peşəkar təyyarəçi olub. “Gecə uçuşu”, “Külək, qum və ulduzlar”, “Hərbi təyyarəçi”, “Balaca şahzadə”, “Qəsr” romanları və s. əsərlərin müəllifidir.

30 iyun 1789 - Fransız rəssamı Horas Verne (Horace Emile Jean Vernet; 1789-1863) anadan olub. Müharibə mövzusunda tabloların müəllifi və portret ustası kimi tanınıb.
30 iyun 1911 - Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1980) laureatı Çeslav Miloş (Czeslaw Milosz, 1911-2004) anadan olub.
30 iyun 1918 - Amerika kinoaktrisası Süzen Heyuord (Susan Hayward, əsl adı Edythe Marrenner; 1918-1975) anadan olub. “Mən yaşamaq istəyirəm” filmində roluna görə “Oskar” mükafatı (1958) alıb.

1 iyul 1646 - Alman idealist filosofu, tarixçi, dilçi və riyaziyyatçı Qotfrid Vilhelm Leybnis (Gottfried Wilhelm Leibniz, 1646-1716) anadan olub.
1 iyul 1804 - Fransız yazıçısı Jorj Sand (əsl adı Amandina Avrora Düpen) - (George Sand - Amantine-Aurore-Lucile Dupin de Francueil; 1804-1876) anadan olub. Romanları: “Roz və Blanş”, “İndiana”, “Leliya”, “Konsuelo” və s.
1 iyul 1902 - Amerika rejissoru Uilyam Uayler (William Wyler; 1902-1981) anadan olub. “Roma tətili”, “Həyatımın ən yaxşı illəri” və s. filmləri çəkib, üç dəfə “Oskar”a layiq görülüb.
1 iyul 1909 - Məşhur gürcü aktyoru, SSRİ Xalq artisti Serqo Zakariadze (1909-1971) Bakıda doğulub. “Keto və Kote”, “Əsgər atası” və s. filmlərdə çəkilib.
1 iyul 1934 - Amerika aktyoru və kinorejissoru Sidni Pollak (Sydney Irwin Pollack; 1934-2008) anadan olub. Filmləri: “Yakudza”, “Afrikadan” (“Oskar” mükafatı), “Tutsi” (“Oskar”) və s.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar