Xocalı faciəsinə həsr olunmuş respublika sərgi-müsabiqəsi yekunlaşıb
   
   Fevralın 24-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş “Unudulmayan tarix” respublika sərgi-müsabiqəsinin yekun sərgisi açılacaq.
   
   Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin “Xocalı soyqırımının iyirminci ildönümü haqqında” 2012-ci il 17 yanvar tarixli sərəncamına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə “Unudulmayan tarix” respublika sərgi-müsabiqəsi elan edib.
   Sərgi-müsabiqə Xocalıda törədilmiş soyqırımın təsviri və dekorativ sənət əsərləri vasitəsilə ifadə edilməsi, xalqımızın başına gətirilən faciələrin bədii təcəssümü, eyni zamanda xalqımızın dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunması yolunda göstərdiyi mübarizə əzminin nümayişi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə təşkil olunub.
   Sərgi-müsabiqədə qalib gəlmiş rəssamlara Mədəniyyət və Turizm Nazirliyi tərəfindən heykəltəraşlıq, rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət və müasir incəsənət (fotoart və videoart) nominasiyaları üzrə mükafatlar təqdim ediləcək.
   Müsabiqənin şərtlərinə əsasən, hər biri 1 mükafat olmaqla ən yaxşı heykəltəraşlıq əsərinə görə 5000 manat, ən yaxşı rəngkarlıq əsərinə 4000 manat, ən yaxşı qrafika əsərinə 2500 manat, ən yaxşı dekorativ-tətbiqi sənət əsərinə 2500 manat və ən yaxşı müasir incəsənət (fotoart, videoart) əsərinə görə 1000 manat pul mükafatı nəzərdə tutulub. Bundan əlavə, bütün nominasiyalar üzrə fərqlənənlərə 25 həvəsləndirici mükafat, diplom və 500 manat pul mükafatı təqdim olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar