Azərbaycan
10 sentyabr 1917 - Xalq artisti Firuzə Məmmədqulu qızı Əlixanova (1917 - 24.11.1994) Ordubadda anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb, teatrın ilk aktrisalarından biri olub.
10 sentyabr 1931 - Xalq artisti, tanınmış vokal ifaçısı, aktyor Mobil Salman oğlu Əhmədov (1931 - 3.6.2006) Gəncədə doğulub. 40 ilə yaxın Musiqili Komediya Teatrında çalışıb, tamaşalarda əsas rolları ifa edib.
10 sentyabr 1935 - Şərqşünas, ədəbiyyatşünas Maqsud İbrahim oğlu Hacıyev Quba rayonunun Gümür kəndində anadan olub. İran tarixinə, əfqan ədəbiyyatına dair tədqiqatların, tərcümələrin müəllifi, tat və fars dili ilə bağlı lüğətlərin tərtibçisidir.
10 sentyabr 1947 - Yazıçı-publisist Mustafa Çəmənli (Mustafa Şura oğlu Mustafayev) Ağdam rayonunun Çəmənli kəndində anadan olub. “İtirilmiş səs”, “Səs qərib olmur”, “Muğam dünyasının Xanı”, “Burdan bir atlı keçdi”, “Ruhların üsyanı”, “Xallı gürzə” və s. kitabların müəllifidir.
11 sentyabr 1913 - Tanınmış kinorejissor və operator, Xalq artisti Muxtar Dadaşov (1913 - 7.5.1998) anadan olub. Bir sıra sənədli və bədii filmlərin operatoru olub. Quruluş verdiyi filmləri: “Arşın mal alan” (1965, Tofiq Tağızadə ilə birgə), «Qanun naminə», «Bakıda küləklər əsir» və s.
12 sentyabr 1887 - Görkəmli yazıçı, tərcüməçi, ictimai-siyasi xadim Yusif Vəzir Çəmənzəminli (1887 - 3.1.1943) Şuşa şəhərində doğulub. Azərbaycan Xalq Cümhuriyyətinin İstanbulda səfiri olub, sonra mühacirətdə yaşayıb, 1926-cı ildə Azərbaycana qayıdıb. 1940-cı ildə həbs olunub, 1943-cü ildə Rusiyanın Nijni Novqorod vilayətində həbs düşərgəsində vəfat edib. Yazıçının «İki od arasında» («Qan içində») əsəri Azərbaycan tarixi romanının klassik nümunəsidir. Digər əsərləri: “Qızlar bulağı”, “Studentlər”, “Bir cavanın dəftəri”, “Cənnətin qəbzi” və s.
12 sentyabr 1921 - Şair, dramaturq Novruz Gəncəli (Novruz İsmayıl oğlu Sadıqov; 1921 - 19.10.1995) anadan olub. C.Bayronun şeirlərini, B.Brextin “Kuraj ana və onun uşaqları” pyesini Azərbaycan dilinə çevirib.
12 sentyabr 2001 - Yazıçı, tərcüməçi Manaf Fərəc oğlu Süleymanov (3.3.1912, Lahıc - 12.9.2001) vəfat edib. “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” adlı tarixi-publisistik əsəri böyük populyarlıq qazanıb.
13 sentyabr 1905 - Aktyor Süleyman Tağızadə (1905-1960) anadan olub. “O olmasın, bu olsun”, “Kölgələr sürünür” filmlərində çəkilib.
13 sentyabr 1933 - Görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Arif Cahangir oğlu Məlikov anadan olub. Nazim Hikmətin pyesi əsasında yazdığı «Məhəbbət əfsanəsi» baleti bəstəkara dünya şöhrəti gətirib. “Füzuli”, “Vətən”, “Metamorfozlar” simfonik poemaları, “İki qəlbin poeması” baleti, “Dalğalar” operettası, 8 simfoniya və s. əsərlərin müəllifidir. “Sehrli xalat”, “26 Bakı komissarı”, “Axırıncı aşırım” və s. filmlərə, tamaşalara musiqi yazıb. Bakı Musiqi Akademiyasının professoru, AMEA-nın həqiqi üzvüdür.
13 sentyabr 1969 - Xalq rəssamı İsmayıl Hüseyn oğlu Axundov (15.4.1907 - 1969) vəfat edib. Azərbaycan Rəssamlar İttifaqının ilk sədri olub. Qrafika, dekorativ-tətbiqi sənət, teatr rəssamlığı sahəsində çalışıb.
13 sentyabr 1997 - "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" Prezident fərmanı verilib.
14 sentyabr 1880 - Yazıçı İbrahim Mehdi bəy oğlu Musabəyov (1880-1942) Qəbələdə anadan olub. Yazıçının "Neft və milyonlar səltənətində" povesti əsasında 1916-cı ildə eyniadlı ekran əsəri - Azərbaycanın ilk tammetrajlı bədii filmi çəkilib. Qazaxıstanın Karaqanda şəhərində sürgündə vəfat edib.
14 sentyabr 1911 - Şair, dramaturq, ədəbiyyatşünas Müzəffər Qasım oğlu Nəsirli (1911-1980) Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Sələsüz kəndində anadan olub.
14 sentyabr 1939 - Yazıçı-dramaturq Aslan Qəhrəman oğlu Qəhrəmanlı (1939 - 19.1.2014) Ağstafa rayonunun Yenigün kəndində doğulub. Televiziya tamaşaçılarının rəğbətini qazanmış "Səni axtarıram", "Bağışla" və "Səndən xəbərsiz" pyesləri ilə məşhurlaşıb. "Döngə", "Burulğan" və s. pyeslərin, “Qızıl zəncirli açar” kitabının (povest və hekayələr) və s. müəllifidir.
14 sentyabr 1957 - Şair, publisist Rüstəm Behrudi (Rüstəm Hidayət oğlu Alməmmədov) Ordubad rayonunun (Naxçıvan MR) Behrud kəndində anadan olub. "Yaddaşlara yazın", "Şaman duası" və s. kitabların müəllifidir.
14 sentyabr 1989 - Naxçıvan Dövlət Kukla Teatrının yarandığı gündür.
14 sentyabr 1992 - Xalq şairi Hüseyn Arif (Hüseynzadə Hüseyn Camal oğlu, 15.6. 1924 - 1992) vəfat edib. "Azad", "Yolda" pyesləri, “Bahar gələndə”, “Sən mənimlə get”, “Söylə, yadındamı?”, “Qocalan deyiləm”, “Dilqəm” və s. kitabların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri (1984-1992) olub.
Dünya
10 sentyabr 1839 - Amerika filosofu, praqmatizm və semiotikanın banilərindən biri Çarlz Sanders Pirs (Charles Sanders Peirce, 1839-1914) anadan olub.
10 sentyabr 1872 - Rus yazıçısı, etnoqraf, səyyah, Uzaq Şərqin tədqiqatçısı Vladimir Arsenyev (1872-1930) anadan olub. Əsərləri: ”Dersu Uzala”, “Tayqanın arasında”, “Vulkanın kraterində” və s.
10 sentyabr 1912 - Məşhur Danimarka karikaturaçısı Herluf Bidstrup (Herluf Bidstrup; 1912-1988) anadan olub.
10 sentyabr 1914 - Amerika kinorejissoru Robert Uayz (Robert Wise; 1914-2005) anadan olub. İki dəfə «Oskar» laureatıdır: “Vestsayd əhvalatı”, “Musiqi səsləri”.
10 sentyabr 1934 - Türk mənşəli (Krım tatarı) Ukrayna bəstəkarı Alemdar Karamanov (1934-2007) anadan olub. Əsərləri: “Ay dənizi” simfoniyası, “Məhəbbətdən güclü” baleti və s.
10 sentyabr 1955 - Rusiyanın Xalq artisti, estrada müğənnisi Larisa Dolina (Kudelman) Bakıda doğulub.
11 sentyabr 1524 - Fransız şairi Pyer de Ronsar (Pierre de Ronsard; 1524-1585) anadan olub. Əsərləri: “Odalar”, “Himnlər” və s.
11 sentyabr 1862 - Amerika yazıçısı, novella janrının ustası O"Henri (O"Henry - William Sydney Porter; 1862-1910) anadan olub. Əsərləri: “Dörd milyon”, “Yanan lampa”, “Taleyin yolları” hekayələr toplusu, “Krallar və kələm” romanı və s.
11 sentyabr 1865 - Latviya şairi və dramaturqu Yan Raynis (əsl soyadı Pliekşans; 1865-1929) anadan olub. Kitabları: “Tufan səpini”, “Son və başlanğıc”, “Evə”.
11 sentyabr 1894 - Ukrayna kinorejissoru, SSRİ Xalq artisti Aleksandr Petroviç Dovjenko (1894-1956) anadan olub. Filmləri: “Arsenal”, “Torpaq”, “Aeroqrad”, “Miçurin” və s.
11 sentyabr 1885 - İngilis yazıçısı David Herbert Lourens (David Herbert Lawrence; 1885-1930) anadan olub. Psixoloji romanları ilə məşhurlaşıb: “Göy qurşağı”, “Vurğun qadınlar”, “İtkin qız”, “Ledi Çatterleyin məşuqu”.
11 sentyabr 1903 - Alman filosofu və musiqişünası Teodor Adorno (Theodor Ludwig Wiesengrund-Adorno, 1903-1969) anadan olub.
11 sentyabr 1914 - Görkəmli türk maarifçisi, naşir və mütəfəkkir İsmayıl Qaspıralı (Gasprinski; 8.3.1851 - 1914) vəfat edib. Krımda, Baxçasaray yaxınlığındakı Avcıköy kəndində doğulub. Uzun illər türk dünyasının maariflənməsində rol oynamış "Tərcüman” qəzetinin naşiri olub.
11 sentyabr 1937 - Rusiya müğənnisi, SSRİ Xalq artisti İosif Davıdoviç Kobzon anadan olub.
11 sentyabr 1940 - Amerika kinorejissoru Brayan de Palma (Brian de Palma) anadan olub. Filmləri: “Qəzəb”, “Toxunulmazlar”, “Kerri”, “Kainin tərbiyəsi” və s.
12 sentyabr 1921 - Polyak satirik yazıçısı Stanislav Lem (Stanislaw Lem, 1921-2006) anadan olub. Əsərləri: “Solyaris”, “Səmanın səsi”, “Yerdə sülh”, “Aldebarandan müdaxilə” və s.
12 sentyabr 1944 - Məşhur rus skripkaçısı, «Moskva virtuozları» ansamblının rəhbəri Vladimir Spivakov anadan olub.
12 sentyabr 1967 - İngilis kinoaktyoru Ceyson Stetxem (Jason Michael Statham) anadan olub. Filmləri: “Ölüm yarışı”, «Müharibə», “Yükdaşıyan”, “Adrenalin”, “Kartlar, pullar, iki lülə”, “Revolver” və s.
13 sentyabr 1874 - Avstriya bəstəkarı Arnold Şönberq (Arnold Franz Walter Schoenberg, 1874-1951) anadan olub. Musiqidə ekspressionizmin nümayəndəsi, “Moisey və Aaron” operası, “İntizar” monodramı və s. əsərlərin müəllifidir.
13 sentyabr 1894 - İngilis yazıçısı və dramaturqu Con Boynton Pristli (John Boynton Priestley, 1894-1984) anadan olub. Əsərləri: “Mehriban dostlar”, “Mələk küçəsi”, “London dalanı”, “Cənnət guşəsi” (pyeslər), “Qretlidə qaranlıq” (roman) və s.
13 sentyabr 1905 - Fransız əsilli Amerika aktrisası, «Oskar» laureatı Klodet Kolber (Claudette Colbert - Lily Claudette Chauchoin, 1905-1996) anadan olub. Filmləri: “Kleopatra”, “Bu bir dəfə gecə baş verib”.
13 sentyabr 1924 - Fransız bəstəkarı Moris Jarr (Maurice Jarre; 1924-2009) anadan olub. 120-dək filmə musiqi yazıb, beynəlxalq mükafatlara layiq görülüb.
14 sentyabr 1321 - Böyük italyan şairi Dante Aligyeri (Dante Alighieri, 15.5.1265, Florensiya - 1321) vəfat edib. İntibah ədəbiyyatının şah əsərlərindən olan “İlahi komediya” poemasının müəllifidir. Axirət dünyasına səyahəti təsvir edən poema üç hissədən (“Cəhənnəm", "Əraf", "Cənnət"), hər hissə 33 nəğmədən ibarətdir.
14 sentyabr 1618 - Holland əsilli ingilis rəssamı Piter Leli (Peter Lely - Pieter van der Faes, 1618-1680) anadan olub.
14 sentyabr 1898 - Rus aktyoru, SSRİ Xalq artisti Mark Prudkin (1898-1994) anadan olub. Filmləri: “Karamazov qardaşları”, “On iki stul” (1976) və s.
14 sentyabr 1914 - İtalyan rejissoru Pyetro Cermin (Pietro Germi, 1914-1974) anadan olub. Filmləri: “Qanun naminə”, “İtalyansayağı boşanma” və s.
Hazırladı: Vüqar Orxan