Azərbaycan

15 sentyabr 1905 - Azərbaycan Kukla Teatrının yaradıcısı, aktyor, rejissor Molla Ağa Bəbirli (1905-1970) anadan olub. “O olmasın, bu olsun” (Məşədi Qəzənfər), “Bir məhəllədən iki nəfər”, “Sehrli xalat” filmlərində çəkilib.
15 sentyabr 1918 - Nuru paşanın komandanlığı altında Azərbaycan-türk (Osmanlı) Qafqaz İslam Ordusu Bakı şəhərini "Sentrokaspi diktaturası” hökuməti və daşnak tör-töküntülərindən azad edib. Şəhər 1918-ci ilin aprel-iyul aylarında S.Şaumyanın başçılıq etdiyi "Bakı Kommunası"nın, avqustun 1-dən isə ingilislərin dəstəyi ilə qurulmuş eser-menşevik-daşnak "Sentrokaspi" hökumətinin nəzarətində idi. Bakının azad edilməsi Azərbaycanın istiqlal tarixinin şanlı səhifəsidir. Bundan sonra milli hökumət Gəncədən Bakıya köçdü və Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı oldu.
15 sentyabr 1918 - Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi nəşrinin - «Azərbaycan» qəzetinin ilk sayı çapdan çıxıb.
15 sentyabr 1943 - Xalq artisti, rejissor, ssenarist Xamis Bəkir oğlu Muradov Qax rayonunda doğulub. «Azərbaycanfilm» kinostudiyasının direktoru (2002-2011) olub. 50-dək sənədli filmin rejissoru, ssenari müəllifidir.
15 sentyabr 1959 - Müğənni, Xalq artisti Brilliant Süleyman qızı Dadaşova anadan olub.
15 sentyabr 2007 - Xalq rəssamı Elbəy Mirzə Həsən oğlu Rzaquliyev (17.6.1926 - 2007) vəfat edib. Əsərləri dünyanın bir sıra ölkələrində sərgilənib. “Qara daşlar”, “Telefonçu qız”, “Arşın mal alan” (1965), “Bakıda küləklər əsir”, “Gün keçdi”, “Arxadan vurulan zərbə” və s. filmlərin rəssamı olub.

16 sentyabr 1790 - Məşhur coğrafiyaşünas alim, səyyah Hacı Zeynalabdin Şirvani (1790-1837) anadan olub.
16 sentyabr 1909 - Azərbaycanın ilk kino aktrisalarından olan İzzət Mirzəağa qızı Orucova (1909 - 22.4.1983) Bakıda doğulub. "Sevil" (1929), "Almaz" (1936) filmlərində baş rollarda çəkilib. Sonralar tanınmış kimyaçı alim, elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki olub.
16 sentyabr 1934 - Əməkdar incəsənət xadimi, tanınmış pianoçu, professor Elmira Yusif qızı Səfərova (1934-1997) Bakıda anadan olub.
16 sentyabr 1940 - Xalq artisti, televiziya və kino rejissoru Vasif Babayev anadan olub. 40-a yaxın sənədli filmin müəllifidir: «Odlar torpağı», «Qızılgüllər diyarı», «Sovet Azərbaycanı», «İçərişəhərin əbədi nağılı» və s.

17 sentyabr 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti üç ay fəaliyyət göstərdiyi Gəncədən Bakıya köçüb. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Nazirlər Şurası Bakıda verdiyi ilk bəyanatda Xalq Cümhuriyyəti hökumətinin milli, dini ayrı-seçkilik qoymadan ölkənin bütün əhalisinin hüquqlarını qoruyacağını bəyan edib.
17 sentyabr 1956 - Tanınmış rəssam Müslüm Ömər oğlu Eldarov (1956-2003) Bakıda doğulub. Bakı İncəsənət Mərkəzinin (“Yeni Gallery”) yaradıcılarından biri olub.

Dünya

15 sentyabr 1613 - Fransız yazıçısı Fransua de Laroşfuko (François de La Rochefoucauld; 1613-1680) anadan olub. "Əxlaq qaydaları" əsəri ilə tanınır.
15 sentyabr 1789 - Məşhur Amerika yazıçısı Ceyms Fenimor Kuper (James Fenimore Cooper; 1789 - 14.9.1851) anadan olub. Tarixi və macəra romanlarının müəllifidir: "Casus", "Dəniz qulduru”, "Losman", "Sonuncu mogikan", "Ləpirçi" və s.
15 sentyabr 1890 - İngilis yazıçısı, detektiv əsərlərin müəllifi Aqata Kristi (Agatha Mary Clarissa; 1890 - 12.1.1976) anadan olub. Əsərləri: “Rocer Ekroydun qətli”, “Yarımçıq portret”, “Şərq ekspressində qətl”, “Nildə ölüm”, “Qəhvəyi kostyumlu adam”, “Parıldayan sianid” və s. Xəfiyyə Puaro yazıçının 30-dan çox romanının qəhrəmanıdır.
15 sentyabr 1894 - Fransız kinorejissoru, «Oskar» laureatı Jan Renaur (1894-1979) anadan olub. Filmləri: “Böyük illüziya”, “Marselyoza”, “Fransız kankanı” və s.
15 sentyabr 1914 - Məşhur türk yazıçısı Orxan Kamal (Mehmet Raşit Öğütçü; 1914 - 2.6.1970) Adananın Ceyhan qəsəbəsində doğulub. “Baba evi”, “Cəmilə”, “Yad qızı”, “Xanımın ciftliyi”, “Qürbət quşları” kimi romanları, “Çörək davası”, ”Arxa küçə”, “Sərxoşlar”, “İşsiz” və s. hekayələri yazıçıya geniş oxucu rəğbəti qazandırıb.
15 sentyabr 1925 - Rus aktyoru, SSRİ Xalq artisti Kirill Lavrov (1925-2007) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Karamazov qardaşları”, “Odun ram edilməsi” və s.
15 sentyabr 1946 - Amerika kinorejissoru Oliver Stoun (William Oliver Stone) anadan olub. Üç dəfə «Oskar» laureatıdır: “Gecəyarısı ekspress” (ssenari), “Vzvod”, “Dörd iyulda doğulan” (rejissor). “Con F.Kennedi. Dallasda atəşlər”, “Nikson” və s. siyasi kinolentlərin müəllifidir.

16 sentyabr 1462 - İtalyan filosofu Pyetro Pomponassi (Pietro Pomponazzi, 1462-1525) anadan olub.
16 sentyabr 1888 - Finlandiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1939) laureatı Frans Emil Sillanpyya (Frans Eemil Sillanpaa, 1888-1964) anadan olub. Əsərləri: “Həyat və günəş”, “Adamlar yay gecəsində”, “Cavanlığında vəfat etmiş”.
16 sentyabr 1893 - Macar əsilli ingilis kinorejissoru Aleksandr Korda (Alexander Korda - Sandor Laszlo Kellner, 1893-1956) anadan olub.
16 sentyabr 1924 - Amerika aktrisası Loren Bekoll (Lauren Bacall - Betty Joan Weinstein Perske; 1924 - 12.8.2014) anadan olub. Filmləri: “Milyonçuya necə ərə getməli”, “Şərq ekspressində qətl” və s. Fəxri “Oskar” mükafatı (2009) laureatıdır.

17 sentyabr 1908 - Amerika yazıçısı, detektiv romanlar müəllifi Con Krizi (John Creasey, 1908-1973) anadan olub.
17 sentyabr 1931 - İtalyan əsilli Amerika aktrisası, “Oskar” laureatı Enn Benkroft (Anne Bancroft - Anna Maria Louisa Italiano; 1931-2005) anadan olub. Filmləri: “Məzun”, ”Nazaretli İsa”, “Əsgər Ceyn” və s.
17 sentyabr 1939 - Tanınmış aktyor və rejissor, Rusiyanın Xalq artisti Vladimir Menşov Bakıda doğulub. Filmləri: “Moskva göz yaşlarına inanmır” ("Oskar" mükafatı, 1981), “Məhəbbət və göyərçinlər”, “Şırlı-Mırlı” (hər üçündə rejissor və aktyor) və s.

Hazırladı: Vüqar Orxan








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar