Azərbaycan

28 sentyabr 1978 - Görkəmli yazıçı, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Mir Cəlal Əli oğlu Paşayev (26.4.1908 - 1978) vəfat edib. Azərbaycan (Bakı) Dövlət Universitetinin professoru olub. “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yolumuz hayanadır”, “Yaşıdlarım” romanlarının, povest və hekayələrin, “Azərbaycanda ədəbi məktəblər" monoqrafiyasının müəllifidir.

29 sentyabr 1833 - Şair, rəssam, xəttat, musiqişünas, təzkirəçi Mir Möhsün Nəvvab (1833-1918) Şuşada doğulub. "Təzkireyi-Nəvvab" toplusunda Qarabağda doğulmuş 100-dən artıq şairin həyatı və yaradıcılığı haqqında məlumat toplanıb. Şuşada "Məclisi-fəramuşan" ədəbi məclisini təşkil edib.

30 sentyabr 1920 - Tanınmış rejissor, aktyor Lətif Səfərov (1920 - 9.12.1963) Şuşada anadan olub. “Sevil”, “Lətif”, “Şərqə yol” filmlərində uşaq rollarında oynayıb. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib. Respublika Kinematoqrafçılar İttifaqının sədri olub.
30 sentyabr 1945 - Şair Vaqif İbrahim (Vaqif Əliyar oğlu İbrahimov; 1945- 1983) Şəkidə doğulub. M.Qorki adına Ümumittifaq mükafatının laureatı olub. Kitabları: “Bu torpaqda doğulanlar”, “Ömür balladası”, “Dünyanın keşiyində”, “Vaxtla üz-üzə” və s.
30 sentyabr 1962 - Xalq artisti, aktrisa Laləzar Bəşir qızı Mustafayeva Balakən rayonunun Qullar kəndində doğulub. 1990-cı ildən Milli Dram Teatrında çalışır. Filmləri: “Qəzəlxan”, “Güllələnmə təxirə salınır!” və s.
30 sentyabr 1950 - Bəstəkar Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli (17.4.1884 - 1950) vəfat edib. Üzeyir Hacıbəylinin böyük qardaşıdır. "Aşıq Qərib" operası, "Əlli yaşında cavan" musiqili komediyasının müəllifidir.
30 sentyabr 1991 - Tanınmış xanəndə Səxavət Əmirxan oğlu Məmmədov (23.10.1953 - 1991) avtomobil qəzasında dünyasını dəyişib.
30 sentyabr 2002 - "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanun qəbul edilib.
Dünya

28 sentyabr 1573 - Dahi italyan rəssamı Mikelancelo Karavaco (Michelangelo Merisi da Caravaggio, 1573 - 18.7.1610) anadan olub. Məşhur əsərləri: “Yudif və Olofern”, “Tövbə edən Mariya Maqdalina”, “David və Qoliaf”, “Müqəddəs Pyotrun əzabkeşliyi” və s.
28 sentyabr 1803 - Fransız yazıçısı Prosiper Merime (Prosper Merimee, 1803-1870) anadan olub. "IX Karl zamanının xronikası" romanı, "Jakeriya" pyesi, povest və novellaların müəllifidir. "Karmen" novellası əsasında Jorj Bize eyniadlı opera yazıb. Yazıçının "Matteo Falkone" novellası əsasında Azərbaycan rejissoru Tofiq Tağızadə eyniadlı film (1960) çəkib.
28 sentyabr 1897 - Qazax yazıçısı Muxtar Auezov (1897-1961) anadan olub.
28 sentyabr 1915 - Məşhur rus teatr rejissoru Georgi Tovstonoqov (1915-1989) anadan olub.
28 sentyabr 1916 - İngilis aktyoru, «Oskar» laureatı Piter Finç (Frederick Peter Ingle-Finch, 1916-1977) anadan olub.
28 sentyabr 1924 - Dünya şöhrətli italyan aktyoru Marçello Mastroyani (Marcello Vincenzo Domenico Mastroianni, 1924-1996) anadan olub. Filmləri: “Şirin həyat”, “İtalyansayağı boşanma”, “Səkkiz yarım” və s.
28 sentyabr 1934 - Fransız aktrisası Bricitt Bardo (Brigitte Bardot - Camille Javal) anadan olub.

29 sentyabr 1547 - Görkəmli ispan yazıçısı Migel de Servantes (Miguel de Cervantes y Saavedra, 1547 - 23.4.1616) anadan olub. “Don Kixot” romanı ilə dünya şöhrəti qazanıb. Digər əsərləri: “Parnasa səyahət” (poema), “Persiles və Sigizmunda” (roman).
29 sentyabr 1810 - İngilis yazıçısı Elizabet Qaksell (Elizabeth Cleghorn Gaskell, 1810-1865) anadan olub.
29 sentyabr 1904 - Rus yazıçısı Nikolay Alekseyeviç Ostrovski (1904-1936) anadan olub. Əsərləri: “Polad necə bərkidi?”, “Fırtınadan doğulmuşlar”.
29 sentyabr 1912 - İtalyan kinorejissoru Mikelancelo Antonioni (Michelangelo Antonioni, 1912 - 30.7.2007) anadan olub. Filmləri: “Fotoböyütmə”, “Gecə”, “Peşəsi - reportyor” və s. Avropanın əsas kinofestivallarının qalibi, fəxri «Oskar» mükafatçısıdır.
29 sentyabr 1913 - Amerika kinorejissoru Stenli Kramer (Stanley Earl Kramer, 1913 - 19.2.2001) anadan olub. “Məğrurluq və ehtiras”, “Nürnberq prosesi”, “Bu çılğın, çılğın, çılğın dünya”, “Domino prinsipi” və s.
29 sentyabr 1932 - Amerika rejissoru, iki dəfə «Oskar» laureatı Robert Benton (Robert Benton) anadan olub.

30 sentyabr 1715 - Fransız filosofu Etyen de Kondilyak (Etienne Bonnot de Condillac, 1715-1780) anadan olub.
30 sentyabr 1917 - Məşhur teatr rejissoru, Rusiyanın Xalq artisti, pedaqoq Yuri Lyubimov (1917-2014) anadan olub. Uzun illər Taqanka Teatrının rəhbəri olub, 1984-1988-ci illərdə məcburi mühacirətdə (sovet vətəndaşlığından məhrum edilərək) yaşayıb.
30 sentyabr 1921 - İngilis aktrisası, «Oskar» laureatı Debora Kerr (Deborah Jane Kerr-Trimmer, 1921-2007) anadan olub.
30 sentyabr 1928 - Yəhudi əsilli Amerika yazıçısı və pedaqoqu, Nobel sülh mükafatı (1986) laureatı Eli Vizel (Elie Wiesel; 1928-2016) anadan olub.
30 sentyabr 1964 - İtalyan aktrisası Monika Belluççi (Monica Anna Maria Bellucci) anadan olub.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar