Azərbaycan

5 oktyabr 1928 - Ədəbiyyatşünas Məsud Əlioğlu (1928-1973) Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub. Xalq yazıçısı Əli Vəliyevin oğludur.
5 oktyabr 1935 - Görkəmli bəstəkar, Xalq artisti, professor Xəyyam Hadı oğlu Mirzəzadə Bakıda anadan olub. "Ağlar və qaralar" baleti, simfoniyalar, populyar mahnıların müəllifidir. 30-dan çox filmə (“Bizim küçə”, “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə”, “Güllələnmə təxirə salınır!..” və s.), teatr tamaşalarına musiqi yazıb.
5 oktyabr 1982 - Tanınmış folklorşünas, dramaturq Məmmədhüseyn Təhmasib (12.4.1907 - 1982) vəfat edib. "Kitabi-Dədə Qorqud" eposunun, dastanların, nağılların toplanması və tədqiqində mühüm xidməti var. Ssenariləri əsasında "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" filmləri çəkilib.

6 oktyabr 1956 - Xalq artisti Nurəddin Mehdixanlı (Nurəddin Əzulla oğlu Quliyev) Cəlilabad rayonunun Tahirli kəndində doğulub. 1978-ci ildən Akademik Milli Dram Teatrında çalışır. “İşarəni dənizdən gözləyin”, “Məhkumlar”, “Cavad xan”, “İlahi məxluq” və s. filmlərdə çəkilib.
6 oktyabr 1975 - Bakıda Səməd Vurğunun ev-muzeyi açılıb.

7 oktyabr 1933 - Əməkdar incəsənət xadimi, pianoçu, «Dan ulduzu» instrumental ansamblının qurucusu və rəhbəri Gülarə Əziz qızı Əliyeva (1933 - 27.7.1991) anadan olub. Eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir.
7 oktyabr 1947 - Kinooperator, Əməkdar incəsənət xadimi Amin Novruzov anadan olub. Filmləri: “Bəxt üzüyü”, “Cin mikrorayonda”, “Yalan” və s.

Dünya

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. 1966-cı il oktyabrın 5-də UNESCO-nun qərarı ilə təsis edilib.
5 oktyabr 1713 - Fransız mütəfəkkiri, maarifçi, dramaturq Deni Didro (Denis Diderot; 1713-1784) anadan olub. Məşhur fransız “Ensiklopediya”sının (“İzahlı elm, sənət və peşə lüğəti”) redaktoru və müəlliflərindən biri olub.
5 oktyabr 1936 - Çex yazıçısı və dramaturqu, dövlət xadimi Vatslav Havel (Vaclav Havel; 1936-2011) anadan olub. Pyesləri: “Həyat irəlidədir”, “Bağda bayram”, “Sui-qəsdçilər” və s. Çexiyanın ilk prezidenti (1993-2003) olub.

6 oktyabr “Dünya təbii yaşayış məskənlərinin mühafizəsi günü”dür. 1979-cu ildə Avropa Şurasının “Flora və faunanın, təbii yaşayış məskənlərinin qorunması haqqında Bern konvensiyası”nın əsasında təsis edilib.
6 oktyabr 1900 - Gürcü aktrisası, SSRİ Xalq artisti Veriko Ancaparidze (1900 - 31.1.1987) anadan olub. Azərbaycanda “Onu bağışlamaq olarmı?” filmində (Ana) çəkilib.
6 oktyabr 1914 - Norveç səyyahı, etnoqraf və antropoloq Tur Heyerdal (Thor Heyerdahl, 1914 - 18.4.2002) anadan olub. Heyerdal dəfələrlə Azərbaycanda olub, Qobustana ekspedisiyalar təşkil edib.
6 oktyabr 1923 - Məşhur Türkiyə yazıçısı, şair Yaşar Kamal (Kamal Sadık Gökceli; 1923 - 28.2.2015) anadan olub. "İncə Memed", "Tənəkə", "Yağmurcuq quşu", "İlanı öldürsələr", "Qanın səsi" romanları, "Sarı hərarət" hekayələr toplusu və s. əsərlərin müəllifidir. Kitabları bir çox dillərə tərcümə olunub.

7 oktyabr 1849 - Amerika yazıçısı, şair və ədəbiyyatşünas Edqar Allan Po (Edgar Allan Poe, 19.1.1809 -1849) vəfat edib. Detektiv və macəra əsərlərinin müəllifidir: “Morq küçəsində qətl”, “Mari Rojenin sirri”, “Qırmızı ölümün maskası”, “Qara pişik”.
7 oktyabr 1915 - Rus şairəsi Marqarita Aliger (1915-1992) anadan olub. Poemaları: “İgidlərin xatirəsinə”, “Zoya” və s.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar