Prezident İlham Əliyev Astara, Masallı və Salyan rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb. Sərəncamlarda qeyd olunur ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər)” çərçivəsində sözügedən rayonlarda bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilib, o cümlədən təhsil, səhiyyə, idman, mədəniyyət və digər sosialyönümlü obyektlər tikilib, yollar çəkilib, bütövlükdə rayonların sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib.
   Sərəncamlara əsasən, Astara, Masallı və Salyan rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə üç rayonun hər birinin icra hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat vəsait ayrılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar