Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.
   Sərəncama əsasən, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na salınmaqla Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüblər:
   Murad Eldar oğlu Abbasov - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi Məktəb-studiyasının şagirdi; Ağalarova Günay Adil qızı - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi; Vüsalə Zakir qızı Babayeva - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi Məktəb-studiyasının şagirdi; Məhərrəm Rüfət oğlu Hüseynli - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi; Ənvər Rüstəm oğlu Kərimov - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi Məktəb-studiyasının şagirdi; Atabala İkram oğlu Manafzadə - Abşeron rayon Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin şagirdi.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar