Azərbaycanın tarixi ərazilərini əks etdirən xəritə nəşr olunacaq
   
   Prezident İlham Əliyev aprelin 18-də “Cənubi Qafqaz. 1903-cü il” xəritəsinin nəşri haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, son vaxtlar ayrı-ayrı ölkələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, tarixi və coğrafi adlarının təhrif olunması istiqamətində təxribat xarakterli materialların, xəritə və atlasların kütləvi informasiya vasitələrində yayılması halları artıb. Belə təxribatların qarşısını almaq və ölkəmiz haqqında düzgün məlumatları dünya ictimaiyyətinə çatdırmaq məqsədilə 1903-cü ildə Rusiyada tərtib edilmiş «Karta Kavkazskoqo Voennoqo Okruqa 1903-qo qoda» xəritəsi əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış “Cənubi Qafqaz. 1903-cü il” xəritəsi nəşr olunacaq.
   Xəritənin nəşri üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 225 min manat ayrılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar