Arif Qazıyev: “Vağzalı” televiziya filmində toy adət-ənənələrimizi ətraflı təsvir etməyə çalışmışıq”
Ölkəmizdə və xaricdə milli muğamlarımızın təbliğinə töhfələr verən Muğam Teatrı hər zaman yeni layihələrlə gündəmə gəlir. Teatrın bu yaxınlarda təqdim edəcəyi növbəti layihə «Şur» tamaşası olacaq. Teatrın direktoru Arif Qazıyev bizimlə söhbətində digər yeniliklər barədə də danışdı.
- «Şur» adlı tamaşanın təqdimatına hazırlaşırıq. Bu tamaşa vaxtilə televiziyada İslam Rzayevin iştirakı ilə çəkilib. Ona görə də yeni «Şur» tamaşasını onun xatirəsinə həsr etmişik. Hazırda aktyor seçimi üzərində işlər aparılır, tamaşanın ssenarisi hazırlanır. İlin sonunadək tamaşa hazırlanıb təqdim ediləcək.
Bundan əlavə, ənənəvi olaraq tanınmış sənətkarların xatirə və yaradıcılıq gecələrini keçiririk. Məsələn, elə sənətkarlar var ki, onlar az-az xatırlanır, yada salınır. Məsələn, Qulu Əsgərov kimi görkəmli sənətkarımız olub. 17 il operada çalışıb. İstəyirik ki, sənətkarın qohumları onun xatirə gecəsinə toplaşsınlar. Bu sənətkarın tələbələri, ifasında səslənən yaxşı mahnıları var. Sadəcə, onları bir daha insanların yadına salmaq, xatırlatmaq lazımdır.
- Belə layihələrin bizim telekanallarımız tərəfindən də həyata keçirilməsi yaxşı olardı...
- Əslində, bu ideyanı mən hələ Azərbaycan Televiziyasında işlədiyim illərdə həyata keçirmişəm. Sonradan Muğam Teatrında da bu layihəni canlı həyata keçirməyə başladıq. Bu məkanın elə gözəl aurası var ki, burada baş tutan tədbirlər çox maraqlı, yaddaqalan olur.
Televiziyalara gəlincə, məsələn, Azərbaycan Televiziyasında ”Yada düşər xatirələr” adlı yeni verilişə start verilib. Bu veriliş əvvəllər də var idi. Amma sonra nədənsə dayandırıldı. İndi bu verilişin öz mahiyyətini saxlamaqla yeni bir formada ortaya çıxması təqdirəlayiqdir. Sənətkarları doğrudan da, yada salmaq lazımdır. Biz onları yada salmasaq, bizi yada salmayacaqlar. 2005-ci ildən bəri 100-dək xatirə gecəsi keçirmişik. Bu böyük bir tarix, salnamədir. Bu yaxınlarda Nəbi Xəzrinin xatirəsini yad etmək üçün bizim saxladığımız lentdən istifadə etdilər. Bəxiyar Vahabzadəyə həsr edilmiş verilişdə də Muğam Teatrında lentə alınmış yaradıcılıq gecəsindən istifadə olundu. Bizim burada yaratdığımız zəngin fonddan hər kəs yararlana bilir.
Bundan əlavə, Muğam Teatrı solo konsertlər keçirməyi də planlaşdırır. İlk belə konsert Baloğlan Əşrəfov tərəfindən veriləcək.
- Arif müəllim, bəs öz yaradıcılığınızda hansı yeniliklər var? Hazırda hansı layihələr üzərində çalışırsınız?
- Bu yaxınlarda «Bir qalanın iki nağılı» sənədli filmini çəkib təhvil verdik. Həmin filmi Bakının Qala kəndində gecə çəkdim. Adət-ənənələr, görünüş o dövrdə necə olubsa, onu canlandırmağa çalışmışam. Rəngsiz daşlar, insanlar hamısı milli paltarda, rəqslər, qəzəl demələr, toy filmə xüsusi gözəllik gətirir və bunlar Qalanı canlandırır. Hazırda Azərbaycan Televiziyasında «Vağzalı» filmini çəkirik. Film milli toy adət-ənənələrimizdən bəhs edir.
- Niyə filmlərinizdə toylara bu qədər böyük yer verirsiniz?
- Çünki mən toyları çox görmüşəm və toylar haqqında çox film çəkmişəm. Çəkdiyim filmlər vaxtilə keçmiş ittifaqın mərkəzi (Moskva) televiziyasında nümayiş etdirilib. Hələ uşaq vaxtı görmüşük ki, gəlin gələndə vağzalı çalınır. İndi toylarda “Mendelson marşı”nı çalırlar. Filmdə bu məqama da toxunmuşuq. Bəylə gəlin gəlir, “Mendelson marşı” çalınır və bu zaman adət-ənənə, milli yeməklər küsürlər. Bəylə gəlin geri qayıdır, «Vağzalı» çalınır və cütlük yenidən zala daxil olur. Camaat başlayır əl çalmağa. Yəni filmdə Azərbaycan toy adət-ənənələrini ətraflı şəkildə təsvir etməyə çalışmışam.
40 il əvvəl «Toyda görüş» filmini çəkmişdim. Getdim Azərbaycanın ən ucqar yerlərinə. Lənkəranda gördüm ki, gəlin gələndə başından həm şirniyyat, həm kömür, həm mıx tökdülər. Bunun mənası belə imiş: konfet - ailə şirin olsun, kömür - istilik olsun, mıx - ailə möhkəm olsun. Təsəvvür edin, bunları çəkib Moskvada göstərdim və mənalarını izah edəndə onlara necə maraqlı gəldi.
Çalışmaq lazımdır ki, adət-ənənələri toyda saxlayaq. «Vağzalı» filmində toydan əvvəl bəylə gəlinin Füzulinin heykəli önünə gül qoymaları səhnəsi də var. Gənclər Azərbaycan musiqisinin tarixini, mədəniyyətinin tarixini bilməlidirlər.
Mehparə