Prezident İlham Əliyev iyunun 19-da Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq olunması haqqında fərman imzalayıb.
Dövlət başçısının digər fərmanları ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Çexiya Respublikası Regional İnkişaf Nazirliyi arasında və Azərbaycan Respublikası Hökuməti ilə San Marino Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər təsdiq olunub.