İyulun 26-da Şəmkirdə rayonun Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan müəssisələrin fəaliyyəti ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçiriləcək.
Kollegiya iclasında Şəmkir rayonu ərazisindəki mədəniyyət müəssisələrinin fəaliyyəti, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması və digər problemlərin müzakirəsi nəzərdə tutulur.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Şəmkir rayonunun rəhbərliyi, nazirliyin kollegiya üzvləri və məsul əməkdaşları, yerli müəssisələrin rəhbərləri iştirak edəcəklər.